1 noyabr tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”(QTF) başlayıb. Açılış mərasimi Akademik Musiqili Teatrında baş tutub.
Tamaşaların nümayişindən öncə səhnəyə çıxan Festivalın direktoru Elçin Cəfərov, layihə rəhbəri Vidadi Qafarov, kreativ-direktor Emin Əliyev, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək fesival iştirakçılarını salamlayıb, onlara uğurlar diləyiblər.
Çıxışçılar 22 tamaşanın qatıldığı tədbirin geniş əks-səda doğurduğunu, ölkəmizdə ilk dəfə olaraq, belə bir formatda festivalın keçirildiyini və burada təkcə dövlət teatrlarının deyil, həmçinin özəl teatrların və müstəqil sənətçilərin fərdi qaydada iştirak etdiyini xüsusi qeyd ediblər.
Çıxışlardan sonra tamaşaların nümayişi başlanıb. Festivalın ilk günü 5 tamaşa nümayiş olunub. “44” (Müəllif və rejissor Zaur Əliyev), “İki əsgər” (Müəllif Günay Arda, rejissor Sevda Məmmədova), Müharibənin qadın üzü yoxdur” (Akademik Milli Dram Teatrı. Müəllif Svetlana Aleksiyeviç, rejissor Emil Əsgərov), “Missiya” (Sumqayıt Dövlət Musiqili Teatrı. Müəllif Hafiz Ataxanlı, rejissor Firudin Məhərrəmov), “Qoruq” (”Teatral” studiyası. Müəllif Səbinə Məmmədova, Mirvüqar Nəsirov, rejissor Tural Baxış) tamaşaları seyrçilər və münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.
Tamaşaların videoformatda nümayişindən sonra münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib. Müzakirədə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, münsiflər Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayev çıxış edərək, tamaşalar barəsində dəyərli fikirlərini iştirakçılarla bölüşüblər.
Xatırladaq ki, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı” noyabrın 5-dək davam edəcək.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...