Ana səhifə » Mövqe » Vidadi Qafarov – Vaqif İbrahimoğluna açıq məktub!

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Vidadi Qafarov – Vaqif İbrahimoğluna açıq məktub!

Salam Vaqif müəllim!

Sizdən necəsiniz… soruşmaq istərdim. Amma nə mənası, cavabını bildiyim sualı niyə verim ki… Bilirəm ki, heç yaxşı deyilsiniz, xüsusən də son günlər, fırlanırsınız hamımızın son evi olan o soyuq qəbirdə, özünüzə yer tapmırsınız. Necə  tapasınız axı… dişiniz-dırnağınızla qurduğunuz teatrın binası əlindən alınıb, müvəqqəti sığınacaqda yaşayır. Sizə Müəllim deyən, sizi Ustad sayan, illərinizi həsr etdiyiniz tələbələrinizin əksəriyyəti dönük çıxıb. Teatrda qruplaşma, dəstəbazlıq, intriqa baş alıb gedir. Yetirmələriniz sosial şəbəkələrdə biri-birinə iftiralar atır, bir-birlərini, o müqəddəs ocağı çirkaba bulayırlar. Üfunət iyi bürüyüb aləmi. Hamısı da Sizin adınızı əlində bayraq tutub, sədaqətdən, ləyaqətdən, vəfadan, şərəfdən dəm vururlar.

Vaqif müəllim, Sizə ruhunuz şad olsun… demək istərdim. Amma nə mənası, bilirəm ki, ruhunuz şad deyil… Mən dəfninizdən sonra qəbrinizi sonuncu dəfə ildönümünüzdə ziyarət etmişəm. Sonra gəlməmişəm ziyarətinizə, gələ bilməmişəm. Bilməmişəm ki, qəbrinizin üstündə belə rastlaşmaq istəməyən hansı qrupa qoşulub gəlim ziyarətinizə. Amma yaratdığınız teatrın “işçiləri” hər il mayın 12-də utanmadan dəstə-dəstə, qrup-qrup gəlirlər qəbrinizi ziyarət etməyə… sonra da şəkillərini sosial şəbəkələrdə paylaşırlar… Və elə bilirlər ki, bununla öz mənəvi borclarını yerinə yetirmiş olurlar, vicdanlarına su çiləmiş olurlar. Amma və lakin düşünmürlər ki, Sizin anım gününüzdə belə, heç olmasa bir günlüyə, qəbrinizin üstündə birləşə bilməyən insanların ziyarəti Sizə lazım deyil… Siz onları belə gördükcə ruhunuz heç də şad olmur…

Vaqif müəllim, çox danışıb, onsuz da ağrıyan başınızı ağrıtmayım… vəziyyət bax belədi, teatrınız dəstə-dəstə, qrup-qrup yoxa çıxır. Ona görə də bu gün teatrınızın adı var, özü yoxdur. Fikir verdinizsə, mən də onun adını heç çəkmədim. Niyə də çəkim, teatrın çirkaba bulaşmış adını…

Vaqif müəllim, niyə girmirsiniz Sizə, ideyalarınıza dönük çıxan o naxələflərin yuxusuna, niyə onlara demirsiniz ki, bəsdirin teatrı döndərdiniz “Altıncı palata”ya, bəsdirin yalnız öz eqolarınıza qulluq elədiniz, bəsdirin düşmənləri sevindirib, dostları kədərləndirdiniz, bəsdirin mənim gorumu söydürdünüz, haram olsun sizə qoyub getdiyim teatr, öyrətdiyim sənət, verdiyim çörək! Bundan belə gəlməyin mənim qəbrimə dəstə-dəstə, qrup-qrup, ruhumu incitməyin..! … Amma bilirəm ki, bunu da etməyəcəksiniz, Müəllim, böyüklüyünüz buna imkan verməyəcək. Çünki Siz heç vaxt etdiyinizi sərki verən, üzə vuran insan olmamısınız.

Bəs, onda necə olsun Vaqif müəllim? Bəlkə əlacı budur ki, girəsiniz aidiyyatlı orqanın rəhbərinin yuxusuna və xahiş edəsiniz ki, ya bu teatra bir əncam çəksinlər, ya da …, vəssalam, şüttəmam! Sizin də ruhunuz rahat olsun, teatr cameəsinin də… yoxsa, cisminiz olmasa da, daşınız çox ağırdı, Vaqif müəllim..!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir