Noyabrın 1-də start verən “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) dördüncü günü festivalın layihə rəhbəri Vidadi Qafarov giriş sözü ilə başlayıb. O, münsiflərə və festival iştirakçılarına öz təşəkkürünü bildirərək, dördüncü günün proqramı haqqında məlumat verib. Sonra festivalın üçüncü gününün qısa icmalını özündə əks etdirən videoçarx nümayiş olunub.
Festivalın 4-cü günündə Bakı Uşaq və Gənclər teatrının “Son nəfəsə qədər” (müəllif və rejissor Könül Şahbazova-Qasımova), Lənkəran Dövlət Dram teatrının “Ana” (müəllif Oruc Qurbanov, Ağaddin Babayev; rejissor Oruc Qurbanov), müəllif və rejissor Cavid İmamverdiyev olan “Döyüşən tar”, Mingəçevir Dövlət Dram Teatrının “Bazar günü” (müəllif Ülviyyə Heydərova, rejissor İlqar Rəhimov), Gəncə Dövlət Kukla Teatrının “Xarı bülbül əfsanəsi” (müəllif və rejissor Zülfiyyə Əliyeva), Əsa Teatrının “Qonşu” (müəllif və rejissor Nihad Qulamzadə) tamaşaları nümayiş olunub.
Tamaşadan sonra münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib. Maraqlı keçən müzakirədən sonra dramaturq Əli Əmirlinin “Pyes necə yazılmalıdır?” adlı vörkşopu baş tutub.
Xatırladaq ki, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı”nın 5 noyabr saat 19:00-da mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...