“Sübh çağı”nın müəllifi sübh çağı vəfat etdi

SSRİ xalq artisti, rejissor, ssenerist, aktyor Marlen Xutsiyev vəfat edib. O, bu gün səhər saat 7 radələrində dünyasını dəyişib. 93 yaşlı rejissor bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilibmiş. 2018-ci ildə xanımı İrina Solovyevasız xəstəxanada müalicə almaqdan imtina etmişdi, bundan sonra onları eyni palataya yerləşdirmişdilər. İrina Solovyeva bu il yanvarın 5-də vəfat etmişdir. 1925-ci ildə Tiflisdə anadan olan Xutsiyev “Zareçnoy küçəsində yaz”, “İliç zastavası” və başqa məşhur sovet filmlərinin müəllifidir. 2019-cu ildə quruluşu və ssenarisi Marlen Xutsiyevə məxsus “Sübh çağı” filminin təqdimatı gözlənilir. Bu film-dialoq iki yazıçının – Çexov və Tolstoy Rusiya ilə bağlı söhbətlərindən bəhs edir. Rejissorun “İliç zastavası” filmi 1965-ci ildə Venesiya festivalında münsiflərin xüsusi mükafatına layiq görülüb.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Kuklaçıların seçdikləri

Mütəmadi repertuarında yeniliklər edən, azyaşlıların mənəvi-estetik zövqünü formalaşdıran, onların incəsənətə sevgi ruhunda formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq...

Teatr sənəti fakültəsində imtahan tamaşaları hazırlanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində payız imtahan sessiyası davam edir. İmtahan sessiyası çərçivəsində Teatr sənəti fakültəsində imtahan tamaşaları və tamaşalardan parçalar nümayiş olunub....

Əlif Cahangir “Humay” mükafatı aldı

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının təqdimat mərasimi keçirilib. “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər...

Recent

Namiq Ağayev – “Ol” deyilib və olub

Kino ayrı bir dünyadır. Hər bir filmin öz tamaşaçısı və ona ötürdüyü mesaj var. Bir neçə həftə öncə kinoteatrımıza “Ol” adlı yeni bir film...

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Asiman Ağa Rövşən: “TƏK” Yaradıcılıq Platforması alternativ məkan, yeni düşüncə üçün zəmin təqdim edir” Bu günün gəncləri dünyaya inteqrasiya edir, onlar gözüaçıq, əzmkar və yaradıcılıq ruhu ilə...

YUĞ-da “Medeya. Sekvensiya 001”

Bu gün saat 19.00-da YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq. Vladimir Klimin “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və...