TEATRO

TEATRO

sənət portalı

post-title

ADMİU-da növbəti tələbə elmi konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusunda tələbə elmi konfransı keçiriləcək. 

Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbə-teatrşünasların qatıldığı konfransda bu il başqa fakültə və kurslardan olan tələbələrin iştirakı da planlaşdırılır. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində baş tutacaq konfransın “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusuna həsr edilməsində məqsəd, incəsənətin demək olar ki, bütün sahələri üzrə mütəxəssislər hazırlayan ADMİU-nun digər fakültələrində təhsil alan tələbələri də vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etmək, eyni zamanda, fənlərarası inteqrasiyaya çalışmaqdır.

Konfrans həmçinin, elmə maraq göstərən tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinə yiyələnməsinə vəsilə olacaq.

ADMİU-nun əsas binasında, 4 mart 2022-ci il tarixində əyani formada keçiriləcək konfrans saat 11:00-da başlayacaq.

Load Time (S) : 0.051463