2 iyun tarixində müstəqil “Sıfır” teatrında Anton Çexovun “6 nömrəli palata” əsəri əsasında hazırlanmış eyni adlı tamaşanın nümayişi olub.
Şəhərdən kənarda, unudulmuş xəstəxananın 6 nömrəli palatasında 3 dəli yaşayır. Onlardan biri adlı-sanlı İvan Dmitriçdir. Günlərin bir günü xəstəxananın baş həkimi Andrey Yefimiç dəliləri ziyarət etməyə gəlir. İvanla arasında baş tutan söhbətlər Yefimiçi sarsıdır. Ağıl ilə dəlilik arasındaki sərhəd, yaşantı və əzab haqqında düşüncələr süjetin əsasını təşkil edir.
Tamaşa psixoloji dram janrındadır və absurd üslubunda qurulub. Səhnələşdirmənin müəllifi Mirtalib Həsənov, tamaşanın qurluşçu rejissoru Səid Abbasov, musiqi tərtibatçısı Fuad Məmmədov, səhnə tərtibatçısı Anar Buluddur.
Rollarda Anar Bulud (İvan), Orxan Bakinski (Andrey Yefimiç), Orxan Abışov və Kənan Balakişiyev (Mayseyko), Rəvan Mehdi (Poçtalyon), Şükür Babayev (Nikita) və Samir Əliyev (Xobotov) çıxış edirlər.
Qeyd edək ki, müstəqil "Sıfır" teatrı artıq bir ildir fəaliyyət göstərir. Teatr 2023-cü ilin 30 mart tarixində yaradılıb. Teatrın bədi rəhbəri Mirtalib Həsənov, baş rejissoru Səid Abbasovdur. Teatr pərdələrini Anton Çexovun “6 nömrəli palata” əsəri əsasında hazılanan tamaşa ilə açıb.
Tamaşada istifadə edilən səhnə dekorasiyası, rekvizitlər və tamaşaçılar üçün oturacaqlar tullantı məhsullarından hazırlanır. Hazırda teatrın repertuarında iki tamaşa var – “6 nömrəli palata” (A.Çexov) və “Utancaq qız” (F.Dostoyevski). Teatrın kollektivi yeni tamaşalar üzərində işləyir.
Nailə Qasımova
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...