Ana səhifə » Persona » Müsahibə » Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki…” – MÜSAHİBƏ

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki…” – MÜSAHİBƏ

Azərbaycanın Xalq artisti Məmməd Səfa Qasımovun Lent.az-a müsahibəsi

 

– Eksperimental Tamaşalar festivalının gedişatından ayırdım sizi, necə keçdi, festival havası vardımı?

– Mənim İncəsənət  Universitetində dərs dediyim 3-cü kursun da tamaşası göstərilir, həmkarlarımın kursları da oynayırlar. Tələbələrimizin yanındayıq.  Festival həmişə, hər bir halda teatr bayramıdır. İşini nümayiş etdirirsən, sənə baxırlar və alqışlayırlar.

– O festivalın özülünü rəhmətlik Vaqif İbrahimoğlu qoymuşdu, ilk dəfə keçirmişdi. Mən də festivalı yüksək səviyyədə işıqlandırdığıma görə “Ən yaxşı jurnalist” nominasiyasının qalibi olmuşdum.

– Hə, Allah ona rəhmət eləsin, “Yuğ”un bir-neçə işi də mükafat almışdı o zaman, 2003-cü ildə. Nə biləydi ki, ikinci festival onsuz keçiriləcək, həyatdı də…

– Bəli, həyat davam edir, festivallar da öz yerində. Teatr aləmində son bir-neçə gündə bir işıq seli görünür. Sizin nə təəssüratlarınız var?

– Hesab edirəm ki, ölkə başçısı ilə mədəniyyət xadimlərinin görüşü lazım idi ki, oldu. Həm də belə görüşlər mütəmadi olmalıdır. Vacib məsələlərin həlli üçün çox önəmlidir. İnanıram ki, bir çox problemlər öz həllini tapacaq.

– Orda olsaydınız, nə təklifiniz olardı?

– “Yuğ” teatrına bina xahiş edərdim. İkinci xahişim kinonun inkişafı ilə bağlı olardı.

– Bəs, şəxsi?

– Şəxsi o qədər problemlərimiz var ki, nə bilim…

– Diplomatik cavab oldu. Yaradıcı yolunuza nəzər salanda diqqətimi Bakı Mədəni-Maarif Texnikumu çəkdi, aktyor olmaq üçün ora qəbul olunmuşdunuz?

– Neynəyim, İncəsənət Universitetinə – o vaxt institut idi – qəbulda Adil İsgəndərov ixtisasdan mənə dörd dənə “3” yazdı, daha doğrusu, “3” aldım, müsabiqədə 25 yerə 27 nəfərdən keçməyən iki nəfərin biri mən oldum, çünki hamısı yaşca məndən böyük, əsgərlikdən qayıtmış uşaqlar idi. Universitetin yanından keçəndə Adil müəllimi pəncərədən baxan görüb, deyirdim, ay müəllim, mənə bircə “4” yazsaydınız, indi tələbəniz idim. Amma yaxşı ki, elə oldu. Bir az da böyüyüb, sonra qəbul olundum və sənəti daha yaxşı öyrəndim, daha məsuliyyətli oldum. Əfrasiyab Məmmədovun kursunu bitirdim. Təyinatla Şabranda Mədəniyyət evində işlədim, amma qırmızı diplomla bitirdiyim üçün təyinat yerində cəmi bir il işlədim, yoxsa üç işləməli olardım. Həmin il də İncəsənətin aktyorluq fakültəsinə qəbul olundum. Fuad Hacıyevin kursunda oxuyurdum, bir il Nəsir Sadıqzadə də dərs dedi bizim kursa.

– Özünün aktyorluqda uğuru olmayan, amma onlarla aktyor yetişdirən müəllim Nəsir Sadıqzadə…

– Həm də Bakı Dövlətin filologiyasını bitirmişdi. Allah ona rəhmət eləsin, Azərbaycanda elə bir aktyor yoxdur Nəsir Sadıqzadədən bu və ya digər formada dərs almasın.

– İlk iş yeriniz “Yuğ” oldu?

– Yox, 7-8 il universitetdə səhnə danışığı kafedrasında dərs dedim, sonra keçdim aktyorluq kafedrasına. Eyni zamanda, Tədris teatrında çalışırdım. Orda çalışa-çalışa Vaqif İbrahimoğlu “Yuğ” teatrını yaratdı. İsrafil İsrafilov bizə dedi ki, bərk-bərk yapışın müəllimdən, qopmayın. Biz də o tutan tutduq, ta ki, Vaqif müəllim rəhmətə gedincə buraxmadım…

– Bu sizin sənətinizdə yaxşılığa doğru oldumu, bu gün ziyanını çəkmirsiniz?

– Əlbəttə, yaxşılığa doğru oldu. Mən o ziyan ifadəsini işlətsəm, dilim od tutub yanar. Biz peşə həyatımızı Vaqif müəllimə borcluyuq. Müəllimim çox olub, onun yeri bir başqadır.

– Amma bu gün onun məktəbinə Azərbaycan teatr aləmində yer yoxdur…

– Müəllimin özünün dediyi sözdür. Deyirdi ki, hər bir teatrın ömrü 20 ildir, ondan sonra yaşamır. Yeni yaranışlardan, yenidən başlamaq lazımdır. Elə də oldu, “Yuğ”un 20 illiyi ərəfəsində Allah özü gəldi müəllimi apardı ki, sənin missiyan başa çatdı. Adı, hörməti “Yuğ”da çox yüksəkdir, amma missiya başa çatıb. İndi orda yeni estetika başlayıb.

– Əsas teatr rollarınız “Yuğ”da olub.

– Milli Dram teatrında “Şah Qacar”da, “Nadir şah”da oynamışam, əsas “Yuğ”dur.

– Nədənsə yaddaşımda irəli “Otello” keçir, qalanı qalır onun kölgəsində.

– Niyə, çox maraqlı işlərimiz olub. “Salam”, “Bamsı Beyrək boyu”, Şah İsmayıl Xətaidən “Səma”, “Bir, iki, bizimki” tamaşası vardı, Nizaminin “Sirlər xəzinəsi” mürəkkəb tamaşa idi. 100-ə yaxın tamaşa oynamışıq. Hər tamaşanı uzağı üç dəfə oynayardıq, Vaqif müəllim yenisini qoyardı.

– “Yuğ”un estetikası onu tələb edirdi…

– İndi də elədi, böyük tamaşaçı kütləsinə hesablanmır, bu teatrın tamaşaları, məhdud sayda tamaşaçı üçündür. Aktyoru yetişdirən teatrdır, çünki tamaşaçı ilə yaxın məsafədə, onunla göz-gözə oynayırsan, səmimi olmaya bilməzsən. Digər teatrlarda bu yoxdur.

– Bu teatrda işləyən aktyorun filmə çəkilməyi asandır, yoxsa çətin, axı tamaşaçının gözünə alışmısan, oynamısan, kinoda onu kamera əvəz edir?

– Əksinə, daha rahatdı, çünki “Yuğ”un tamaşaları elə kinodu.

– Bəzən aktyorların taleyində bir obraz elə rol oynayır ki, gələcək sənət taleyi onunla müəyyən olunur. Sizin kino rollarınız çoxdu, amma “Dolu”dakı komandir daha çox yadda qalıb.

– Belə deməzdim, “Dolu” filmi Qarabağ mövzusunda olduğu üçün insanların zəif yeridir. Qarabağ müharibəsinin toxunmadığı tale yoxdur, sizin “Müharibə miniatürləri” kitabınız buna nümunə. “Ovsunçu”, “Cavid ömrü” filmlərində də maraqlıdır obrazlarım. Sadəcə, “Dolu” gündəmin tələbidir.

– Uzun illər Prezident mükafatçısı oldunuz. 2018-ci ildə “Xalq artisti” fəxri ad verdilər sizə, Universitetin professoru oldunuz, düşərli il oldu. İndi nə işlə məşğulsunuz?

– Dörd il Prezident təqaüdü aldım. Təki bütün illər hamımıza düşərli olsun. Hazırda isə “Yuğ”da Orhan Pamukun “Mənim adım qızrmızı” əsəri əsasında tamaşa hazırlanır, orda məşğulam. Universitetdə tələbələrimlə çalışırıq.

– Neçə kursunuz olub?

– Çox, 90-cı illərin əvvəlindən işləyirəm. Bütün teatrlarda tələbələrim var. Allah hamısına şans versin, peşələrində uğur qazansınlar. Mənim deyil, öz zəhmətləri, öz uğurlarıdır. Təki meydanları olsun.

– Niyə baş teatrdan uzaqlaşdınız?

– Uzaqlaşmamışam, dəvət etdilər, oynadım, bitdi, yenə dəvət etsələr gedib oynayacam. Hamımızın teatrıdır Akademik Milli Teatr, ana teatrımızdır. Ordan görün kimlər gəlib gedib, Allah hamısına rəhmət eləsin. Milli Teatrdır, bizimdir, həmişə təəssübünü çəkmişəm.

– Ailənizdən danışaq. Uşaqlardan sizin sənətə gələni var?

– Yox, qızım tarixdə oxuyur, oğlum 8-ci sinifdədir, hələ qərar verə bilmir. Hər gün gəlib deyir bəlkə filan peşəni seçim? Deyirəm, özün qərar ver. Aktyor olmaq istəsə, olsun, amma deyəcəm ki, çətindir…

– Hamının verdiyi bir banal sual verəcəm. Ürəyinizdə qalan obraz var?

– Yox, heç vaxt, Hamlet, Kral Lir olmaq arzulamamışam, arzusunda olduğum obraz yoxdur, nə verilibsə onu da oynamışam, rejissorun gördüyü kimi olmuşam. Amma hardasa içimdə bir hiss var, hələ nə isə möhtəşəm bir iş qarşıdadır, bilmirəm nə vaxt, harda, amma olmalıdır. Ona doğru gedirəm və bütün varlığımla hiss edirəm.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir