Ana səhifə » Persona » Müsahibə » Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Teatr bir məktəbdir. Kimisi bu məktəbdə zəif performans göstərdiyi üçün dərslərindən geridə qalır, kimisi də bu məktəbi əla qiymətlərlə bitirib istədiyi zirvəyə doğru yol alır. Müsahibim Şarud Mehdiyeva da ömrünün 46 ilini Lənkəran Teatrına həsr edib. “Bundan sonra da canımda can durduqca ürəyim teatrla döyünəcək” deyir. Onun həyat hekayəsini dinlədim. Gözlərində qəm, ürəyində övlad və teatr sevgisi ilə alışıb yanırdı. Arzuladığı həyatı yaşamaq qisməti olmayıb. Həyatda əsas qazancı övladları, bir də ömrünü həsr etdiyi obrazlarıdır. Həyatının ən çətin illərində tutacağı, ən böyük dayağı elə teatrın özü olub.
Müsahibim, irili-xırdalı onlarla rola “can” verib. O, Lənkəran Dövlət Dram Teatrında Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşasında Ana, T.Məmmədovun “Gəlin həsrəti”ndə Bəzəkcan, Y.Edlisin “Kölgələrin oyunu”unda Kleopatra, K.Kaldoninin “İki ağanın bir nökəri”ndə Beatriçe, İ.Coşqunun “Ana laylası”nda Bahar, Ə.Əmirlinin “Onun iki qabırğası”nda Ceyran, Ə.Orucoğlunun “Pul dəlisi”ndə Gülnaz, S.S.Axundovun “Qaraca qız”ında Pəri Cahan xanım, H.Allahyarovun “Bir ovuc torpaq”ında Xumar, H.Mirələmovun “Ləyaqət”ində yaşlı qadın, Y.Əzimzadənin “Nəsrəddin”ində Xeyrənisə, B.Nuşiçin “Nazirin xanımı”nda Nofa, Q.Fiqeyredonun “Ezop”unda Miletta, H.Muxtarovun “Mən nənə ilə evlənirəm”ində Sədəf İmanova, Q.Qorinin “Herostratı unudun”unda Eritta, Ə.Əmirlinin “Köhnə ev”ində Mələk və b. surətləri canlandırıb.
– Şarud xanım, teatra gəlişinizi necə xatırlayırsınız?
– 1973-cü ildə qəzetdə elan oxudum. Teatra işçi axtarırdılar. O zaman 18 yaşım vardı, gənc idim, səhnə eşqi ilə alışıb yanırdım. Həmin illər qız uşağının teatra getməsinə pis baxırdılar deyə, qorxumdan bunu valideynlərimdən gizlətmişdim. Həm də mənə qədər nəslimizdə heç kim incəsənət sahəsində çalışmamışdı. Ona görə, məni hansı çətinliklərin gözləyəcəyindən xəbərdar idim. Çevrəmdəki insanlar teatrda çalışan qızlara barmaqarası baxırdılar. Ona görə, istəmirdim kimsə mənim teatra getdiyimdən xəbər tutsun. Heyf o illərdən…
– Səhnəyə çıxdığınız ilk gün də yəqin yadınızdadır?
– Çox həyəcanlı idim. Səhnə başıma fırlanırdı. Açığı, bu gün də səhnəyə çıxanda çalışıram ki, tamaşaçılara tərəf baxmayım. Səhnəyə çıxanda sanki mənimlə salon arasında böyük sədd olur və mən tamaşaçıları görməməyə çalışıram. Tamaşa zamanı zalı görəndə həyəcanlanıram və əsməyə başlayıram. Bir dəfə bunu deyəndə, Böyükxanım Əliyeva bildirdi ki, o da səhnəyə çıxanda zala baxmamağa çalışır. Çünki tamaşaçı qarşısına çıxmaq böyük məsuliyyətdir. Biz bu məsuliyyəti dərk edirik.


– İndi geriyə baxanda peşmançılıq hissi keçirirsiniz?
– Açığı, elə hissə qapılmamışam. Ancaq əziyyətimin qiymətləndirildiyini görməyi çox istəyərdim. Həyatda o qədər çətin, keşməkeşli günlərim olub ki… İki övladım vardı, teatrdan aldığım pulla onları dolandırmaqda çətinlik çəkirdim. Ancaq heç kimə boyun əymir, kimsəyə ağız açmırdım. İki uşağı kirayədə çətinliklə də olsa böyütdüm. Hətta çətinlik gördüyüm o illərdə belə, teatrı atmadım, “maaşı azdır” deyib başqa sahəyə getmədim. Teatrın çətin gülərində mən ona dayaq oldum. Teatrı çox sevirəm, ancaq elə şeylər var ki, məni teatrdan uzaqlaşdırır və həvəsdən salır. 46 ildir teatrda çalışıram. Bu, bir sənətçi üçün çox böyük bir müddətdr. Amma… Çox istəyərdim ki, birotaqlı da olsa, evim olsun. Fəxri adımın olmasını arzulayıram. Müraciət etdikdə deyirlər ki, diplomunuz olmadığı üçün sizə fəxri ad düşmür. Axı istedad diploma bağlı deyil. Teatrın böhranlı vaxtında, çoxlarının teatrdan uzaqlaşdığı bir vaxtda mən teatrı atmadım, çiyinlərimi çətinliklərin altına verdim. Həmin dövrdə teatrda çalışan hər kəs bunu etiraf edə bilər. O zamanlar məni 7 saylı məktəbə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün dəvət edirdilər. Ancaq mən getmədim, çünki teatrı bu vəziyyətdə qoyub gedə bilməzdim. Maddi cəhətdən vəziyyətim yaxşı olmasa da teatrı tərk etmədim. O çətin illəri Allah heç kimə göstərməsin.


– 46 ildir teatrda çalışırsınız, amma sizi seriallarda, filmlərdə görə bilmirik.
– Açığı, seriallara və filmlərə dəvət alıram, ancaq həyat yoldaşım buna icazə vermir. Yoldaşım qoysaydı, seriallara çəkilərdim. Əslində filmə çəkilməyi çox arzulayıram, çünki film tarixdir. Tarixə düşməyi isə çox istəyərdim. Qadın üçün ailə müqəddəsdir. Mən də ailəmin sözündən çıxa bilmərəm.
– Yəqin ki, bu illər ərzində teatrda maraqlı əhvalatlara da şahidlik edibsiniz.
– O qədər… Anaq elə hadisələr var ki, onları danışmaq düzgün deyil. Unutmadığım hadisələr də yaşamışam. Məsələn, bir dəfə səhnədə yıxılıb, kəllə-beyin travması almışdım. O hadisədən sonra 10 gün özümə gələ bilmədim. Yaddaşımı itirdim, çox çətinliklə yenidən həyata qayıtdım. Öz üzərimdə çalışdım və özümü bərpa etdim. Davamlı olaraq kitablar oxuyur, tamaşaları izləyir və yenidən səhnə həyatına dönməyi arzulayırdım. Nəticədə mən yenə teatra geri döndüm.
– Teatrda oynadığınız hansı obraz sizin ruhunuza daha yaxındır?
– Valentin Rasputinin “Sonuncu möhlət” əsərində baş qəhrəmanı – Ana rolunu canlandırmışdım. O obraz həyatım boyu məni həyəcanlandırıb. Bu tamaşanı oynayanda mən çox gənc idim. Əsəri oxuduğuma görə, ana rolunu oynnamağı rejissordan özüm istəmişdim. Əslində tamaşada ananın elə böyük bir performansı, sözü yox idi. Ana həyatını övladlarına həsr edir və bir gün halı pisləşir, övladlarını səsləyir, ancaq onun harayına səs verən olmur. Fədakar ana çarpayısında tənha şəkildə ölür. Hansı ki, yan otaqda onun övladları şadyanalıq edir, analarının səsini belə eşitmək istəmirlər. Bu tamaşanı mən o vaxt – gəncliyimdə oynamışam. O tamaşa indi yenidən səhnələşdirilsəydi, onu daha gözəl, daha fərqli oynayardım. Bu, mənim ən çox sevdiyim roldur. Teatrda Kleopatradan tutmuş, Qar kraliçasına qədər, hər cür rollar oynamışam.
– Yəqin ki, “Sonuncu möhlət”dəki ana kimi ölməkdən qorxursunuz…
– Bu, faciədir… Valideynə hörmətsizlikdir, valideynin qədrini bilməməkdir. Qismətdir, gələcəyi bilmək olmur. Həyatın insana nələr yaşadacağını da öncədən bilmək olmur. Ancaq heç bir anaya elə bir ölüm arzulamıram.

– Bəs bu illər ərzində heç tənqid olunubsunuz?
– Əgər həqiqi tənqiddirsə, qəbul edərəm. Ancaq bəzən insanlar tənqidlə təhqiri səhv salırlar. Həyatım boyu təhqiri qəbul etməmişəm. Biz düşüncəli insanlarıq, ağı qaradan seçməyi bacarırıq. Ona görə, bu günün insanına nəyin pis, nəyin yaxşı olduğunu deməyə ehtiyac yoxdur. Xalqın gözü tərəzidir.
– Səhnədə nisgilində olduğunuz obrazlar varmı?
– Demək olar ki, hər cürə obrazları oynamışam. Artıq 64 yaşımı haqlamışam. Ancaq bəzən mənə edilən hörmətsizliyi və diqqətsizliyi görəndə peşman oluram. Yarım əsrdən 14 il çox yaşamışam. Teatrda aktrisaların həsəd apardığı hansı rol varsa, onların hamısını oynamışam. Məsələn, hər kəs istəyər ki, Kleopatranı oynasın. Onu da Lənkəran Teatrında mən oynamışam. Bundan o tərəfi varmı?
– Hansı rejissorlarla işləmək sizin üçün rahatdır?
– Bu sferada tanınmış, ən məşhur rejissorlarla da işləmişəm, yeni gələn gənc nəsillə də. Hüseyn Sultanov, Əşrəf Quliyevlə o zamanlar gözəl işbirliyimiz olub. İndi isə teatrımızın baş rejissoru Oruc Qurbanovun hazırladığı tamaşalarda rol alıram. Rejissorlar hansı obrazı mənə həvalə ediblərsə, onların öhdəsindən gəlməyə çalışmışam.
– Səhnədə aktyorla rejissorun bir-biri ilə dil tapması çox önəmlidir. Və bu ünsiyyət tamaşaya da təsir edir…
– Elədir. Mən 43 yaşında 14 yaşlı bahar qızını oynamışam və bu obrazım insanlar tərəfindən sevilib. 43 yaşında özümü 14 yaşlı qız kimi hiss edirdim. O mənim ürəyimə yatan rol idi ki, həmin tamaşada səsləndirdiyim ifadələr hələ də yadımdadır.
– Deyirsiniz ki, yarım əsri 14 il geridə qoyubsunuz. Hər iki nəsil sənətkarlarla işləyibsiniz. Nəsilləri müqayisə etmə zamanınız olurmu?
– Əlbəttə olur. Bir zamanlar səhnədə çiyin-çiyinə çalışdığım sənətkarların çoxu indi həyatda yoxdur. Allah onlara rəhmət eləsin. Yeni nəsil aktyorlar yetişir, onlarla da çalışırıq, təbii ki, hamısı ideal deyil. Ancaq gənclər cəhd edirlər, çalışırlar, onları bu istəklərini də müsbət qiymətləndirirəm.
– Ali təhsil almağı heç düşünmədiniz?
– O zamanlar teatrın təqdimatı ilə ali təhsil almaq şansım vardı. Amma metroda bütün sənədlərimi itirdim. Onda sənədlərimi itirməsəydim, bəlkə də çoxdan oxuyub qurtarmışdım və indi Xalq artisti idim.
– Paytaxt teatrına necə, gəlmək istəyibsiniz?
– Bakıda 2 gündən çox qala bilmirəm. Mən Lənkəranda doğulmuşam və torpağıma bağlı insanam. Biz bu torpaqlarda doğulmuşuq, burda çalışmışıq, ömrümüzün ən gözəl illəri burda keçib, elə bu torpaqlarda da öləcəyik.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir