Ana səhifə » Xəbər » Nazir mətbuat konfransında teatrdan danışdı

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Mozaika
May 9, 2019

“Kaspi”nin 8 yaşlı “Teatr əlavəsi”

Nazir mətbuat konfransında teatrdan danışdı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüşdə mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunaraq müvafiq tapşırıqlar verilib.
Dünən isə Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev bu görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransı keçirdi. Konfransda nazir son bir neçə ildə mədəniyyət sahəsində görülən işlərə aydınlıq gətirdi.

Teatrlara töhfə

Nazir martın 1-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən də danışdı. Bildirdi ki, bu görüş mədəniyyət sahəsində tamamilə yeni bir mühiti formalaşdırdı: “Bu görüş mədəniyyət sahəsində lazımi islahatların aparılmasına bir təkan olacaq. Biz kino sisteminin idarə olunmasını müasir tələblərə cavab verən səviyyədə yenidən quracağıq. Bizdə hazırda özəl sektor vasitəsilə filmlər çəkilir, kinoteatrlar fəaliyyət göstərir. Amma biz gərək kinonun inkişaf etməsi üçün sistemli proqram tutaq. Zaman bu islahatların zərurətini ortaya çıxardı. Dünən imzalanmış sərəncama uyğun olaraq teatrların fəaliyyətinin dəstəklənməsi üçün onların bir neçəsinə xüsusi qaydada vəsaitlərin ayrılması nəzərdə tutulub. Bu, teatrlarda yaradıcı prosesin dayanmamasına prezidentin töhfəsidir. Yeni əsərlər, yeni tamaşalar hazırlanmalıdır. Teatrlarımız yeni avadanlıqlarla təchiz olunmalıdır. Teatrlarımızın əksəriyyəti artıq bərpa olunub. Hazırda İrəvan Teatrının bərpa işləri görülür. Prezidentin bu görüşündən sonra artıq yerlərdə də müəyyən proseslər başlayıb. Bir sözlə, cənab prezident mədəniyyət sahəsinə ictimaiyyətin diqqətini cəlb etməyə nail olub. Prezidentin bu görüşü bizə mədəniyyətin və mədəniyyət anlayışının Azərbaycan cəmiyyətinin daxilində önəmliliyini bir daha dərk etməyə imkan verir. Xalqımız mədəniyyətsiz yaşaya bilməz. Azərbaycan xalqının əsrlər boyu yaratdığı bu böyük, zəngin xəzinə heç vaxt bugünkü dövrlə məhdudlaşmamalıdır. Hər bir dövrün yeni nailiyyətləri, əlavələri və uğurları olmalıdır. Bu görüşün əsas nəticəsini cəmiyyət tərəfindən mədəniyyətə daha böyük həssaslıq, maraq yaratması kimi qiymətləndirirəm. Davamlı islahatların aparılmasında daimi dəstək verdiyi, bu sahəyə xüsusi diqqət göstərdiyi üçün bütün ictimaiyyət adından cənab prezidentə təşəkkürümü bildirirəm”.
Sonda Ə.Qarayev media nümayəndələrinin suallarını cavabladı. Qeyd etdi ki,  YUĞ və Pantomima teatrlarının vəziyyəti onları narahat edir. İrəvan Teatrından sonra bu teatrların da məkanı ilə bağlı müəyyən işlər nəzərdə tutulub: “Doğrudur, hər iki teatra kirayə pulu verilir və dövlət büdcəsindən dəstək göstərilir. Ancaq bütün hallarda adlarını çəkdiyim teatrlar barədə düşünəcəyik. Pantomima Teatrının vəziyyəti lap pisdir”.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir