Ana səhifə » Persona » Müsahibə » V Beynəlxalq Teatr Konfransı qonaqların gözü ilə

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

V Beynəlxalq Teatr Konfransı qonaqların gözü ilə

Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işinə başladı.  “XXI əsrin teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrının binasında keçirilən konfransda rəsmi şəxslər, teatr cameəsinin nümayəndələri, tanınmış insanlar iştirak edirdi. Konfransa dünyanın 40 ölkəsindən 120-dən artıq teatr mütəxəssisi qatılmışdı. Biz də V Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Bakıya təşrif buyuran əcnəbi qonaqlarla söhbətl etmək, onların fikirlərini öyrənmək imkanı qazandıq. Paytaxt Bakıda bir bayram ab-havası yaşayan xarici teatr mütəxəssisləri öz təəssüratlarını bizimlə bölüşdülər.Beynəlxalq Teatr Konfransının mədəniyyətlər arasında körpü rolu oynadığını vurğulayan Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam bizimlə söhbətində teatrların dünyada sülh əmin-amanlığı təmin etmək üçün bir vasitə olduğunu bildirdi: “Bu sülhü davam və inkişaf etdirmək üçün bu tipli beynəlxalq tədbirlərin keçirilməsi mütləqdir. Biz sənət vasitəsi ilə bir-birimizi başa düşməyə çalışırıq.  Bakıda  Teatr  konfransında olmaqdan məmnunluq hissi duyuram. Bu konfransın teatr sənətinin inkişafı üçün böyük rolu var. İncəsənət xadimlərinin bir araya gəlməsinin dünyada sülhün təminatına xidmət edən hadisə olduğunu hesab edirəm.  V Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycan mədəni həyatında dəyərli bir hadisədir. Konfrans dünyanın müxəlif ölkələrində yaşayan teatr xadimlərinin bir araya gəlməyi, geniş fikir mübadiləsi aparmağı və problemlərin həlli yollarını birgə axtarmaq üçün böyük imkanlar yaradır. Bu əlamətdar gün münasibəti ilə bütün teatrsevərləri təbrik edirəm”.UNESCO-nun Sülh Artisti Əli Mahdi Teatr konfransının keçirilməsini yüksək qiymətləndirdi: “Şəhəriniz çox gözəldir. Bura nağıllar aləmidir. Nağıllar aləmində teatr kimi gözəl bir dünyanın olması isə əsrarəngizdir. Teatr konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan Republikasının Mədəniyyət Nazirliyinə və təşkilatçılarına təşəkkürümü bildirirəm.  Konfrans yeni fikir və ideyaların paylaşılmasına şərait yaradır. Biz burada dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr aləmində çalışan peşəkar insanları gördük, söhbət etdik, problemlərimizdən danışdıq. Aydın oldu ki, bu gün dünyanın bir çox ölkələrində bənzər teatr prosesləri gedir. Müasir texnologiyalar yaranır, onlar yarandıqca canlı sənət növü olan teatr öz qüvvəsini itirir. Ancaq teatrlar mübarizəni davam etdirir, ayaq üstündə dayanmağı bacarırlar. Teatr xadimləri tarixi, siyasi, sosial durumdan asılı olmayaraq, hər zaman sözlərini deməyə güc tapırlar. Bu gün biz o gücü göstərmək üçün burdayıq. İnanırıq ki, konfrans ümumbəşəri hədəflərə çatmaq üçün öz səylərini əsirgəməyəcək və bu tipli konfransların sayı çox olacaq”.Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi deyir ki, teatr bir dünyadır, yetər ki, siz bu dünyadan baxmaq istəyin: “Bu tip konfransların keçirilməsi dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmi çoxdur. XXI əsrdə teatr problemləri nəinki fəlsəfi anlamda araşdırılmalı, həm də mövcud olan problemlərin istiqamətləri və həlli yolları düşünülməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşmaq imkanı verir. Mən də burada olduğum üçün çox məmnunam. Şəhəriniz çox gözəldir. Teatr binalarınız muzeyləri xatırladır. Teatr konfransı isə yüksək səviyyədə təşkil edilib”. Banqladeşdə Asiatic Marketing Cammunications LTD-nin sədr müavini aktrisa Sara Zaker Azərbaycana birinci dəfədir gəlir “İlk dəfədir ki, Azərbaycana gəlmişəm və belə möhtəşəm bir tədbirdə qonaq qismində iştirak edirəm. Əvvəlcə onu qeyd edim ki, ölkəniz çox gözəldir. Mədəniyyətlərimiz bir-birinə çox bənzəyir. İnsanlarınız qonaqpərvər və gülərüzdür. Burada olmaqdan olduqca məmnunam. İlk dəfədir vətəninizə gəlirəm və buranın gözəlliyinə heyran qaldım. Azərbaycana gəlməyə dəyər”.
Aktrisadan Azərbaycan teatrları ilə nə qədər tanış olduğunu də xəbər alırıq: “Açığı sizin teatrlarınızla bağlı geniş məlumatım yoxdur. Konfransda iştirak etməklə yanaşı, teatrlarınızın tamaşalarına baxmağı və Azərbaycan teatrı ilə daha yaxından tanış olmağı planlaşdırıram. Bircə onu bilirəm ki, 150 ilə yaxın yaşı olan teatrınız var. Görürsünüz, Azərbaycana ilk dəfə gəlməməyimə baxmayaraq, məlumatım var. O ki qaldı Teatr konfransına,  mən  bu tədbirin bu qədər gözəl olacağını gözləmirdim. Bu konfrans XXI əsrin qlobal problemlərini özünü əks etdirir. Dünyanın bir çox ölkələrindən peşəkar teatr mütəxəssisləri dəvət olunub. Bu sevindirici haldır. Qiyabi olaraq tanıdığımız insanları indi canlı şəkildə görmək imkanı əldə etmişik”.  Rusiya Musiqili Teatrlar Birliyinin İcraçı direktoru Natalia Zıkova bizimlə söhbətində konfransın möhtəşəm layihə olduğunu dedi: “Konfransın əsas məqsədi insanları toplayıb, teatrla tanış etməkdən ibarətdir. Bilirsiniz ki, XXI əsrdə insanların teatra olan marağı qənaətbəxş deyil. Biz bu problemləri birlikdə həll etmək üçün bir araya toplaşmışıq. Problemin müxtəlif həlli yollarını axtarmağa çalışırıq. Konfransın keçirilməsində ikinci bir məqsəd isə müxtəlif teatrlarda çalışan insanları bir araya gətirib onlara problemləri göstərməkdir. Əksər problemlərimiz eynidir. Bizim ölkələrimiz arasında möhtəşəm əlaqələr var bu əlaqələr gələcəkdə də davam edəcək”.Moskva Fiziki Teatr laboratoriyasının bədii rəhbəri Lidiya Kopina isə deyir ki,  teatr, ilk növbədə, canlı olmalıdır: “Teatr canlı sənət növüdür. Buradakı proseslər də canlı şəkildə baş verir. Biz bunun dəyərini nə qədər anlayırıq? Ümumiyyətlə, anlaya bilirikmi? Konfrans bizi belə suallarla qarşı-qarşıya qoyur. Teatrda heç bir texnologiya həlledici rol oynamır. Önəmli olan aktyorlar və onların şəxsiyyətidir. Düşünürəm ki, teatrda texnogen amillərdən çox aktyor oyununa önəm verilməlidir. Mənim üçün məhz bu, teatr gələcəyin teatrdır”.
Ölkəmizdə qonaq olan teatr mütəxəssisləri bu konfransı sülh və mədəni əməkdaşlıq naminə keçirilmiş mötəbər bir layihə hesab edirlər. Onlar bir araya gələrək, XXI əsrdə dünya teatr sənətində olan mövcud problemləri müzakirə etdiklərini və teatrın inkişafı üçün ümumi bir həll yolu tapacaqlarına ümid bəslədiklərini bildirdilər.

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir