21 noyabr 2019-cu il tarixində saat 16:00-da ADMİU-nun böyük səhnəsində “Şah Mat” teatrının Frans Kafkanın “Çevrilmə” əsəri əsasında hazırladığı eyniadlı monotamaşa nümayiş olunacaq. Tamaşanın rejissoru ADMİU-nun magistr tələbəsi Mir Qabil Əkbərovdur. Rolu Teatr sənəti fakültəsinin tələbəsi Azər Ayazoğlu canlandırır.
Qreqor Zamza bir gün yuxudan oyananda həşərata çevrildiyini görür. İş yerindən qovulan Zamzadan atası, anası və sonda ən çox sevdiyi bacısı üz döndərir.
“Tamaşada insanın ətrafı və ailəsi tərəfindən “çevrilməyə” məcbur edilməsi əks olunur. İnsanı düz yola çəkən də, əyri yollara sövq edən də insandır. Əslində, yer kürəsində yaşayan hər bir insan çevrilib, insanlar biri-birilərini çeviriblər. Fərqi yoxdur nəyə və ya kimə... biri həşərata, biri heyvana, biri qatilə, biri... qısaca, insan olmaqdan çıxmışıq, hər kəs bir başqa canlının və ya cansızın rolunu oynayır və oynamağa məhkumdur. Bunun səbəbkarları da məhz insanlardır. İnsan elə bir varlıqdır ki, qarşısında, ətrafında olanı çevrildiyinə inanmağa məcbur edir. Bunu anladığın zaman sən artıq bir ölüsən. Elə buna görə də hər birimiz özümüzə sual verməliyik: Mən necə, görəsən mən də çevrilmişəm?” – deyə tamaşanın rejissoru Mir Qabil Əkbərov bildirib.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...