Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 3 kurs Teatrşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin “Layihənin təqdimat mədəniyyəti” fənni çərçivəsində hazırladıqları layihələrin təqdimatı keçirilib.
Layihələr, fənn müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovun rəhbərliyi altında hazırlanıb. Tələbələrdən Zeynalova Səbinə “Teatrı uşaqlara bağışlayaq”, Hüseynzadə Leyla, Orucova Milana, Mustafazdə Fərqanə və Yusifova İlahə “İncəsənətdə bir gün”, Əsədova Nigar və Abdullayev Rəvan “Axundzadə diyarındakı yadigar”, Qənbərova Arzu “Karandaşla qeydlər: Teatr”, Ağayev Səbuhi, Quluzadə Miriş və Babayev İdris “İntihara 5 dəqiqə qalmış”, Salmanlı Ayşə, Haşımova Məleykə, Əzimova Türkanə, Həmzəyeva Fəridə, Əhmədova Zeynəb və Qurbanov Fəhmin “Sənət korifeyləri”, Məhərrəmli Kamran “Teatr tarixi” adlı layihələrini təqdim ediblər. Tədbirdə ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı dosent E.Hüseynova, Teatrşünaslıq kafedrasının müdiri professor A.Talıbzadə, kafedranın müəllimləri sənətşünaslıq doktoru, professor M.Əlizadə, sənətşünaslıq doktoru, professor İ.İsrafilov, dosent V.Qafarov, dosent F.Cəlilova, T.Rəsulov, Tədis şöbəsinin müdiri N.Əsədov, professor K.Dadaşzadə, dosent G.Məmmədova, Əməkdar artist, dosent Y.Paşayeva və başqaları iştirak edib.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...