Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçiriləcək.
Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbə-teatrşünasların qatıldığı konfransda başqa kurslardan olan tələbə-teatrşunasların iştirakı da planlaşdırılır.
Konfransın “Arto epoxasının teatrı” kimi mövzunu seçməsi teatrın keçdiyi tarixi dinamik prosesin əsas məqamlarını, bu gün teatr anlayışına yüklənən məzmun qatlarını tarixi dinamik proseslərin fonunda gözdən keçirməkdir.
“Biz artıq Arto epoxasına daxil olmuşuq” - bunu reformator rejissor Yeji Qrotovski teatr nəzəriyyəçisi, şair, aktyor, “qəddar teatr” konsepsiyasınıın müəllifi, rejissor Antonen Arto haqqında yazdığı “O, tamamən özü deyildi” adlı məqaləsində deyirdi.
Konfransın konseptində bu sitatın olması bu mənada, təsadüfi deyil. Teatrın ən böyük ideoloqlarından sayılan Artonun antiteatr pafosu bu gün də bizi tərk etmir. Hətta daha amansız və kəskindir. İnformasiya cəmiyyətinin üzvü olan, sözdən özünə gərəkli alət kimi istifadə edən bugünkü tamaşaçıya sözdən üstün nəsə demək dərdir – çağdaş dünyanın adlı-sanlı rejissorlarını, teatrlarını birləşdirən amillərdən biri də elə budur.
Müasir sənətin böhranı bütün aspektlərdə özünütəyin və özünüdərkə gətirib çıxarır. Bu, yaradıcılığın və nəzəriyyənin qovuşduğu nöqtədir. Ehtimalən, konfrans tələbələrin çıxışlarındakı retrospektiv və perspektiv baxışların kəsişdiyi həmin yerdə baş tutacaq...
Konfransın məqsədi tələbələri vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etmək, eyni zamanda, fənlərarası inteqrasiyaya çalışmaq, tələbələrdə elmi-nəzəri yaradıcılığa həvəs oyatmaqdır.
ADMİU-nun əsas binasında, Elmi şura otağında 12 mart 2024-ci il tarixində əyani formada keçiriləcək konfrans saat 11:00-da başlayacaq.
Qeyd:
Konfransa iştirakçı kimi qatılmaq istəyən tələbə teatrşünaslar çıxışlarını verilən konsept çərçivəsində, 5 səhifədən çox olmamaqla, elektron mətn səklində (A4 ölçü vərəqi, 14 olçü arial şrift, 1,5 interval) hazırlayaraq 6 mart 2024-cü il tarixindən gec olmayaraq konfrans@admiu.edu.az elektron ünvanına gondərə bilərlər. Yaranan suallarla bağlı 055 495 07 82 nömrəsilə əlaqə saxlamaq olar.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...