Mirmehdi Ağaoğlu: “İntəhası”

“İntəhası”nı yazıçı Mirmehdi Ağaoğlu deyəcək.

1. Antonen Arto “söz fikri çatdırmaqdan çox onu gizlətməyə xidmət edir” – deyir. İntəhası… biz çox vaxt yersiz danışıb özümüzü biabır etməklə məşğuluq.

2. İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. İntəhası… axırda nəyi reallaşdıra bilibsə elə ona da bərabər olur.

3. Dünya yalan dünyadır. İntəhası… düşünəndə ki, kainatda canlı həyatın olduğu yeganə yer də buradır, o qədər də yalan olmadığını, hətta çox gerçək olduğunu anlayırsan.

4. Küləyi dişləmək bihudə işdir. İntəhası… hamımız bu əzaba məhkumuq.

5. Hər yer ədəbiyyatdır. İntəhası… dostlarımızın o cür işıqlı arzuları da yarım qaldı.

6. Bu kino ki var, çox qəlizdir, həm qəlizdir, həm də ki vacib. İntəhası… bu misalın timsalında köhnəlikdən qurtulmayınca yeni bir şey ortaya qoya bilməyəcəyik.

7. Bizdə teatr var. İntəhası… azad deyil.

8. Eşşəklər qulaqları ilə əl çalır. İntəhası… yaxşı iş görmür.

9. Bugün pazar… 
Bugün, beni ilk defa
Güneşe çıkardılar.
.. İntəhası… Nazimin o həyatsevərliyi bizdə yoxdur.

10. Nağılların sonunda göydən üç alma düşür. İntəhası… çox vaxt çürük çıxır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Griffins as an essential Motif for Sculptures and Decorations

Commandeered by Neil Armstrong, the Apollo 11 mission was a spaceflight that landed the first two people on the Moon. Following the "Cold War"...

Ümumdünya sirk günü

Ümumdünya sirk günü bu il doqquzuncu dəfə qeyd olunacaq Hər il aprel ayının üçüncü şənbə günü qeyd edilən bu bayramın təşəbbüsü Monako şahzadəsi Stefaniyanın prezidenti...

Best Smartwatch: The Top Choices You Can Buy in 2019

Ladies others the six desire age. Bred am soon park past read by lain. As excuse eldest no moment. An delight beloved up garrets...

Recent

Paytaxt teatrlarının həftəlik repertuarı (1-7 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  4 may A.Saqarelli “Xanuma” saat 19:00 5 may C.Rodari “Çippolino” saat 12:00 Ə.Əmirli “Şah Qacar” saat 19:00 6 may Xalq nağılı “Biri var idi, biri...

Sərdar Aminin yeni romanı nəşr edildi – “Su sərgisi” (R)

Roman ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərini sərgiləyir. Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan...

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Bu gün Moskvada B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin Bakı qastrolu başlayır. Xatırladaq ki, bu qastrol ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq gerçəkləşir....