Rasim Cəfər: “İntəhası”

“İntəhası”ını Respublikanın Əməkdar artisti, teatr və kino aktyoru Rasim Cəfər deyəcək.

1. Cavid Təvəkkül 2010-cu ildə Rasimi yaratdı. İntəhası… Rasimi 2007-ci ildə Asif Rüstəmov Anar kimi yaratmışdı. Cavid bir az özünəməxsus əlavələr elədi, nələrisə dəyişdi…

2.Yunus Əmrə deyir ki, əgər sən tam dağılmasan, heç kim səni yenidən inşa etməyəcək. İntəhası… adamda gərək dağılmaq istəyi, iradəsi ola. Və yaxud dağıtmaq. Çünki Nitşe də deyir ki, yeni məbəd tikmək üçün köhnəni alt-üst etmək lazımdır.

3. İzləyiciyə nə göstərsən, onu da izləyəcək. İntəhası… gərək adına, özünə layiq nələrsə göstərəsən.

4. Tamaşanın ən maraqlı hissəsi paklon İntəhası… belə tamaşalarda paklona qədər dözmək olmur.

5. Dünya salamat olsaydı, incəsənətə də ehtiyac olmazdı. İntəhası… incəsənət ruhun ehtiyacıdır, nə qədər salamat da olsa, ruh bir səbəb tapacaq.

6. “Vallah, biz Kanna düşə bilərik”. İntəhası… Kann bizə düşmür… Biz çox ağıllı zadlar düşünürük.

7. Musiqi narkotik kimidir, insanı uyuşdurub aldadır. İntəhası… adam bu aldanmaqdan zövq alır. Ümumiyyətlə, insan yalana vurğundur, onsuz yaşaya bilməz. Heç kim aldatmasa da, özü özünü aldadacaq.

8. “Uşaqlar ağlarsa, ağlasın onların gözündə su var, göz yaşı hələ ki, yoxdur…” İntəhası… o suyu da israf etmək olmaz, onun hər damlası bir zərdir.

9. Günəş işığını görmək istəyən birinci gözünü silməlidir. İntəhası… gərək əvvəlcə bunu başa düşəsən, problemin gözündə olduğunu anlayasan və ən əsası günəş işığı sənə lazımdırmı? Bunu dəqiqləşdirmək gərək.

10. İradə olan yerdə çıxış yolu da var. İntəhası… bir də görürsən, hər şey var, istək yoxdur.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

İyunun 1-dən 5-dək I Lənkəran Beynəlxalq Teatr festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu...

Aydın Talıbzadə – “AĞILAR VƏ MƏRSİYƏLƏR PADŞAHI: CABBARLI PYESLƏRİNDƏ DİSKURSUN TƏŞKİLİ ÜSULU”

Bu məqalədə mənim məramım Cəfər Cabbarlı yaradıcılığını, onun bədii dünyasını tam yeni bir elmi-nəzəri müstəvidə işıqlandırmaq, müəllifin pyeslərində ədəbi, sosial, psixoloji diskursun (məqalədə diskurs...

Namiq Ağayev – “Ol” deyilib və olub

Kino ayrı bir dünyadır. Hər bir filmin öz tamaşaçısı və ona ötürdüyü mesaj var. Bir neçə həftə öncə kinoteatrımıza “Ol” adlı yeni bir film...

Recent

“Qızlar sənətimə görə mənimlə evlənmirlər”

Çəkilişi evində etmək istəyirik, razılaşmır.  Dediyinə görə, illərdir qonşuları onun hansı peşə ilə məşğul olduğunu bilmir. Elə atası da uzun müddət bu barədə xəbərsiz olub.  Razılaşırıq,...

Sevinc Elsevər – “Azərbaycan animasiya kinosu və bədii ədəbiyyat”

Bilirik ki, dünya kinosu yeni yarananda ekrana çıxan ilk kino-lentlər qısametrajlı, kiçik süjetlər üstündə qurulurdu. Hələ Lümer qardaşlarının nümayiş etdirdiyi ilk lentlərin süjetlərinin əsasında...

“YUĞ” Teatrının kollektivi Türkiyəyə yola düşüb

Bu gün Azərbaycan Dövlət “YUĞ” Teatrının kollektivi Türkiyəyə yola düşüb. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatr Adanada keçiriləcək “V Şəhər...