Məşhur “Zoopark əhvalatı” əsəri səhnəyə qoyulur

Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun rəhbərlik etdiyi rejissor laboratoriyasında bir neçə yeni tamaşa hazırlanır.
Hazırda məşqləri gedən tamaşalardan biri “Zoopark əhvalatı”dır. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İmran Ali Qurban bildirib ki, məşhur Amerika yazıçısı Edvard Olbinin “Zoopark əhvalatı” pyesi eyni ad altında tamaşaya qoyulacaq. Jerry obrazını Respublikanın əməkdar artisti Rövşən Kərimduxt, Piter obrazını isə aktyor Elçin Hacı canlandıracaq.
Tamaşanın premyera tarixi və məkanı hələlik dəqiq müəyyənləşdirilməyib.
Xatırladaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun təşəbbüsü ilə yaradılan rejissor laboratoriyası 2018-ci ilin sentyabr ayından fəaliyyət göstərir.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

CƏNNƏT SƏLİMOVA: “Kamera teatrı mənim evim idi…”

Saytımızın ilk müsahibi Azərbaycan rejissurasının sonuncu magikanlarından olan Xalq artisti, Prezident təqaüdçüsü Cənnət Səlimovadır. Hədsiz dərəcədə həssas, mehriban insan, tələbələrini övladı kimi sevən Cənnət...

Tərlan Rəsulov -“İnteraktiv teatr anlayışı”

Müasir dövrümüzdə, yəni XX əsrin sonu-XXI əsrin əvvəlində təkcə teatr deyil, incəsənətə aid olan bütün sahələrdə rast gələn dəyişikliklər cəmiyyətdə baş verən metamorfozalar nəticəsində...

İradə Gözəlova, “Yoxsa…”

TeatrO.az saytı "Yoxsa" 21 sual layihəsini təqdim edir. Layihənin ilk qonağı Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Sayya (Gözəlova): 1. Sayya, yoxsa Gözəlova? - Gözəlova....

Recent

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalında 15 film nümayiş olunacaq

Yanvarın 25-də Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının açılışı münasibətilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında festivalın sədri, italiyalı aktyor Remo Girone iki ölkə arasında...

Rafiq Əzimov haqqında film çəkilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Ömrün sənət naxışları” sənədli televiziya filminin istehsalını başa çatdırıb. QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filmdə...

Prezident Gənc Tamaşaçılar Teatrının əməkdaşlarını təltif etdi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə...