Ana səhifə » Xəbər » Ötən il Musiqili Teatr üçün əlamətdar hadisələrlə yadda qalıb

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

Ötən il Musiqili Teatr üçün əlamətdar hadisələrlə yadda qalıb

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İlboyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova deyib ki, ötən il tamaşaçıları teatra cəlb etmək üçün müasir dövrün tələblərinə uyğun şəkildə addımlar atılıb: “Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında “Ər və arvad” komediyasını təqdim edib. Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreyn 2017-ci və 2018-ci illərin Novruz bayramı günlərində 2 il ardıcıl konsert proqramı ilə bizim səhnədə çıxış edib. Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş olunub. Ötən il teatrımız “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını təqdim edərək mükafata layiq görülüb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim etdiyimiz “Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasında milli səhnəmizdə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerasının nümayişi teatr aləmində böyük əks-səda doğurub”.

Bundan başqa, sənət ocağında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus olan “Əsarətdən cəsarətə” adlı tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib olub, Quba və Qusar rayonunda gənclər qarşısında nümayiş edilib”.

Teatrın sözçüsü əlavə edib ki, hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer ayıran Musiqili Teatr bu il də həmin ənənəyə sadiq qalıb: “Musiqili Teatr Yeni il bayramına görə, uşaqların tətil günlərində balaca tamaşaçılarımızın görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanmış “Cırtdanın sərgüzəştləri” nağıl-pyesi ilə gəlib. Dekabrın 28-dən etibarən təqdim olunan tamaşanı balacalar yanvarın 6-dək izləyə biləcəklər”.

Fəridə Aslanova teatrın gələnilki planlarından da söz açıb. Bildirib ki, növbəti ildə premyeraları nəzərdə tutulan “Balaca şahzadə”, “Çarəsiz sərnişinlər”, “Buratino” tamaşalarının ciddi məşqləri gedir.

AZƏRTAC

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir