2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Universitetin müəllim və tələbə heyəti ilə yanaşı Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın bir qrup əməkdaşı da tamaşanı izləyib.
Səhnə əsərinin nümayişinin sonunda İlham Əsgərov tələbə-aktyorlara Gənclər Günü münasibətilə rəhbərlik etdiyi teatrın diplomunu təqdim edib.
Tamaşanın tələbə-aktyor heyəti - Heyran Abdullayeva, Rahib Allahquliyev, Xədicə Bayramova, Ərgün Camalzadə, Murad Fərzəliyev, Məhəmməd Gülmalıyev, Atilla İbrahimli, Nigar Məmmədli və Pünhan Quliyev təltif olunublar.
Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova tələbələrə göstərilən diqqətə görə İlham Əsgərova öz adından və universitetin kollektivi adından təşəkkürünü bildirib.
Qeyd olunub ki, Milli Teatrla Mədəniyyət və İncəsənət Universiteti arasında olan sıx və səmərəli əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.
Qeyd edək ki, kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, SABAH Mərkəzinin rəhbəri Əməkdar artist Nofəl Vəliyevdir.
Müəllifin digər yazıları
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...
Füzuli Dövlət Dram Teatrının səhnəsində Mirzə Nicatın quruluşunda təqdim olunan “Tənhalığın evi” tamaşası, əslində, bir mətnin səhnə təcəssümündən daha artıq idi; bu, insanın öz daxilinə baxmağa məcbur edildiyi qa...
30 illik ayrılığın 30 dəqiqəsi
Xoreoqrafik sənədli tamaşa
Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında.
Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşk...