Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək.
Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin bakalavr və magistr tələbələri iştirak edə bilər. Konfransın mövzusunun “İncəsənətdə postmodernizm dövrü və sonrası” kimi seçilməsi də bununla əlaqədardır.
Postmodernizmi, yəqin ki, indiyədək mövcud olmuş ən mürəkkəb bədii təmayül adlandıra bilərik. Bu gün də onun mahiyyəti, funksiyası, meyarları, elmi-nəzəri əsasları, fəlsəfi-estetik xüsusiyyətləri və s. ilə bağlı mübahisələr səngimir. Bir çoxları postmodernizm dövrünün başa çatdığı hökmünü versələr də, digərləri onun hələ də davam etdiyi qənaətindədir. Bəziləri postmodernizmin bütövlükdə mədəniyyətə pozitiv təsir göstərdiyini dilə gətirsə də, başqaları onun mənfi çalarlarından bəhs edir.
Bəs, gənclik bu barədə nə düşünür? Müasir gənclərin baxış bucağından bütövlükdə postmodernizm necə görünür, ümumən mədəniyyətdə, incəsənətin ayrı-ayrı sahələrində - teatr, kino, musiqi, təsviri sənət və dramaturgiyada özünün hansı təzahür xüsusiyyətləri ilə meydana çıxır? Cavablanmalı sual çoxdur!
Konfransın məqsədi də tələbə və magistrləri vahid elmi problem ətrafında, bu dəfə, konkret olaraq “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda düşünməyə və münasibət bildirməyə cəlb etmək, eyni zamanda, fənlərarası inteqrasiyaya çalışmaq, tələbələrdə elmi-nəzəri yaradıcılığa həvəs oyatmaq, onlara tədqiqatçılıq keyfiyyətləri aşılamaqdır.
ADMİU-nun əsas binasında, Elmi şura otağında 12 mart 2025-ci il tarixində əyani formada keçiriləcək konfrans saat 11:00-da başlayacaq.
Qeyd:
Konfransa qatılmaq istəyən tələbə və magistrlər 5 səhifədən çox olmayan məruzələrini elektron mətn şəklində (A4 ölçü vərəqi, 14 ölçü, Arial şrift, 1,5 interval) 5 mart 2025-ci il tarixinə qədər konfrans@admiu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 050 344 70 88 Vidadi Qafarov
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...