Bakı Uşaq və Gənclər Teatrı Şanlı Qələbəmizin üçüncü ildönümü münasibətilə 1-3 noyabr tarixlərində “Bir teatr-bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını keçirib. 7 teatrın iştirak etdiyi festival Teatr Xadimləri İttifaqının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının və Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutub.
Festivalda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Küknarlara məktub” (müəllif Q.Çoxeli, rejissor Nigar Güləhmədova), Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Bir nəfəs qədər” (rejissor Samir Qulamov), Gənc Tamaşaçılar Teatrı “İnanıram” (müəllif Ülviyyə Heydərova, rejissor Elşad Rəhimzadə), Azərbaycan Dövlət Kukla Teatrı “Müsyo Jordan” (M.F.Axundov, rejissor Aleksandr Maksimçev), Lənkəran Dövlət Dram Teatrı “Haqqın 44 günü” (Müəllif və rejissor Anar Babalı), Mingəçevir Dövlət Dram Teatrı “Adsız” (Müəllif Aygün Həsənoğlu, rejissor, Vüsal Mehrəliyev) , Bakı Uşaq və Gənclər Teatrı “Son nəfəsə qədər” (İdeya müəllifi və rejissor Könül Şahbazova), “Cənnətə bilet” (Müəllif və rejissor İlhamə Əhmədova), “Vətən” (İdeya müəllifi və rejissor İntiqam Soltan) tamaşaları nümayiş olunub.
İştirakçı teatrların tamaşaları Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və festivalın təşkilat komitəsi tərəfindən diplom və mükafatlarla, tamaşaların rejissor və iştirakçıları təşəkkürnamələrlə təltif olunub. Bundan başqa teatrlarda çalışan II Qarabağ müharibəsi iştirakçıları da təşəkkürnamələrlə təltif olunub.
Layihənin rəhbəri və ideya müəllifi Əməkdar artist İntiqam Soltandır.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...