Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmış simalar yer alıb.
Ötən il pandemiya səbəbindən keçirilməsə də bu il maraqlı seçimləri ilə diqqət çəkən Kann Film Festivalını hər kəs böyük həyəcanla gözləməkdədir. 2020-ci ildə münsiflər heyətinin rəhbəri təyin edilən rejissor Spike Lee-nin, bu il də müsabiqənin rəhbəri olacağı haqqında əvvəlcədən məlumat verilmişdi. Nəhayət, bu yaxınlarda, festival çərçivəsində Lee ilə əməkdaşlıq edəcək digər münsiflərin də adları açıqlandı. Həmişəki kimi, öz sahəsində nüfuz sahib olan bir çox tanınmış adların iştirakı ilə yaradılan münsiflər heyətinin simasında, bu il dəyişiklərlə bağlı prinsipial olaraq verilmiş bir çox önəmli qərarlar, diqqətdən yayınmayıb. Məsələn, Kann tarixində ilk qaradərili jüri rəhbəri olan Lee-yə, beş qadın və üç kişidən ibarət münsif heyəti yoldaşlıq edəcək. Həmin siyahıdakı şəxslərin, Cənubi Koreyadan Seneqala, Amerika Birləşmiş Ştatlarından Braziliyaya qədər dünyanın fərqli yerlərindən seçilmiş olması da diqqət çəkən məqamlardandır.
Spike Lee-nin başçılıq etdiyi münsiflər heyətinin siyahısı belədir: Amerika Birləşmiş Ştatlarından aktrisa və prodüser Meqi Ceylınhol (Maggie Gyllenhaal), Fransız aktrisası Miləni Lühon (Melanie Laurent), Seneqal əsilli fransız rejissoru Meti Duyup (Mati Diop), Avstriyalı rejissor Cessika Hausnör (Jessica Hausner), Fransız musiqiçisi Maylin Föırmır (Mylene Farmer), Əlcəzair əsilli Fransız aktyoru Tahar Rehim (Tahar Rahim), Braziliyalı rejissor Kleber Mendonsa Filyu (Kleber Mendonça Filho) və Cənubi Koreyalı aktyor Sonq Kəng hua (Song Kang-ho).
Qızıl Palma Budağı üçün 24 Film yarışacaq
Bu il Kann Film Festivalında Qızıl Palma Budağı uğrunda 24 film mübarizə aparacaq. Lios Kerks (Leos Carax), Miya Lensın Lyu (Mia Hansen-Love), Fxğounsua Üazın (François Ozon), Asğaru Fərhədi (Əsgər Farhadi), Apikakon Voerazatul (Apichatpong Weerasethakul), Uas Endırsın (Wes Anderson) kimi müasir dövrün məşhur rejissorlarının ərsəyə gətirdikləri və 74-cü Kann Film Festivalında dünya premyerası baş tutacaq ekran əsərlərinin siyahısı belədir:
1) “Annette” (Açılış Filmi) Rejissor: Lios Kerks (Leos Carax)
2) “Yoldaşımın hekayəsi” Rejissor: İrdiko Enyedi (Ildikó Enyedi)
3) “Benedetta” Rejissor: Pool Föurhuffe (Paul Verhoeven)
4) “Berqman adası” Rejissor: Miya Lensın Lyu (Mia Hansen-Løve)
5) “Maşınımı sür!” Rejissor: İyuski Hamaquçi (Ryusuke Hamaguchi)
6) “Bayraq günü” Rejissor: Şoan Pən (Sean Penn)
7) “Ahedin dizi” Rejissor: Nedeav Leipid (Nadav Lapid)
8) “Casablanca Beats” Rejissor: Nebil Ayyuş (Nabil Ayouch)
9) “Altı nömrəli bölmə” Rejissor: Yuho Koüsmenin (Juho Kuosmanen)
10) “Dünyanın ən pis adamı” (On iki hissə) Rejissor: Yoaxhim Tğiia (Joachim Trier)
11) “Ayrılma” Rejissor: Katrini Kursini (Catherine Corsini)
12) “Narahat” Rejissor: Juakhim Lefüss (Joachim Lafosse)
13) “Paris, On üçüncü ərazi” Rejissor: Jakko Adiağ (Jacques Audiard)
14) “Lingui, Müqəddəs istiqrazlar” Rejissor: Mohaməd-Saleh Harun (Mahamat-Saleh Haroun)
15) “Yaddaş” Rejissor: Apikakon Voerazatul (Apichatpong Weerasethakul)
16) “Nitram” Rejissor: Custin Küğzel (Justin Kurzel)
17) “Fransa” Rejissor: Bruno Dumon (Bruno Dumont)
18) “Qrip olmuş Petrovlar” Rejissor: Kiril Siribrennikov (Kirill Serebrennikov)
19) “Qırmızı Roket” Rejissor: Şoan Beykr (Sean Baker)
20) “Fransızların göndərməsi” Rejissor: Uas Endırsın (Wes Anderson)
21) “Titanyum” Rejissor: Culiya Dyukernəu (Julia Ducournau)
22) “Üç mərtəbəli” Rejissor: Nənni Moretdi (Nanni Moretti)
23) “Hər şey yaxşı qurtardı” Rejissor: Fxğounsua Üazın (François Ozon)
24) “Qəhrəman” Rejissor: Asğaru Fərhədi (Asghar Farhadi)
Kann Film Festivalı ilə bağlı operativ məlumat almaq üçün, festivalın internet səhifəsinə: The films of the Official Selection 2021 - Festival de Cannes (festival-cannes.com) daxil olmaq, yetərlidir.
Mənbə: https://altyazi.net/haberler/74-cannes-film-festivalinin-juri-uyeleri-belli-oldu/
Tərcümə edən: Cavanşir Qasımov
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Verilən məlumata görə teatr "Birinci B...
Gənc Tamaşaçılar Teatrının səhnəsində vətən müharibəsinə həsr edilən “Balaca kişilər” tamaşasının premyerası olacaq.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tamaşa, 27-28 may tari...
Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüra...
“İnklüziv” termini latıncadan “daxil edirəm” mənasını verən “include” sözündən götürülüb. Daha sonra həmin termin fransızlar tərəfindən dilimizə “özünə daxil edən&...
Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibat&ccedi...
Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir,...
1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı S...
“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası o...
Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəli...
Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmı...