16 aprel 2020-ci il. Səhərimiz acı xəbərlə açıldı. Azərbaycan professional aktyor və rejissor sənətinin görkəmli nümayəndəsi, əziz dostumuz, Respublikanın Xalq artisti Rafiq Əliyevin vəfatı hamımızı məyus etdi. Allahın ona bəxş etdiyi istedadı, yiyələndiyi bilik və bacarıqları səxavətlə sərf edən sənətkar 70 illik həyat və sənət missiyasını başa vurdu.
Hələ gənclik illərindən özünə qarşı tələbkarlığı, prinsipial mövqeyi, möhkəm əqidəsi onun gələcəkdə peşəkar aktyor olacağından xəbər verirdi. Azərbaycan tamaşaçısının sevimli aktyoru Rafiq Əliyev ifa etdiyi obrazların daxili aləminə məharətlə nüfuz edərək, onları tamaşaçıya real çalarlarla təqdim edirdi. Mahir oyunu sayəsində tamaşaçı səhnədə və ya ekranda baş verən hadisəni onunla birgə yaşayırdı. Yaratdığı obrazlar dərin fəlsəfi mahiyyəti ilə seçilirdi.
O, varlığı ilə ətrafına nur saçan bir sənətkar idi. Elə bir nur ki, özündən sonra belə sədaqətlə xidmət etdiyi sənət aləmində, sevənlərinin qəlbində dərin iz qoydu. İllərlə qazandığı həyat və sənət təcrübəsi bu işığın şöləsini bir az da artırdı. Ona olan sevgi bir az da böyüdü, bir az da artdı. Sevgi nə qədər çoxaldısa, itirmək də bir o qədər ağır oldu…
Milli mədəniyyətimiz üçün ağır itki olan bu hadisəni yaşamaq onunla birgə çalışdığımız Azərbaycan Teatr Xadimləri İttifaqının əməkdaşları üçün ikiqat çətin oldu. Ötən il tamam olan 70 yaşına bir neçə ay qalmış tale onu ağır bir sınaqla üz-üzə qoydu. Tutulduğu amansız xəstəliyin ucbatından əziz dostumuz gözlərimiz önündə anbaan əridi. Amma son dəqiqəyə qədər məğrur görünüşünü itirmədi.
Rafiq müəllim uzun illər bərabər işlədiyimiz Teatr Xadimləri İttifaqının hətta nəfəs aldığımız havasının belə qədir-qiymətini bilirdi və hamımıza bunu təlqin edirdi. Onun səmimi rəftarı, qayğıkeş münasibəti, maraqlı, bəzən ciddi və ciddi olduğu qədər də həlim, zarafatyana söhbətləri, müdrik məsləhətləri üçün çox darıxacağıq. Rafiq müəllimin hətta kimisə danlamağında da bir sevgi, bir haqq-ədalət və yalnız ona məxsus olan bir məntiq var idi.
O, insanlara sonsuz sevgi bəsləyən, sənətinə bağlı, prinsipial, həyata özünəməxsus münasibəti olan bir insan idi.
Sirr deyil ki, əksər insanlarda hər hansı bir səbəbdən ailəyə, sənətə, dostlara və ya digər insanlara münasibətdə bir boşluq yarandığı anlar olur. Rafiq müəllimdə bu boşluq yox idi, öz məhəbbətini, diqqət və qayğısını eyni zamanda hamıya bəxş edə bilirdi:
-O, valideyn təəssübü çəkən övlad idi. Anası – mərhum Ruqiyyə xanımın qayğısına qalmaqdan xüsusi zövq alırdı. Həmişə deyirdi ki, «anam mənim yaşama səbəbimdir, onun xidmətində durmaq mənim üçün həyatı gözəlləşdirir».
-O, bacılarının tək və sevimli qardaşı idi, onların hamısına eyni zamanda, eyni dərəcədə məhəbbət bəxş etməyi bacarırdı.
-O, gözəl ailə başçısı, qayğıkeş ata, mehriban baba idi. Ailə üzvlərinə, xüsusən nəvələrinə böyük sevgi bəsləyirdi.
-O, dostluğu bacaran, qiymətləndirən insan idi. Onunla dostluq edənlər bunu daha yaxşı bilirlər.
-O, mükəmməl sənətkar idi, ürəyi sənətlə döyünür, ruhu yalnız sənət aləmində rahatlıq tapırdı.
-O, təcrübəli pedaqoq idi. Sənətə olan sevgisini ağlı, əqidəsi və inamı ilə birləşdirərək topladığı həyat və sənət təcrübəsini gənclərə öyrətməkdən həzz alırdı.
-Və ən nəhayət o, həyat eşqi ilə dolu olan, yaşamağı çox sevən bir insan idi…
Təəssüf ki, bu gün bütün bu keyfiyyətlər onun haqqında keçmiş zamanda səslənir. 70 illik coşğun, mənalı bir sənətkar ömrü yaşayan Rafiq Əliyev bütün bu keyfiyyətləri ilə haqq dünyasına qovuşdu. Onun işıqlı xatirəsi sevənlərinin qəlbində məğrur görünüşlü, sadə, xeyirxah bir insan, Azərbaycan mədəniyyətinə vicdanla xidmət edən bir sənətkar kimi yaşayacaq. Allah rəhmət eləsin.
Azərbaycan Teatr Xadimləri İttifaqı adından
Aida Qafarova
İttifaqın məsul katibi
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...