Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” başlayıb.
25 noyabrda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iştirakçıların qeydiyyatı ilə festival işinə başlayıb. Qeydiyyatdan sonra Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş keçirilib. Daha sonra Nigar Güləhmədovanın quruluş verdiyi “Küknarlara məktub” (müəllif Goderdzi Çoxeli) tamaşası nümayiş olunub. Xronometrajı 44 dəqiqə olan tamaşada əsas rolları Elşən Rüstəmov, Almaz Amanova, Rüstəm Rüstəmov, Ayşad Məmmədov, Dilarə Səlimova, Firuzə Balayeva, Elnur Qədirov, Lalə Süleymanova, Ramin Şıxəliyev ifa ediblər.
Günün ikinci yarısında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşu, səhnə və musiqi tərtibatı Elşad Rəhimzadəyə məxsus “İnanıram” (müəllif Ülviyyə Heydərova) monotamaşasına baxış olub. Tamaşada Ana obrazını Zemfira Əbdülsəmədova canlandırıb. Hər iki tamaşa xarici qonaqlar üçün ingilis dilinə sinxron tərcümə edilib.
Festivalın rəsmi açılış mərasimi saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub.
Qeyd edək ki, noyabrın 30-a qədər davam edəcək II “4.4 Qısa Tamaşalar Festivalı” na giriş sərbəstdir.
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...