Ana səhifə » Persona » Müsahibə » Nofəl Vəliyev: “Özümü rejissor kimi sınamaq istəyirəm…”

Son yazılar

Xəbər
Fevral 22, 2019

Bakı Uşaq Teatrı “Nəsimi ili – Nəsimi dili” Festivalı keçirəcək

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Teatr-Tamaşaçı
Fevral 21, 2019

“Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı

Xəbər
Fevral 22, 2019

Mingəçevir teatrının səhnəsində “Ayı”

Sərəncam
Fevral 22, 2019

Teatrın yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbər
Fevral 21, 2019

Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tamaşa

Xəbər
Fevral 20, 2019

Musiqili Teatrda “Balaca Şahzadə”nin premyerası olacaq

Mozaika
Fevral 20, 2019

Yarat “İnsan: özünü tanı” proqramını təşkil edir (R)

Kino
Fevral 20, 2019

Əlisəfdər Hüseynov – Fazil Salayevin gözləri…

Xəbər
Fevral 20, 2019

Dərbənddə “Dağılan tifaq”ın premyerası

Mövqe
Fevral 18, 2019

Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

Kino
Fevral 18, 2019

Bir şəklin tarixçəsi – “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı…

Xəbər
Fevral 16, 2019

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Xəbər
Fevral 15, 2019

Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi

Xəbər
Fevral 15, 2019

Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Xəbər
Fevral 15, 2019

ADMİU-nun tələbəsinə Vaqif Əhmədov adına təqaüd təqdim edilib

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – 6 yaşınız mübarək, “Oyuq”çular…

Afişa
Fevral 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 fevral– 20 fevral)

Mövqe
Fevral 14, 2019

Oldos Haksli – Teatrın sirri (Esse)

Xəbər
Fevral 14, 2019

“Boş məkanın dolğunluğu-2” Teatr festivalı yaxınlaşır

Xəbər
Fevral 14, 2019

ADMİU “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb

Mövqe
Fevral 14, 2019

Xəyalə Rəis – TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – “Buratino” ilə görüş

Xəbər
Fevral 14, 2019

Beynəlxalq Muğam Mərkəzində “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq

Persona
Fevral 13, 2019

Fuad Poladovun şəxsi arxivi Teatr Muzeyində – Saatı, eynəyi, şərfi… – FOTO

Xəbər
Fevral 13, 2019

Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir

Xəbər
Fevral 13, 2019

Teatr Muzeyinin 85 yaşı qeyd olunacaq

Müsahibə
Fevral 13, 2019

Hanı bu kinoların musiqisi?

Müsahibə
Fevral 13, 2019

Anar Heybətov – “Ən böyük tənqidçim qızımdır”

Müsahibə
Fevral 12, 2019

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Nofəl Vəliyev: “Özümü rejissor kimi sınamaq istəyirəm…”

Bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən Fəcr festivalından dönüb. “Bir səbət tənhalıq” tamaşası ilə ərdəbilli seyrçilərin ürəyini fəth edən Əməkdar artist Güşvər Şərifova və Anar Seyfullayevin oyunundan, festivalda baş verənlərdən hali olmaq üçün tamaşanın rejissoru Nofəl Vəliyevlə söhbətləşdik. Beləliklə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Nofəl Vəliyevlə müsahibəni diqqətinizə təqdim edirik.   

-Fəcr festivalından yenicə qayıtmısınız. Zəhmət olmasa, dəvətiniz, orada baş verənlər barəsində məlumat verərdiniz.

-Daha dəqiq desək, bu festival çərçivəsində keçirilən “Ustam” bölümündən qayıtmışıq. Səfərimizin öz tarixçəsi var. Biz hələ Kamera Teatrında işləyirdik. Bu pyesin müəllifi Məcid Vahidzadə ilə İran festivallarından tanışlığımız var idi. Bir dəfə Bakıda “Boş məkanın dolğunluğu” adlı festival keçirilirdi. Məcid də festivalla bağlı Bakıya gəlmişdi. Festival vaxtı bir gün şam süfrəsi arxasında Məcid bu pyesi dedi və mən yazdım. 2013-cü ildə Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində rejissor kimi ilk işimi hazırlamaq istərkən həmin pyesə müraciət etdim. Daha sonra Eksperimental Tamaşalar Festivalında, Türkiyədə keçirilən festivalda və bir neçə başqa festivallarda həmin tamaşa ilə çıxışlarımız oldu. Bu dəfə isə dəvətimiz də, ora getməyimiz də tamamilə ərdəbilli dostların sayəsində baş tutdu. Məcid bir il bundan öncə dünyasını dəyişdi. Dostları çox istəyirdilər ki, bu tamaşa Ərdəbildə oynansın. Yəni, təklif onlar tərəfdən oldu. Məndən bəzi görüntülər, şəkillər istədilər. Tamaşanı festivalın proqramına saldılar, bizə dəvət məktubu göndərildi və bu festivalda iştirak etdik.

-Tamaşa necə qarşılandı?

-Tərifləmək kimi olmasın, ancaq hələ elə bir hal olmayıb ki, biz harasa gedək və tamaşamız yaxşı qarşılanmasın. Tamaşamız, həqiqətən, çox yaxşı qarşılandı. İki gün oynadıq, ikisində də zal dolu idi. Tamaşaçıların reaksiyaları da gözəl oldu. Bir tərəfdən gülürdülərsə, digər tərəfdən ağlayırdılar. Musiqi tərtibatını, işıq həllini və səhnə tərtibatını da çox bəyəndilər. İkinci tamaşamızdan sonra mənimlə yox (gülür), aktyorlarımız Güşvər xanım və Anar Seyfullayevlə şəkil çəkdirirdilər, müsahibə alırdılar. Festivalın sonunda diplomlarla təltif edildik. Mən də çox şad oldum ki, Azərbaycanı layiqincə təmsil edə bildik.

– Yəqin ki, festivala başqa ölkələrdən də tamaşalar qatılmışdı?

-Başqa ölkələr olmasa da, proqramda xeyli tamaşa vardı. Proqramı İran teatrlarının tamaşaları təşkil edirdi. Bizə ancaq Mazandarandan və Tehrandan gəlmiş kollektivlərin tamaşalarını izləmək nəsib oldu. Tehrandan çox maraqlı quruluşa malik bir tamaşa gətirmişdilər. Mövzu belə idi ki, 25 ildən sonra yaşadığı şəhərə qayıdan qadın orada uşaqlığını xatırlayır. Bu hadisələri qadın danışarkən, bir tərəfdə ekran işləyirdi. İşıq projektoru kimi monitorun qarşısında başqa texniki adamlar balaca kuklalarla hadisələri canlandırırdılar və beləcə, işıq vasitəsilə onlar böyük, canlı adamları xatırladırdı. Qadın müharibənin törətdiyi fəsadlardan danışırdı. Danışırdı ki, axtardığı küçəni tapa bilmir, bəzi yerlər uçub, bəziləri dəyişilib. Bir təsirli məqam da vardı, qadın uşaq vaxtı dəcəl olan bir oğlanı axtarır, ancaq küçəyə həmin oğlanın adının verildiyini görəndə anlayır ki, o şəhid olub. Kollektivin mövzuya yanaşmasını çox bəyəndim. Digər tamaşa isə Mazandarandan gələn kollektivin tamaşası idi. Türkmən xalqının tarixi keçmişinə həsr olunmuş ağır dramatik tamaşa saat yarıma qədər davam etdi.

-Festival ərzində özünüz üçün nələri öyrəndiniz, nəyi kəşf etdiniz?

-Bilirsiniz, mən nəyi kəşf etdim? Birincisi, orada teatr rəhbərləri məndən ustad dərsləri keçməyi xahiş etdilər. Mən də Stanislavski sistemi haqqında və səhnədə doğruluq hissinə inam, etüd metodu haqqında danışdım və məşğələlər apardım. Bir şeyi kəşf etdim və inandım ki, səhnədəki real oyunu heç nə əvəz etmir. Əgər səhnədə həyatdakına yaxın oyun qura bilirsənsə, Bakıda qurduğun tamaşa İranın Ərdəbil şəhərində də baxılacaq. Bir daha Güşvər xanıma və Anar Seyfullayevə peşəkar ifaya görə dərin təşəkkürümü bildirirəm. Güşvər xanım tamaşanın əvvəlində 30 dəqiqə tək oynayır, sonradan Anar oyuna qoşulur. Həmin yarım saat içərisində biz bütün oyunu ünsiyyət üzərində qurmuşuq. Mono tamaşalarda tamaşaçı zalı ilə danışmağı sevmirəm. Hesab edirəm ki, bu asan yoldur. Mütləqdir ki, xəyali də olsa, obyektlər olsun. Bir daha əmin oldum ki, realist məktəb ən çətini və ən ləzzətlisidir.

-Az öncə qeyd etdiniz ki, orada ustad dərsləri keçdiniz. Sizcə, Stanislavski sistemi onlar üçün yeni idi, yoxsa artıq tanış bir mövzu idi?

-Yeni olanlar da var idi, bunu bədahətən edib, amma nə etdiklərini bilməyənlər də var idi. Fərqli auditoriya idi. Onlarla əməli təhlil və etüd formasını işlədim, ən əsası, əməl anlayışını başa saldım. Düzdür, bilmirlər deməyəcəm. Ancaq bizdə əməl deyilən bir şeyi insanlar düz anlamırlar. Əməllə hərəkəti çox zaman qarışdırırlar. Əməl məhz daxili təlabatdır.

-Hazırda teatrda vəziyyət necədir? Hansı yeniliklər var?

– Vəziyyətim belədir ki, özümü rejissor kimi böyük səhnədə sınamaq istəyirəm. Rəhbərliklə danışıqlarımız gedir. Variantları müzakirə edirik. Düzünə qalsa, böyük səhnədə rejissor kimi özümü çoxdan sınamışam və təsdiq də etmişəm. İstərsə Universitetdə, istərsə Türkiyədə. İndi bizim teatrın böyük səhnəsində iş görmək istəyirəm. Bunun üçün özümü hazır hiss edirəm.

– Hansı əsərləri fikrinizdə tutmusunuz?

-Var, bir neçə əsər fikirləşmişəm. Ancaq adlarını bildirməyəcəyəm, sirr qalsın. Hansı variant olsa, onsuz da biləcəksiniz.

-Nofəl müəllim, bayaq Türkiyədə işlədiyiniz dövrü xatırladınız. Orada vəziyyət necə idi. Bakıdakı tələbələrlə nə fərqləri var?

-Yeri gəlmişkən, orada quruluş verdiyim tamaşa beşinci mövsümdür ki, repertuardadır. Adətən, tamaşalar bir mövsüm oynanılır. “Gec kalanlar” adlı iki saat davam edən bir tamaşadır. Fərq ondadır ki, orda texnika və psixotexnika ilə bağlı aktyorlarda hər hansı problem yoxdur. Mahnı oxumağı, rəqs etməyi bacarmayan aktyor yoxdur. Qısacası, bacarmıram deyə bir söz yoxdur, “hocam, yaparım” deyilir. Tamaşada elə bir rəqs etdilər ki, seyrçilər ağladılar. Orda kitab çox oxuyurlar. Aktyorsansa, mütləq kitab oxumalısan. Bizim ən böyük problemimiz budur.

-Gənc Tamaşaçılar Teatrına yeni direktor təyin olunandan hansısa dəyişikliklər baş veribmi?

-Bəli, yeniliklər var. Teatrımızın yubileyi keçirildi, aktyorlarımız ad aldılar. Foyemizdə, içəridə yeniliklər edilir. Daima inkişaf edirik, yenilənirik. Ümid edirik, daha da yaxşıya doğru gedəcəyik.

-Universitetdə dərs deyirsiniz və tələbələrinizə hər zaman valideyn qayğısı ilə yanaşırsınız. Ancaq nədənsə paylaşımlarınızdan da hiss olunur ki, bundan öncəki kursunuz üçün darıxırsınız.

-Əvvəla, deyim ki, fərq qoymuram, sadəcə o kursla işlərimiz çox oldu. Bunlar hələ birinci kursdur, yavaş-yavaş böyüyürlər. Keçən il mənimlə dəhşətli hal baş verdi. Hətta, bir müddət müalicə də olundum. İyunun 30-u və iyulun 1-i “Hamlet” tamaşası ilə dövlət imtahanı verdik. Birdən-birə böyük boşluq oldu. Həmin uşaqlara çox öyrəşmişdim. Səhər 9-dan axşam 6-ya qədər onlarla işləyirdik. Amma mənə dərs oldu ki, bu qədər sevmək olmaz, sonra ayrılmaq çətindir. İnanın, otaqlara girə bilmirdim universitetdə. Evdə mənə bir aya qədər toxunmadılar ki, özümə gəlim. Sonradan bu uşaqlar gəldi, yavaş-yavaş alışmağa başladım. Rejissor işinin ən çətin tərəfi odur ki, aktyora aşiq olursan, ona bağlanırsan, sonra onu paylaşa bilmirsən, ondan ayrıla bilmirsən. Hazırda həmin kursdan olan Hilal Dəmirov magistraturada oxuyur və onunla mono tamaşa üzərində çalışırıq.

Mənim kursumda oxumaq çox çətindir, yəni aktyor olmaq istəyirsənsə, əməlli-başlı əziyyət çəkməlisən. İndiki kursumdan iki nəfər çıxmaq üçün məndən icazə alıb. Çünki səhərdən axşama qədər məşq etmək lazım gəlir. Teatrın çətinliyini bilirəm deyə, övladımı qoymadım getsin bu sənətin arxasınca.

– Ancaq bildiyim qədərilə qızınız səhnəyə çıxıb?

-Qızım təkcə “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında oynayıb. Əslində, bu rolu mən ona verməmişdim. Belə oldu ki, Şərəfnisə obrazını oynayan tələbəm ərə getdi, sonra ana olmağa hazırlaşırdı, mən də onu əziyyətə salmaq istəmədim. Qızım bu rolu məndən istəyəndə əvvəl razılaşmadım. Ancaq o, bir aya qədər məni evdə rahat buraxmadı, axırda razılaşdım, lakin onunla işləmədim. O, rolu tamamən özü hazırladı, sonra iki dəfə uşaqlarla məşq etdi və alındı. Uşaq vaxtı filmlərə çəkilib, teatr isə elə bir yerdir ki, bir dəfə onun qoxusunu aldınsa, ayrıla bilməyəcəksən. Teatr ağır sənətdir, ona görə istəmədim ki, gələcəkdə çox əziyyət çəksin. Bu obraza da icazə verməkdə əsas məqsədim o idi ki, qoy, arzusu ürəyində qalmasın. Ağlı varsa, başa düşməlidir ki, mən onu nədən qoruyuram. Teatr çox qəliz strukturdur. Həm də, özünün gözəl sahəsi var, hazırda Pedaqoji Universitetdə Filologiyanı oxuyur, qrammatikanı yaxşı bilir, ən əsası, kitab oxumağı çox sevir. Bu gün tələbələrin ən böyük problemidir kitab oxumaq. Gələcəyin savadlı bir müəlliməsi ola bilər. Niyə də olmasın. Qıza yaraşan ən gözəl, ən şərəfli sənətdir.

-Bir rejissor kimi qızınızın istedadını necə qiymətləndirirsiniz?

-Cavab versəm, sonra oxusa, problem olar (gülürük). Qızım istedadsız olsaydı, mən onu bir tamaşaya da buraxmazdım. Keçən kursumla biz bir aya yaxın tura çıxdıq. Moskva-Moldova və Türkiyə. Moldavadakı çıxışımızdan sonra Teatr İnstitutunun müəlliməsi qızımın sənətini, harda oxuduğunu soruşmuş və mənim qızım olduğunu bilmədən onun istedadını xüsusi vurğulamışdı. Qızım da gətirmişdi ki, gəlin, müəllimimin yanında deyin bu sözləri. Aktyor uşaqları nadir halda istedadsız ola bilər. Universitetimizdə nə qədər tanınmış aktyorların uşaqları oxuyur, hamısı da istedadlı. Misal üçün, Nicat Kazımovun oğlu Mirsənan. Qorxmaz Əlilinin oğlu Məmməd, Çingiz Əhmədovu oğlu İbrahim. Vidadi Həsənovun qızları oxuyurdular, çox istedadlı qızlar idi. Güşvər xanımın oğlu Asiman da universitetimizdə rejissor təhsili alır. Çox istedadlı oğlandır və şərait olsa, Azərbaycanın ən böyük rejissorlarından olacaq.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir