Martın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Teatr: burada və indi” mövzusunda beynəlxalq tələbə elmi konfransı keçirilib.
Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən konfrans bu il ADMİU-nun 100, Azərbaycan milli peşəkar teatrının 150 illik yubileylərinə həsr olunub. Tədbiri giriş sözü ilə açan Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə qeyd edib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik, Azərbaycan milli peşəkar teatrının 150 illik yubileylərinə həsr olunan konfransın keçirilməsində məqsədi tələbələri çağdaş teatr barədə düşünməyə, günümüzün aktual problemlərinə münasibət bildirməyə cəlb etmək, müxtəlif ölkələrdə yaşayan tələbələr arasında əlaqələrin qurulmasına yardımçı olmaq və elmə marağı olan tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinin təkmilləşməsinə kömək göstərməkdir.
Həmçinin, professor bildirib ki, 10 ildir davamlı şəkildə keçirilən və teatrşünaslığın tədrisinə böyük töhfələr verən konfrans bu il ilk dəfə olaraq beynəlxalq müstəvidə baş tutur. Belə ki, bu il Türkiyə və Qazaxıstan ali məktəblərindən teatrşünaslar da konfransda məruzələri ilə çıxış edirlər.
Sonra söz məruzəçilərə verilib. İlk çıxışı fəxri məruzəçi qismində İstanbul Nişantaşı Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyad Quluzadə edib. Onun “Transmedia və rəqəmsal teatr” məruzəsi maraqla qarşılanıb. Daha sonra Akjunis Aşim (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “Qazaxıstanda yeni aktyor sənəti məktəbinin təşəkkülü”, Fatimə Qurbanzadə (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Sus və oyna. O zaman teatr ortaya çıxar”, Kuralay Asanqızı (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “Müasir Qazaxıstan teatr rejissurası: axtarışlar, perspektivlər”, Fuad Əliyev (Türkiyə, Üsküdar Universiteti) “Teatr rəqəmsallaşmanın astanasında...”, Ruhiya Bakıtbek (Qazax Milli İncəsənət Universiteti) “Qazaxıstanda teatrşünaslığın aktual problemləri”, Raya Şərifova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “İşıq şərqdən yüksələr...”, Makpal Abducabbarova (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “Qazaxıstan teatrının müasir inkişaf tendensiyaları”, Nailə Qasımova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Ruhu qanayan qəhrəmanlar”, Tanirbergen Embergenov (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “A.P.Şexovun “Vanya dayı” pyesinin müasir Qazax teatrında interpretasiyası”, Qönçə Firudinli (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Kuklalar: Mistik dünyanın reallıqdakı təzahürləri”, Minaxanım Qurbanova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Z nəslinin teatrı: reallıqdan virtual reallığa” adlı məruzələri ilə çıxış ediblər.
Müzakirələrdə iştirak edən ADMİU-nun prorektorları Gülşən Əliyeva-Kəngərli, Nigar Rüstəmova, Sədaqət Əliyeva, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, İsrafil İsrafilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov və başqaları məruzələrlə bağlı fikirlərini, irad və tövsiyyələrini iştirakçıların diqqətinə çatdırıb, belə elmi konfransların keçirilməsinin tələbələrin inkişafı, onların elmi bilik və təcrübə qazanmaları yönündəki önəmini qeyd edib, məruzəçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
                                                        
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                            
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...