1 noyabr tarixində başlanan “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə baş tutan tədbirin ikinci günü Festivalın direktoru Elçin Cəfərovun giriş sözü ilə başlayıb. O, münsiflərə və festival iştirakçılarına öz təşəkkürünü bildirərək, ikinci günün proqramı haqqında məlumat verib. Sonra festivalın ilk gününün qısa icmalını özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra ikinci gün üçün nəzərdə tutulan 5 tamaşanın nümayişinə başlanılıb.
Öncə “Storyboard” (müəllif Abdulla Elşadlı, rejissorlar Elvin Rüstəmzadə və Abdulla Elşadlı) tamaşası seyrçilərə təqdim edilib. Nümayişdən əvvəl rejissor Elvin Rüstəmzadə səhnəyə çıxaraq Human Teatrının “Storyboard” film-tamaşası haqqında məlumat verib. İki fərqli düşüncəyə malik rejissorun ərsəyə gətirdiyi tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın ikinci tamaşası, müəllifi və rejissoru İsa Əsədov olan “Zəfər yolu” qısa tamaşası iştirakçılara emosional anlar yaşadıb.
Seyrçilərin izlədiyi növbəti əsər “Bir nəfəs qədər” tamaşası olub. Nümayişdən öncə tamaşanın müəllifi və rejissoru Samir Qulamov səhnəyə çıxaraq “kimin qalib gələcəyi önəmli deyil, əsas, 44 günlük müharibəyə həsr olunan bu festivalın keçirilməsidir” – deyə öz düşüncələrini bölüşüb.
Tamaşaçılar daha sonra günün dördüncü tamaşası olan Füzuli Dövlət Dram Teatrının hazırladığı “Dönüş”ü izləyiblər. Tamaşanın müəllifi və rejissoru Nicat Mirzəzadə iştirakçılara Qarabağdan salam gətirdiyini bildirib və film-tamaşanı 3 günə ərsəyə gətirdiyini münsiflər və iştirakçıların diqqətinə çatdırıb.
Günün sonuncu nümayişi “Bir daha heç vaxt ocağımız sönməsin deyə” xoş arzularını bildirən müəllif və rejissoru Ruslan Adıgözəlovun təqdim etdiyi ”Ocaq” tamaşası olub.
Tamaşaların videoformatda nümayişindən sonra münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib. Müzakirədə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, münsiflər Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayev çıxış edərək, tamaşalar barəsində fikirlərini iştirakçılarla bölüşüblər. Onlar “Stroyboard”, “Zəfər yolu” ,”Bir nəfəs qədər”, “Dönüş” və “Ocaq” tamaşalarını dəyərləndirərkən ümumi olaraq qeyd ediblər ki, 44 günlük müharibədən sonra qələbənin bizdə oyatdığı qürur, sevinc kimi hislər bu tamaşalarda öz bədii həllini və ifadəsini kifayət qədər tapmayıb.
Müzakirə bitdikdən sonra isə Xalq artisti Pərviz Məmmədrzayevin “Bədən dili” adlı vorkşopu keçirilib.
Xatırladaq ki, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı” noyabrın 5-dək davam edəcək.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...