Ana səhifə » Persona » Müsahibə » Mübariz Həmidov: “Teatr hər yerdə teatrdır”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Mübariz Həmidov: “Teatr hər yerdə teatrdır”

Bu il yubiley yaşını qeyd edən teatrlarımız sırasında Sumqayıt Dövlət Dram Teatrı da oldu. 50 illik maraqlı sənət yolu keçən teatrın yubiley ərəfəsində, həmçinin yeni ildə yeni tamaşalarından xəbərdar olmaq üçün üz tutduq Sumqayıta. Bizi maraqlandıran suallara teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov aydınlıq gətirdi.

-Mübariz müəllim, Sumqayıt teatrına direktor təyin olunandan həm teatrda, həm də media ilə əlaqələrdə canlanma müşayiət olunur.

-Əslində, bu, daha çox sizinlə bağlıdır. Sizin kimi gənc teatrşünaslar maraqlanırlar, teatrı dərindən duyurlar. Buna görə də hər birinizə təşəkkür edirəm. Bizim əlimizdə başqa sənət yoxdur. İşimiz teatrın inkişaf etdirilməsidir. Sənətimiz, ixtisasımız budur. Göstərilən diqqət və qayğının qarşılığında biz də əlimizdən gələni edirik ki, tamaşalarımız diqqət mərkəzində olsun.

-Teatra gələndən hansı işləri görmüsünüz?

-İki uşaq tamaşası təhvil vermişik. “Kim güclü, kim ağıllı” adlı birinci tamaşanın rejissoru gənc rejissor Ayla Osmanovadır. Bu tamaşa Sumqayıt məktəblərində 50 dəfədən artıq nümayiş olunub. Hətta ayrı-ayrı məktəblər teatrın yaradıcı heyətini müzakirələrə dəvət ediblər. Artıq bir neçə dəfə belə müzakirələr həyata keçirilib. Bu,  teatrla məktəblər arasında əlaqələrin sıx inkişafı deməkdir. Maraqlı işlərimizdən biri uşaq tamaşalarının baxış və müzakirəsi ilə məşğul olan uşaqlardan ibarət Alternativ Şuranın yaradılması oldu. Burada tamaşa haqqında müzakirələri ancaq uşaqlar aparırlar. Əlbəttə, onlar peşəkar teatrşünaslar deyillər, lakin istəklərini sərbəst şəkildə bildirmələrinə tam şərait yaradırıq. Nəticə gözlədiyimizdən də yaxşı oldu.

İkinci tamaşamız yeni ildə göstəriləcək “Çeburaşkanın yeni il sərgüzəştləri” adlanır. Axşam tamaşaları kimi isə yuxarı sinif şagirdlərinin dərs proqramında olan şair və yazıçıların əsərləri əsasında hazırlanan, yaxud onların həyatından bəhs edən tamaşalara yer verilir. Belə tamaşalardan biri – Hüseyn Cavidlə bağlı “Zülmətdə nur” tamaşası idi böyük maraqla qaşılandı. 2018-ci ilin bitməsinə sayılı günlər qalıb və biz qarşımızda olan bütün məsələlərin öhdəsindən gəlmişik. Maliyyə, tamaşa, tamaşaçı planını artıqlaması ilə yerinə yetirmişik.

-Yeni il bayramı münasibəti ilə hansı tədbirlər nəzərdə tutulub?

-Yeni ildə teatrın kollektivi məktəblilərin, balacaların görüşünə “Çeburaşkanın yeni il sərgüzəştləri” tamaşası ilə gələcək. Quruluşçu rejissor Ayla Osmanovadır. Onunla Gənc Tamaşaçılar Teatrında bir neçə işimiz olub. Ayın 25-i Sumqayıt əhalisi ilə anons xarakterli görüşümüz oldu. Teatrın qarşısındakı meydanda nümayiş etdirdiyimiz bir sıra nağıl qəhrəmanları sakinlərin marağına səbəb oldu. 27 dekabr tarixindən başlayaraq yeni il tamaşalarımız başlayacaq.

-Artıq ikinci uşaq tamaşasıdır ki, Ayla Osmanovanı dəvət edirsiniz.

-Qeyd etdiyim kimi, Aylanı Gənc Tamaşaçılar Teatrından tanıyıram. İşinə sevgisi, yaradıcılıq potensialı ilə tanışam. Həm də düşündüm ki, kollektiv üçün də yenilik olar. Başqa teatrlardan rejissor dəvət olunanda truppada bir canlanma olur, daha çox maraq göstərirlər.

-Keçən ay Sumqayıt Dram Teatrının 50 illik yubileyini qeyd etdiniz. Yubiley tədbirlərinin keçirilməsindən razı qaldınızmı?

-Hazırlıqlara sentyabr ayından başlamışdıq. Tam ay yarım yubileyə hazırlığımız olub. Bütün kollektiv bu işə səfərbər olunmuşdu. Tədbiri isə teatrın qarşısından açdıq. Ən yaxşı tamaşalardan dekorlar qurulmuş, həmin dekorların qabağında tamaşalarımızdan personajlar geyimlərdə dayanmışdılar. Bəzi tamaşalardan çıxışlar, musiqi nömrələri bitdikdən sonra içəri birinci və ikinci foyeyə keçid oldu. İkinci foyedə maraqlı tərtibat qurulmuşdu. Belə ki, teatrımızda 50 il boyunca oynanılan tamaşaların afişalarından ibarət fotosərgi təşkil edilmişdi. Bu işdə göstərdiyi böyük köməkliyə görə Teatr Muzeyinə, şəxsən Sevinc xanıma dərin təşəkkürümüzü bildiririk. Birinci foyedə isə ona qədər tamaşanın maketini hazırlatdırmışdım. Bakıdan 70-ə qədər qonağımız gəlmişdi. Sonra təbriklər səsləndi, Bakı teatrlarından bir neçəsi təbrik yollamışdı, eyni zamanda xarici ölkələrdən təbrik videolarını izlədik. Yubiley münasibətilə Prezidentimiz teatrımızın üç aktyorunu Əməkdar artist, yeddi nəfəri isə Tərəqqi medalı ilə mükafatlandırdı. On nəfərə başçı Zakir Fərəcovun fəxri fərmanları təqdim edildi. Teatrımızın üç aktyoru da Türksoyun diplomuna layiq görüldü.

-Təsadüfi deyil ki, bu il dekabrın 7-si Gənc Tamaşaçılar Teatrının da 90 illik yubileyi baş tutdu. Nə əcəb, sizi orada görmədik?

-Yox, əslində, düşündüyünüz kimi bir durum yoxdur. Tam əksinə, teatrın direktoru Naidə xanımla dostluğumuz var, birlikdə oxumuşuq. Sadəcə elə alındı ki, Sumqayıt Teatrında tədbir vardı və nə qədər çalışsam da, tədbirimiz gec bitdiyindən mən Bakıya çatana qədər orada da yubileyin sonu idi. Amma yubileydən xəbərim oldu, orda çalışan aktyorlar mənə videolar göndərdilər. Çox bəyəndim. Vaqif Əsədovun quruluşunda olan yubileydə əsl bayram abı-havası yaşanıb. Vaqif belə tədbirləri çox effektli işləyə bilir. Hadisələri, tamaşaları bir-birinə həssaslıqla toxuyur. Mən hələ orada direktor olanda ona belə bir təklif vermişdim.

-Bir neçə ay ərzində ard-arda yeni tamaşalarınız oldu, növbəti aylar nələr gözlənilir?

-Gələn ilin repertuar planını artıq hazırlamışıq. Onu da deyim, çox maraqlı repertuar planlaşdırılıb. Bilirsiniz ki, gələn il Sumqayıt şəhərinin 70 illiyidir. Bununla bağlı yayda yazıçı Əli Əmirliyə Sumqayıtın dünəni, bu günü, sabahı haqqında maraqlı pyes yazmasını təklif etmişdim. O isə cavabında, həqiqətən də, mövzu ürəyinə yatarsa, belə bir ideya gələrsə, yazacağını bildirmişdi. Sağ olsun, avqust ayında zəng etdi ki, artıq əsər hazırdır. Gələn ilin noyabr ayında olacaq yubileyə qədər bu pyesin tamaşasını işləyib hazır edəcəyimizə əminəm. Çox maraqlı, ürəyimcə olan bir əsər ərsəyə gəlib. Ümid edirəm, bu teatrın kollektivindən Sumqayıt sakinlərinə dəyərli bir hədiyyə olacaq. Bundan başqa, “Danışan gəlincik” tamaşasını da hazırlayacağıq. Gənc Tamaşaçılar Teatrından daha bir gənc rejissor Elşad Rəhmanzadəni dəvət etməyi düşünürəm. Onun quruluşunda hazırlancaq “Qulliver cırtdanlar ölkəsində” tamaşasının Sumqayıt məktəblilərinə nə qədər maraqlı olacağını bilirəm. Əslində, əvvəl GTT kollektivini dəvət etmək istədim, ancaq məlum məsələdir ki, dekorlar, səhnə tərtibatı ağır olduğundan onların daşınması çətin olacaq. Ona görə qərara aldım ki, ən yaxışısı, elə teatrın öz kollektivinin ifasında fərqli tamaşa hazırlamaqdır. Novruz bayramı ərəfəsində bayram tamaşaları nəzərdə tutulur. Həmçinin xarici ölkələrə səfərlərimiz də istisna olunmur. Noyabrda Gürcüstan Respublikası Kutaisi Dövlət Dram Teatrının bədii rəhbəri burda oldu, aramızda qarşılıqlı yaradıcılıq əlaqəsini nəzərdə tutan memorandum imzalandı. Növbəti ilin mayında Kutaisidə bizim teatrın 2-3 tamaşası göstəriləcək, sonra isə, həmin teatr iyun ayının ortalarında bizim qonağımız olacaq və tamaşalar oynayacaqlar. Əvvəllər də əlaqələrimizin olduğu Şimali Osetiya Milli Dram Teatrı ilə bu il V Bakı Beynəlxalq Teatr Konfransında görüşdük. Belə qərara alındı ki, onlar bizi fevral ayında qastrola dəvət edəcəklər. Bununla yanaşı, Türkiyə ilə də yazışmalarımız davam edir.

-Mübariz müəllim, Sumqayıt Teatrının truppasının kifayət qədər yaradıcı potensialı varml?

-Potensiallı, istedadlı aktyorlar var. Yalan deməyəcəm ki, bütün heyət istedadlıdır, ancaq yaxşı tamaşalar hazırlaya biləcək aktyorlar var. Hətta festival üçün tamaşalar da seçmişəm – “Qocanı öldürməliyik”, “Birincilər, sonuncular”, “Ocaq”, Əli “İyirmi ildən sonra” tamaşasının bərpası. Sumqayıt Teatrı vaxtilə adla deyilirdi. Bu teatrın yetişdirdiyi sənətkarlar hazırda Bakının müxtəlif teatrlarında çalışlar. Əsas odur, işini bilən, çalışqan heyətimiz var. Maraqlı fikrim var ki, vaxtilə Sumqayıt teatrında işləmiş sənətkarları tamaşalarda oynamaq üçün bir-bir, iki-iki dəvət edək.

On üç il müddətində Gənc Tamaşaçılar Teatrında direktor olmusunuz. Birdən-birə Bakıdan uzaq yerdə kollektivinə bələd olmadığınız teatra rəhbər təyin olundunuz. Çətin olmadı ki?

-Asan heç nə yoxdur. Bu da 50 ilin teatrıdır, ənənələri, qızıl dövrü olub. Aktyorların bəzilərini tanıyırdım, digərləri ilə də gələndən sonra tanış oldum. Artıq çoxunun potensialına, iş qabiliyyətinə bələdəm. Teatr hər yerdə teatrdır. Teatrın sevinci də, kədəri də, problemləri də, demək olar, hər yerdə eynidir. Vaxtilə Mədəniyyət Nazirliyində işləyəndə teatrlarımızın vəziyyəti ilə tanış idim. Ona görə də burda işləmək mənə o qədər də çətin deyil. Sadəcə olaraq, XXI əsrin teatrı durmadan yeniliyə can atır, biz çalışmalıyıq, zamandan geri qalmayaq, həmin yeniliklərlə ayaqlaşaq, inkişaf edək.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir