Ana səhifə » Kinoteatr+ » Sirk » Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Milli sirk sənəti mədəniyyətimizin qədim çağlarından qaynaqlansa da, ölkəmizdə peşəkar sirk sənəti nisbətən yaxın dövrdə təşəkkül tapıb.

Dahi bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan ilk peşəkar sirk kollektivinin premyerası 1946-cı il iyunun 12-də keçirilib. “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşada Azərbaycanın ən istedadlı sirk artistləri – pəhləvan Sali Süleyman, akrobatlar Fuad Nəzirov, Viktor Xelaya, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev, sim üzərində rəqs edən Şəfiqə Baxşəliyeva, təlimçilər İsmayıl Mirzəyev, Maral Şirinova və başqaları çıxış edib. Bakı sirkindəki uğurlu premyeradan sonra məşhurlaşan kollektiv uzun illər Sovet İttifaqının müxtəlif şəhərlərinə qastrol səfərlərinə çıxaraq milli mədəniyyətimizi şərəflə təmsil edib.

Həyatını sirk sənətinə həsr edən, uzun illər Azərbaycan milli sirk kollektivinin aparıcı artistlərindən olmuş Ağasala Ağəli oğlu Rəsulov bu il 85 illik yubileyini qeyd edir. Azərbaycan sirkində akrobatika janrının inkişafında böyük xidmətlər göstərmiş Ağasala Rəsulov çox zəngin və maraqlı həyat yolu keçib. O, 1934-cü il avqustun 2-də Bakıda, İçərişəhərdə anadan olub. Atası Böyük Vətən müharibəsində həlak olduğundan ailələri çətin şəraitdə yaşayıb. 1941-ci ildə məktəbə qədəm qoyan kiçik Ağasalanın istedadı rəqs müəlliminin nəzərindən qaçmayıb və onu Xoreoqrafiya məktəbinə göndəriblər. Dərslərini səylə oxuyan Ağasala, eyni zamanda idmana da böyük həvəs göstərib. 1945-ci ildə “Burevestnik” idman cəmiyyətinə gələrək akrobatika ustası Qafar Səfərovun yanında məşğul olmağa başlayıb və öz fiziki hazırlığı, bədən plastikası, çalışqanlığı ilə müəlliminin sevimli şagirdlərindən birinə çevrilib.

Həmin il milli sirk proqramının yaradılması istiqamətində işlər başladığından, sirk kadrlarının hazırlanması üçün Bakıda ilk dəfə Sirk studiyası açılmışdı. Qafar müəllimin məsləhəti ilə oraya gedən Ağasala çox gərgin bir müsabiqədə qalib gələrək, Bakı Dövlət Sirkinin köhnə binasında fəaliyyət göstərən studiyaya qəbul olunur. Burada təcrübəli sirk ustalarının rəhbərliyi altında bu ecazkar sənətin sirlərinə yiyələnən Ağasala sevimli məşqçisini unutmur, “Burevestnik” cəmiyyətindəki məşqlərə də getməyə vaxt tapırdı. 1946-cı ildə “Bədən tərbiyəsi günü” münasibətilə Qızıl meydanda çıxış etmək üçün Moskva şəhərinə göndərilən idmançılar sırasında Ağasala Rəsulov da vardı. Gənc idmançılar ölkə rəhbərliyinin dayandığı tribuna qarşısından keçərək öz istedadlarını nümayiş etdirirlər. İdmançılarımız 1947-ci ildə də Moskvaya dəvət alır və “Dinamo” stadionunda keçirilən möhtəşəm tədbirdə Azərbaycanı uğurla təmsil edirlər.

Sirk studiyasında Ağasala Rəsulovla birgə gələcək sənət dostları Abdulla Babayev, Malik Əhmədov da təhsil alırdı. Onlara akrobatika janrının incəliklərindən başqa rəqs, plastika, musiqi dərsləri keçilir, ekvilibr, gimnastika, jonqlyorluq və digər sirk janrlarının əsasları öyrədilirdi. Studiyanı bitirən 13 yaşlı Ağasala 1947-ci ildə Sirk Birliyinə işə qəbul olunaraq Xarkov şəhərinə göndərilir. Xarkov sirkində Nikolay Kobılovun rəhbərlik etdiyi nömrədə çıxış edən Ağasala mürəkkəb tryuklar ifa edirdi. N.Kobılov arxası üstə uzanaraq, uzun bir nərdivanı ayaqları üzərində saxlayırdı. Ağasala bu nərdivanın lap yuxarısına qalxaraq əlləri üstə dayanır, müxtəlif akrobatik hərəkətlər icra edirdi. Ağasalanın bacarığına heyran qalan Nikolay Kobılov nömrəni getdikcə mürəkkəbləşdirir, yeni hərəkətlər əlavə edirdi, gənc artist isə bütün bunların öhdəsindən layiqincə gəlirdi.

Tezliklə A.Rəsulov Dmitri Starodubtsevin rəhbərliyi ilə “İkari oyunları” nömrəsinə göndərilir. Daha mürəkkəb olan bu nömrədə üç qüvvətli akrobat arxası üstə uzanaraq yüngülçəkili digər akrobatları ayaqları ilə bir-birinə tərəf atır, onlar isə bu zaman havada mürəkkəb akrobatik hərəkətlər icra edirdilər. Ağasala Rəsulov bu hərəkətləri böyük bacarıqla ifa edir, sirk studiyasında mənimsədiyi voltij, ekvilibr elementlərinin öhdəsindən asanlıqla gəlirdi. O, azyaşlı olduğu üçün məktəbə də gedir, sənəti ilə qazandığı pulların bir hissəsini isə anasına göndərərək ailəsinə yardım edirdi.

1951-ci ildə A.Rəsulov Azərbaycan milli sirk kollektivlərinə dəvət alır və Fuad Nəzirovun rəhbərlik etdiyi, üç nəfərdən ibarət “Templi akrobatlar” nömrəsində çalışmağa başlayır. F.Nəzirov tərəf-müqabilləri Viktor Xelaya və Ağasala Rəsulovun geniş yaradıcılıq imkanlarından bəhrələnərək nömrəyə yeni mürəkkəb sıçrayışlar, kaskadlar əlavə etmişdi. Həmin illərdə Azərbaycan kollektivində çalışan sənətçilərin peşəkarlığı, özünəməxsus ifa tərzi onları qısa zamanda məşhurlaşdırmış, tamaşaçıların sevimlisinə çevirmişdi.

1954-cü ildə görkəmli rejissor Georgi Venetsianovun Leninqrad sirkində azərbaycanlı artistlərin iştirakı ilə hazırladığı, su üzərində ifa olunan “Mağarada atəş səsi” adlı süjetli pantomima kollektivin yaradıcılığında böyük hadisəyə çevrildi. Sovet sirkinin ən böyük layihələrindən olan bu tamaşa çox mürəkkəb süjetli sirk pantomiması janrında hazırlanmış, tamaşaya 200-ə yaxın iştirakçı cəlb olunmuşdu. Proqrama Azərbaycan sirk kollektivinin bütün heyətinin cəlb edilməsi, doqquz əsas roldan altısını azərbaycanlı artistlərin ifa etməsi, artistlərimizin aktyor sənəti baxımından da yetkinliyinə dəlalət edirdi. Ucqar sərhəd kəndində sərhədçilərin qarşılaşdığı mürəkkəb vəziyyətdən bəhs edən tamaşanın süjeti döyüş səhnələri, atlıların bir-birini təqib etməsi və başqa bu kimi hadisələrlə zəngin olan sirk detektivi janrında qurulmuşdu. Körpünün partladılması, leysan yağış, manejin su ilə dolaraq, gölə çevrilməsi, kəndirin üzərində sərhədçinin diversiyaçı ilə əlbəyaxa olması, “Şərq bazarı” səhnəsində İsmayıl Mirzəyevin təlim verdiyi camışların, ulaqların, ceyranların görünməsi, eləcə də artistlərimizin ifa etdiyi bir sıra komik səhnələr tamaşaya böyük uğur qazandırmışdı. Tənqidçilər artistlərimizin bazar səhnəsində ifa etdikləri bədii tapıntıları xüsusi vurğulayır, Əsəd Rzayevin, İsmayıl Mirzəyevin, Mansur Şirvaninin, Şəfiqə Baxşəliyevanın, Qasım Məlikovun, Ağasala Rəsulovun adlarını ayrıca qeyd edirdilər.

1955-ci ildə ordu sıralarına çağırılan Ağasala Rəsulov hərbi xidmətə tank qoşunlarında sürücü-mexanik kimi başlasa da, tezliklə onun istedadından xəbər tutan rəhbərlik tərəfindən idman rotasına göndərilir. Burada da Ağasala yüksək nəticələr göstərərək Silahlı Qüvvələrin çempionatında gümüş medallara sahib olur.

A.Rəsulov 1958-ci ildə hərbi xidmətini başa vuraraq doğma kollektivə qayıdır. Azərbaycan milli sirk kollektivi öz uğurlu çıxışları ilə daim respublika rəhbərliyinin etimadını doğrultduğundan 1959-cu ildə Moskvada keçiriləcək II Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında çıxış etmək üçün Bakı sirkində “Biz Bakıdanıq” adlı yeni proqramın hazırlanması barədə göstəriş verilir. Tamaşanın rejissorları Rudolf Qrinye və Soltan Dadaşov idi. Onlar Ağasala Rəsulova Malik Ağayev və Xanlar Rəsulovla birlikdə “Akrobat-ekssentriklər” adlı sirk nömrəsi hazırlamağı tapşırır. Dörd ay davam edən gərgin məşq prosesindən sonra üçlüyün ifa etdiyi akrobatik nömrə mütəxəssislərin yüksək qiymətini qazanır.

1966-cı ildə Azərbaycan sirk kollektivinin heyəti əhəmiyyətli dərəcədə dəyişilmişdi. Həmin ilin 15 aprel tarixində kollektivin ifasında Azərbaycan xalqının inqilabi mübarizəsinə həsr olunmuş “Qaya üzərində işarə” adlı süjetli tamaşa göstərilir. Tamaşada kəndirbaz Cəmaləddin Zalov, Yuri Merdenovun rəhbərliyi ilə atlı akrobat qrupu, Viktor Xelayanın rəhbərliyi ilə akrobatlar qrupu, Xoca Nəsrəddin obrazında M.Pozdnyakov, Şulı və Qulı obrazlarında musiqili ekssentriklər Qasım Abdullayev və Qəzənfər Məlikov iştirak edirdi. Bitkin dramaturji konstruksiyaya, maraqlı süjetə malik olan tamaşada əsas rolları artistlərdən Ağasala Rəsulov (Aslan), Şəfiqə Baxşəliyeva (Güli), Əli Əsgərov (Səfər bəy) ifa edirdilər. Ağasala Rəsulov bu tamaşada özünün “Templi akrobatlar” qrupu (tərəf-müqabilləri Malik Əhmədov və Stas Lyovkin) ilə çıxış etməklə yanaşı, yüksək aktyorluq istedadı ilə də tamaşaçıların rəğbətini qazana bilmişdi.

Bütün ömrünü sirk sənətinə həsr etmiş veteran sənətçimiz 1987-ci ildə Azərbaycanda yeni milli sirk proqramı yaradılarkən də kənarda qalmamış, həmkarı Viktor Xelaya ilə birlikdə kollektivin məşqlərində yaxından iştirak etmiş, gənclərdən öz məsləhətlərini əsirgəməmişlər.

Ağasala Rəsulovun oğlu, Rusiya Federasiyasının Əməkdar artisti Rauf Rəsulov (1965) da atasının keçdiyi şərəfli yolun layiqli davamçısı olmuş, uzun illər ekvilibr ustası, akrobat, heyvan təlimçisi kimi dünyanın müxtəlif ölkələrində uğurla çıxış etmişdir. 85 yaşını qeyd edən Ağasala Rəsulov bu gün də şux qaməti, nurlu siması ilə gənclərə nümunədir. O, sirk aləmində baş verən yenilikləri diqqətlə izləyir, televiziyada sirk tamaşası nümayiş olunarkən qəlbi sevinclə döyünür, özünü yenidən manejin mərkəzində, gur işıq selinin altında hiss edir. Veteranın ən böyük arzusu isə nə vaxtsa Bakıda Sirk məktəbinin açılmasıdır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir