Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndə heyəti “QİTİS-ustad dərsi” MDB ölkələrinin V Beynəlxalq Teatr festivalında iştirak etmək üçün Moskva şəhərinə ezam olunub. Rusiya Dövlət Teatr İnstitutunun (QİTİS) 7-14 noyabr tarixlərində keçirdiyi “QİTİS-ustad dərsi” festivalında ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı Böyükxanım Talıbova, Dram teatrı və kino aktyoru kafedrasının müəllimi Ruslan İsmayılov, səs rejissoru Səbinə Rzayeva, eləcə də Teatr sənəti fakültəsinin I, III və IV kurs tələbələri iştirak edir. Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan və Ermənistanın teatr məktəblərinin iştrirak etdiyi festivalda ADMİU-nun kollektivi ölkəmizi Ruslan İsmayılovun quruluş verdiyi “Jorj Danden, yaxud aldadılmış ər” tamaşası ilə təmsil edir. Jan Batist Molyerin pyesi əsasında hazırlanmış tamaşada ADMİU-nun Teatr sənəti fakültəsinin tələbələri Fərid Hüseynov, Amil Məhərrəmov, Hüseyn Muradzadə, İbrahim Poraşov, Məmməd Rəfiyev, Samir Əliyev, Sertap Salmanlı, Əsmər Əlixanova və Fidan Ağaverdiyeva çıxış edirlər. 
8 noyabr tarixində yerli vaxtla saat 18.00-da Tədris teatrının səhnəsində nümayiş olunan “Jorj Danden, yaxud aldadılmış ər” tamaşasında münsiflər heyəti, festival iştirakçıları, Moskvanın teatr ictimaiyyəti ilə yanaşı, Azərbaycanın Rusiyada Federasiyasındakı Səfirliyinin nümayəndələri də iştirak edib. 
Festival çərçivəsində tələbələr üçün “Aktyor sənəti”, “Səhnə danışığı”, “Səhnə hərəkəti” fənləri üzrə ustad dərsləri və Moskva Bədaye Teatrının muzeyinə, Stanislavski muzeyinə ekskursiyalar təşkil ediləcək. Bununla yanaşı, professor-müəllim heyətinin təcrübə mübadiləsi baş tutacaq. 
  
 
                                                        
                                                            
                                                            
                                                            
                            
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...