Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış aktyor və rejissor Azərbaycan Respublikasının Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova aktyoru salamlayaraq, ona xoş arzularını çatdırıb. Rektor qeyd edib ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir çox məzunu Xalq artisti, Əməkdar artist, Əməkdar incəsənət xadimi, Əməkdar mədəniyyət işçisi və s. kimi ölkənin nüfuzlu fəxri adlarını daşıyırlar. Onların bir çoxu bu gün doğma təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğuldurlar. Biz bütün məzunlarımızın uğurları ilə qürur duyuruq. Vaxtilə bu universitetdə təhsil almış görkəmli sənətkarlardan biri də Cahangir Novruzovdur. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun, səhnəmizin qüdrətli aktrisası, hamının sevimlisi Nəsibə Zeynalovanın yadigarı olan Cahangir müəllimin həm rejissor, həm aktyor, həm də pedaqoq kimi zəngin fəaliyyət yolu var. Görkəmli sənətkarımız uzun illərdir, qardaş ölkə Türkiyədə yaşayır, orada yaradıcı və pedaqoji fəaliyyətini davam etdirir. Bu günlərdə Mədəniyyət naziri cənab Əbülfəs Qarayev Cahangir müəllimə "Xalq artisti" adının nişanını və vəsiqəsini təqdim edib və dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb. Biz də Bakıda olmasından istifadə edərək, Cahangir müəllimlə görüşmək təşəbbüsü ilə çıxış etdik. Sağ olsun, dəyərli vaxtını Mədəniyyət və İncəsənət Universitetinə ayırmağa razı oldu. Düşünürəm ki, görkəmli sənətkarla görüş, onunla ünsiyyət tələbələrimiz üçün çox səmərəli olacaq.
Cahangir Novruzov təbrikə və bu görüşün təşkilinə görə ADMİU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu universitet həmişə onun üçün doğma olub.
Aktyor sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalar və yaratdığı obrazlar haqqında, Türkiyədəki fəaliyyəti, milli kino və teatr sənətinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb, tələbələrin suallarını cavablandırıb.
ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olan sənət dostları həmkarları ilə bağlı xatirələrini bölüşüb, dostluq münasibətlərindən söhbət açıblar.
2 saatdan artıq davam edən səmimi görüşün sonunda ADMİU-nun kollektivi Cahangir Novruzovla xatirə fotosu çəkdirib və sevimli aktyoru alqışlarla yola salıb.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...