ADMİU-da tələbə-teatrşünasların növbəti elmi konfransı keçirilib
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçirilib.
Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən konfrans bu il XX əsr avanqard sənətin ideoloqlarından olan Antonen Artoya və ondan təsirlənmələrə həsr olunub.
“Biz artıq Arto epoxasına daxil olmuşuq”, bunu reformator rejissor Yeji Qrotovski rejissor, teatr nəzəriyyəçisi, şair, aktyor, “qəddar teatr” konsepsiyasınıın müəllifi Antonen Arto haqqında yazdığı “O, tamamən özü deyildi” adlı məqaləsində yazırdı.
Konfransın konseptində bu sitatın olması heç də təsadüfi deyil. Teatrın ən böyük ideoloqlarından sayılan Artonun antiteatr pafosu bu gün də bizi tərk etmir. Hətta daha amansız və kəskindi”, - konfransın proqramında qeyd olunur.
Universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələrin iştirak etdiyi konfransda giriş sözu ilə ADMİU-nun elmi işlər üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva çıxış edərək Teatrşünaslıq kafedrasının bu təşəbbüsünün təhsilin keyfiyyətində dinamika yaratdığını söyləyib. Həmçinin, bundan əvvəl universitetdə gerçəkləşən “KATALİZATOR ArtHub” “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” Layihəsini xatırladaraq, belə tədbirlərin vacibliyini vurğulayıb.
ADMİU-nun tədris işləri uzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova çıxışında konfransın konseptinə diqqət çəkərək, XX əsr incəsənətinin səciyyəvi xüsusiyyətlərindən danışıb, proqramdakı mövzuların əhəmiyyətli məqamlara toxunduğunu bildirib: “Artonun yaradıcılığı, düşüncələri ətrafında elə böyük bir ideya, məna çənbəri yaradıb ki, bu çənbər sonrakı zamanların teatrlarnı və teatr adamlarını çəkib, onlara təsir edib. Konfransın belə əhatəli mövzunu seçməsi böyük gözlənti yaradır”.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə isə tələbə-teatrşünasların konfransa ildən ilə daha böyük maraqla qatıldıqlarını qeyd edib: “Bu peşənin çətinliyini, dərinliyini tələbələr yəqin ki, zamanla anlayacaqlar və bu kimi konfranslar onlara böyük bir təkandır. Bizim təhsil aldığımız illərdə də belə konfranslar keçirilirdi və biz oradakı məruzələrimizi o zamankı qəzet və jurnallarda çap etdirirdik. Buna bizim ilk addımlarımız demək olardı. Mən konfransda iştirak edən tələbələrə bu ilk addımlarında uğurlar arzulayıram”.
ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov konfransın tələbələrin elmi dünyagörüşünün artmasında vacibliyini xatırladıb və bəzi tələbələrin artıq bir neçə dəfə konfransda məruzəçi olduğunu diqqətə çatdırıb. “Biz bu tələbələrin çıxışlarının necə cilalandığını, peşəkarlıq səviyyəsinin yüksəldiyini görə bilirik” – deyə o, əlavə edib.
Daha sonra tələbə-teatrşünasların məruzələri dinlənilib.
Teatr sənəti fakultəsi, teatrşünaslıq ixtisasının III kurs tələbəsi Gülnar Nağdıyeva “Qəddar dövrün qəddarlıq teatrı”, Nailə Qasımova (IV kurs) “Qanlı pərdə: XX əsr teatrı zorakılığın kölgəsində”, Nuray Abdullayeva (III kurs) “Teatr terapiya kimi: katarsis”, İlkin Tağızadə (III kurs) “Tadeuş Kantorun ölüm və yaddaş teatrı postdramatik teatrın ilk təzahürü kimi”, Aytən Abdullayeva (II kurs) “Dramaturgiyada “yuxu effekti”nin yaradılması ənənəsi”, Ramilə Abdullazadə (II kurs) “Jan Kokto və Orfey haqqında mifin sürrealist yozumu”, Əhməd Mehdiyev (III kurs) “İnformasiya dövrünün tamaşaçı fenomeni”, Fatimə Qurbanzadə (IV kurs) “Mifik qəhrəmanın dramaturgiya kontekstində transformasiya problemi” və Qönçə Firudinli (II kurs) “Heçliyin vəhşətli rəqsi: Butou” məruzələri ilə çıxış ediblər.
Konfrans məruzələrin müzakirəsi ilə yekunlaşıb.
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...