ADMİU-nun kollektivi Kazanda keçirilən beynəlxalq festivalda iştirak edib
Tarix: 2019-06-20 16:21:28
Oxunma: 1144
Yazı ölçüsü
İyun ayının 10-dan 16-a kimi Tatarstanın Kazan şəhərində ənənəvi “Novruz” festivalının egidası altında ilk dəfə olaraq “Novruz məktəb” (“Nauruz school”) Beynəlxalq tələbə tamaşaları festivalı keçirilib. Tatarıstan, Başqırdıstan, Qazaxstan, Macarıstan, Yakutiya, həmçinin Moskvanın bədii təhsil məktblərinin iştirak etdiyi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri Röyal Allahverdiyev, Elsevər Rəhimov, Esmeralda Abudullayeva, Səmayə Ağayarova, Ələkbər Axundov, Çinarə Qurbanova, Saleh Cümşüdlü, Çinarə Səmədova, Aysel Feziyeva, Orxan İsrafilov və Rafael Quliyev (kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru Xalq artisti, dosent Məmmədsəfa Qasımov) Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” tamaşası ilə çıxış ediblər. Kollektiv festivalda iştirakına görə diplomla təltif olunub.
Festivalda həmçinin, “Teatrşünaslıq” kafedrasının müəllimləri, ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov və baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova iştirak edib. “Novruz” festivalının əsas proqramına ekspert kimi dəvət alan İsrafil İsrafilov təşkilat komitəsinin xahişi ilə “Novruz. Məktəb” festivalında da fəal iştirak edərək öz fikirləri, irad və təklifləri ilə gənclərə dəstək olub.
Teatrşünas Fəridə Cəlilova isə ədəbi materialı rus dilinə çevirib, sinxron tərcüməni həyata keçirib və ustad dərslərində həm tərcüməçi, həm də mütəxəssis kimi fəal iştirak edib.
Teatr təhsilinə dəstək olmaq məqsədini qarşıya qoyan festivalda tamaşaların nümayişi ilə yanaşı, bir sıra müzakirələr, seminarlar və ustad dərsləri baş tutub. Qazaxıstanın Əməkdar incəsənət xadimi Yerlan Bilalov məxsusi olaraq, ADMİU-nun tələbələri üçün, ADMİU-nun müəllimi, Xalq artisti, dosent Məmmədsəfa Qasımov Qazaxıstanlı tələbələr üçün ustad dərsi keçib.
Festivalın sonunda professor İsrafil İsrafilova və Xalq artisti Məmmədsəfa Qasımova ixtisasın təkmilləşdirilməsi haqqında şəhadətnamə təqdim edilib.
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...