Yubiley mövsümü başa çatır…

Sumqayıt Dövlət Dram Teatrı Sumqayıtlıları və şəhərimizin qonaqlarını 50-ci mövsümün son tamaşasına dəvət edir. Tamaşa 19 iyul 2019-cu ildə nümayiş etdiriləcəkdir. Yazıçı – dramaturq Əli Əmirlinin “Sevgilim Sumqayıt” pyesinin maraqlı səhnə versiyası ilə bu ilki mövsüm bağlanacaq. Xatırladaq ki, “Sevgilim Sumqayıt” tamaşası Sumqayıt Dövlət Dram Teatrı kollektivinin Sumqayıtın şəhər statusu almasının 70 illiyinə hədiyyəsidir. Lirik – psixoloji, eyni zamanda sosial- ictimai xəttləri ilə maraq doğuran səhnə əsərində bədii təxəyyüllə sənədli faktların sintezi maraqlı formada təqdim olunur. Quruluşçu rejissor, xalq artisti Firudin Məhərrəmovun orijinal baxış bucağı əsərə yeni çalar qatır. Bütün teatrsevərləri, o cümlədən şəhərimizin qonaqlarını iyulun 19 – da, saat 19.00- da “Sevgilim Sumqayıt” tamaşasına dəvət edirik.
- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Prezident İlham Əliyev son bir ayda ikinci dəfədir ki, teatr kollektivlərini sevindirir. Dövlətimizin başçısının martın 11-də imzaladığı Sərəncamla teatr və konsert müəssisələrində çalışan işçilərin...

Sumqayıt Dövlət Dram Teatrının noyabr repertuarı

Teatrın noyabr ayı üçün repertuarı 2 noyabr Turqut Özakman “Ocaq” saat 12:00 3 noyabr Rus xalq nağılı əsasında “Kim güclü, kim ağıllı?” (premyera) saat 11:00, 13:00, 15:00 4 noyabr Rus...

Bolqar rejissor “YUĞ” da tamaşa hazırlayacaq

Azərbaycan Dövlət “YUĞ” Teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AZƏRTAC-a bildirib ki, tezliklə...

Recent

Elsevər Rəhimov: “Xəyallarım hədəflərimdən böyükdür”

Uşaq yaşlarında demək olar ki, hər gün filmə baxırmış. Həm də izlədiyi filmlərdə aktyorlara həsəd aparırmış. Artıq zaman keçir, yaş artır və peşə seçimi...

Füzuli Dram Teatrında pərdəni “Qatil” endirib

Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə Xalq yazıçısı Elçinin “Qatil” əsərinin tamaşası ilə yekun vurub. Tamaşa N saylı hərbi hissənin şəxsi heyətinə təqdim edilib. Səhnə...

Qazaxıstanda VII Beynəlxalq Teatr Festivalı keçiriləcək

Qazaxıstanın Teatrlar Assosiasiyası Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə 30 oktyabr-6 noyabr 2018-ci il tarixində Mərkəzi Asiya ölkələrinin VII Beynəlxalq Teatr Festivalını...