Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası Azərbaycanın görkəmli aktrisası Mərziyyə Davudovanın 120 illik yubileyi münasibəti ilə Elmi sessiya keçirəcək. Elmi sessiyada tanınmış teatrşünas, professor İlham Rəhimlinin aktrisanın həyat və yaradıcılığı haqqında məruzəsi dinlənəcək, Turan xanım Cavidin Mərziyyə Davudova haqqında hələ tələbəlik illərində yazdığı diplom işi əsasında cavidşünas-alim Azər Turanın nəşr etdirdiyi kitabın təqdimatı keçiriləcək. Tədbirdə həmçinin, teatr xadimlərinin, sənət adamlarının çıxışları da nəzərdə tutulub.
Tədbir Microsoft Teams platformasında onlayn formatda 2021-ci il noyabr ayının 18-də saat 10.30-da başlayacaq.
Xatırladaq ki, Mərziyyə Davudova (1901-1962) 60 illik ömrünün 41 ilini Azərbaycan teatrına həsr edib, səhnəmizin ən aparıcı aktrisalarından biri kimi yaratdığı bənzərsiz obrazlarla milli aktyor sənətinin inkişafında müstəsna rol oynayıb. Aktrisa teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə SSRİ Xalq artisti fəxri adına, SSRİ Dövlət mükafatına layiq görülub. Mərziyyə Davudova eyni zamanda, ictimai xadim kimi də milli mədəniyyətimiz üçün az iş görməyib, 1956-1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri vəzifəsində işləyib, Azərbaycan Ali Sovetinin deputatı olub.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...