Persona Ziyad Quluzadə - “Məxfi Qovluq No: V.İ.”

Ziyad Quluzadə – “Məxfi Qovluq No: V.İ.”

-

Zamanın qəfil bir qanad çırpması, meh əsintisi kimi uçub getdi. Nə keçmişin, nə də gələcəyin həqiqi olmayan xülyası insanı dəyişir. Yalnız indinin acı gerçəyi çöhrəmizə Sibir soyuğu kimi kəskin bir sillə ilişdirir. Bu an Karl Saganın o kədərli baxışları altında fırlanan toz dənəciyinin, zərrəciyin və heçliyin içində, qaranlıq boşluqda sovruluruq.

Əziz oxucum!

Bu fordizm sonrası qapımızı qəfil döyən, içimizə “gecə döyülən qapılar!” qədər izaha gəlməz qorxu salan “İnformasiya əsrində” onun haqqında klassik bir “Ədəbi-tənqidi-estetik” məqalə yazmaq istəmədim. Çünki, narratologiya elminin rəqəmsal amili gün keçdikcə insanın düşünmə məqamına da müdaxilə etdiyi üçün ənənəvi təhkiyənin artıq çox da diqqətə şayan olmadığı fikri hasil olur. Ancaq, elə onun barəsində də bir az rəqəmsal narratologiyanın hipertekstual dili ilə danışmaq düzgün olardı. Ona görə düşüncələrimi yazı ilə, faktları isə dijital story (rəqəmsal hekayə) ilə sizlərə təqdim edəcəyəm.

O ki, Aristotelin “vərdişə dayalı, təlqinə söykənmiş” məntiqini əlinin dalı ilə dibsiz uçurumların ənginliyinə göndərmiş Vaqif İbrahimoğludur.

O ki, rişxəndlə Aristotelə gülərək onun qarşısında binar məntiqin 0 (Sıfır) və 1 (Bir) arasındakı irrasional sonsuzluğunu qoyan və bu kədərli sonsuzluğa bir də “YUĞ”lama qoşan adamdır.

Onda hələ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universətetində Teatrşünaslıq elminin nə olduğunu anlamağa çalışarkən, bizi festivala, tamaşaya səsləyən dəyərli Məryəm Əlizadənin təlqini ilə inşavari “teatrşünas məqalələri” yazırdıq. Elə yenə Məryəm Əlizadənin təşviqi, təqdimatı və dəstəyi ilə Vaqif İbrahimoğlunun məşqlərində iştirak etmək haqqı qazanmış, o ocağa “sərbəst giriş” hüququ əldə etmiş bir neçə gəncdən biri idim. O vaxtlar Afaq Məsudun “Can Üstə” tamaşasının məşqləri gedirdi. Vaqif İbrahimoğlu Freyd, Lacan, Yunq, Fuko, Eko, Benjamin kimi adları səsləndirəndə, onların çox sonralar oxuyub ləzzət alacağım əsərlərini hövlnak qeyd etdikcə gizli bir xəzinə tapmış kimi sevinirdim. Bəli, onun yanında keçirdiyim saatlar həyatımda gizli xəzinə tapmışdım. Sonralar, İstanbul Universitetindəki doktorantura təhsilim boyu qarşılaşdığım professorlar, Stanford Universitetinin birgə layihələr etdiyim müəllimləri də öz dərin bilgiləri ilə məni onun qədər heyran etmədilər.

P.S. Bu düşüncələrimi yalnız yazaraq ifadə edə bilərdim. Bir də Vaqif İbrahimoğlunun həqiqi yaradıcılıq yolunu göstərmək istəyirdim. Rəqəmsal təhkiyənin dili ilə nəql edəcəyim hekayənin janrını “dijital story” adlandırdım. Siz buna “sənədli film” də deyə bilərsiniz! Ya da xəbər süjeti…

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik