Ana səhifə » Mövqe » Məktəblərdə “Teatr” fənni keçilsinmi?

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Məktəblərdə “Teatr” fənni keçilsinmi?

Biz teatrı niyə sevmirik? Müasir texnologiyanın hökm sürdüyü, hətta uşaqlarımızı belə bizdən əsir aldığı bir zamanda övladlarımızı teatra aparmırıq. Çünki daxilimizdə teatra olan sevgini boğmuşuq. Çünki bizim nəsil, sizin nəsil, bizdən törəmələrin nəsli teatrla iç-içə deyil. Teatr təkcə tamaşanı izləyib, təsirindən hayıl-mayıl olmaq demək deyil. Teatr sənəti bu sahəyə maraq göstərən hər kəsi öz sehrinə salmaqla kifayətlənmir. Teatr ən gözəl tərbiyə növüdür. Çox uzağa yox, elə qonşu dövlətlərin tədris sisteminə nəzərə salsaq, görərik ki, onlar orta ümumtəhsil məktəblərində teatr sənəti ilə bağlı xüsusi fənn keçirlər. Şagirdlər ədəbiyyat dərsində kitaba salınan əsərləri məhz teatrda izləyir və onun haqqında öz fikirlərini bildirirlər. Bu da onlarda sərbəst fikir bildirmə, özünə inam, müzakirə mədəniyyəti formalaşdırır. “Beynəlxalq hörümçək toru”, sosial şəbəkələr, planşetlər, kompüterlər uşaqlarımızı bizdən qoparır. Tədricən onlarda sərbəst fikir bildirmə, özünü ifadə etmə bacarıqlarını yox edir.  Digər tərəfdən isə, uşaqlarda teatr sevgisini məhz uşaq yaşlarında formalaşdırmağın lazım olduğunu deyirik. Sonra da, ilk növbədə, valideynin teatra sevgisinin olmasının vacibliyini vurğulayırıq. Hər gün işə gedən, çalışan valideyn övladlarını teatra aparmağa vaxt çatdırmırsa, onda necə edək? Bu işlə məktəblərin tədris proqramı çərçivəsində məşğul olması yaxşı olmazdımı?
Mövzu ilə bağlı ekspertlərimizin də fikirlərini öyrəndik.Rəsmi məktubun üzərində işləyirik

AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri,  teatrşünas Vidadi Qafarov  bizimlə söhbətində belə bir layihə hazırladıqlarını bildirdi: “Biz AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsi olaraq Təhsil nazirliyinə ünvanlanacaq belə bir rəsmi məktubun üzərində işləyirik. Sözsüz ki, orta ümumtəhsil məktəblərində “Teatr sənəti” fənni tədris olunmalıdır. Rəsm fənni, Musiqi fənni tədris olunursa, Teatr sənəti fənni niyə tədris olunmasın?! Axı, teatr sənəti sintetik bir sənət kimi görün nə qədər sənətləri özündə ehtiva edir. Və bu baxımdan, uşaqların dünyagörüşünün, estetik zövqünün, nitq mədəniyyətinin və s. formalaşmasında çox böyük rol oynaya bilər. Məktəblərdə teatr sənəti tədris olunarsa, uşaqlar dünya teatr tarixi ilə yanaşı, dünya ədəbiyyatı, dramaturgiyası, səhnəqrafiyası, teatr musiqisi və s. haqqında da bilgilərə yiyələnmiş olarlar. Bu da onların həm biliklərinin artmasına, həm də mənəvi aləmlərinin zənginləşməsinə ciddi təsir göstərər”.Nəticə də göz qabağındadır

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı danışarkən ədəbiyyat fənnindən keçilən, dərs proqramına salınan əsərlərin teatrda tamaşaya qoyulmasının şagirdlərin bu əsərləri mənimsəməsinə müsbət təsir göstərdiyini bildirdi: “İlk növbədə, qeyd edim ki, təxminən 25-30 il əvvələ qədər orta və ali məktəblərdə, kitabxanalarda ədiblər, sənət adamları, elm xadimləri, hətta tanınmış əmək qəhrəmanları ilə görüşlər adi hal, planlı tədbir sayılırdı. Düzdür, həmin tədbirlər gənc nəslin mənəvi-estetik dünyagörüşünün genişləndirilməsi adı altında daha çox sovet adamının ideoloji tərbiyəsinin gücləndirilməsinə xidmət edirdi. Hər halda, həmin görüşlərdə bəşəri dəyərlər də təbliğ olunurdu. Sovetlər birliyinin dağılması ilə həmin ənənə də unuduldu. Amma nahaq yerə. Bu gün geniş dünyagörüşlü, yüksək mənəviyyatlı, hərtərəfli Azərbaycan insanının yetişdirilməsi heç də sovet dövründəkindən az əhəmiyyətli deyil. Bir müddət əvvəl Təhsil nazirinin əmri ilə məktəblərdə teatr tamaşalarının göstərilməsinə və bilet satışına qadağa qoyulandan sonra, həqiqətən, məktəblə teatr arasında münasibətlərdə uçurum yarandı. Gizlətmək nəyə lazım, bu qadağanın qoyulmasında hərəyə bir truppa düzəldib qapı-qapı gəzən əldəqayırma “sənətçilərin” də “xidməti” az olmadı. Amma hər halda ətlə dırnaq arasına girən tikanı çıxarmaq əvəzinə, dırnağı irinləmiş barmağın baltalanması kimi radikal qərar gənc nəsli teatrdan, əsl sənətdən uzaq saldı. Hər cür yeniliyə meyilli uşaq və yeniyetmələr mədəni istirahət və əyləncə axtarışında ara-sıra baxdıqları teatr tamaşalarının boşluğunu doldurmaq üçün nəsə tapdılar. Nəticə də göz qabağındadır:  şagirdlər internet vasitəsi ilə təhlükəli informasiyaların, sosial şəbəkələrin asılılığına düşüblər”.
Ekspertimiz deyir ki, “Məktəb və teatr” adlı layihəni kütləvi şəkildə həyata keçirmək lazımdır: “Hesab edirəm ki, yetişməkdə olan gənc nəslin arasında milli mədəniyyətimizin və incəsənətimizin təbliği, məktəblilərdə teatr sənətinə marağın artırılması məqsədinə xidmət edən “Məktəb və teatr” layihəsində ibtidai sinifdən XI sinfə qədər şagirdlərin tam şəkildə iştirakını təmin etmək lazımdır. Təəssüf ki, əvvəllər məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs, pantomima dərnəklərinin fəaliyyəti indi zəifləyib. Bu cür dərnəklər, demək olar ki, yox dərəcəsindədirlər. Halbuki, bir vaxtlar onlar hətta milli teatr sənətinin əsas kadr potensialını təmin edirdilər.
Teatr sənəti gənclərin inkişafında çox böyük rola malikdir. Dünyanın inkişaf etmiş ölkələrində şagirdlər kütləvi şəkildə teatrlara gedirlər. Təhsilin keyfiyyətinin artmasına teatr sənətinin ciddi təsir göstərməsi danılmaz faktdır. Çünki ədəbi əsərlər bu yolla şagirdlərin yaddaşında daha yaxşı qalır. Xüsusən də, ədəbiyyat fənnindən keçirilən, dərs proqramına salınan əsərlərin teatrda tamaşaya qoyulması şagirdlərin bu əsərləri mənimsəməsinə müsbət təsir göstərir”. “Sözümüzü qəribçiliyə salırlar”
Bakı Uşaq Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan bizimlə söhbətində  25 il bundan əvvəl belə bir təklif ilə Təhsil Nazirliyinə müraciət etdiyini bildirdi: “Bizim ziyalılarımız arasında buna bənzər təkliflərlə nazirliyə müraciət edənlər çox olub. Təəssüf ki, onların sözlərini çox zaman qəribçiliyə salırlar. Düşünürlər ki, yersiz deyilən təkliflərdir və bunu cəmiyyətə yararsız addım kimi qiymətləndirirlər. 25 il bundan qabaq Təhsil nazirliyinə – hətta Maarif nazirliyinə  məktəblərdə xüsusi teatr fənlərinin daxil olunması ilə bağlı məktub yazmışdım. Hesab edirdim ki, bu layihə məktəblərdə xoş qarşılanacaq, ancaq gözlədiyimin tam əksi ilə rastlaşdım. Məktuba qarşı mənfi rəylər aldım.  Mənə, həqiqətən də, maraqlıdır, nə üçün məktəblərdə idman, musiqi, rəsmxət kimi fənlər keçilir, ancaq teatrla bağlı dərslər keçilmir? Axı, teatr qeyd etdiyim fənlərin hamısından daha artıq şagirdlərə insanlıq aşılayır. Məgər, bu bizə lazım deyil?”.
İntiqam Soltan teatr fənninin çərçivəsində şagirdlərə nitq mədəniyyətinin aşılanmasının onların özlərini ifadə etmələrində böyük yardımçı rolunu oynayacağını deyir: “Əgər məktəblərdə “Teatr sənəti” əlavə fənn kimi tədris olunsa, mütəmadi olaraq aktyorların, incəsənət nümayəndələrinin məktəblə birbaşa əlaqəsinin yaranmasına vəsilə olacaq. Bu, eyni zamanda, şagirdlərdə nitq qüsurlarını aradan qaldırmağa yardımçı olacaq. Şagirdin beyni ağ vərəqdir, ona istədiyin şeyi yazmaq mümkündür. İndiki uşaqlar öz ana dilində güclə danışırlar. Məktəblərdə də bu məsələnin üstünə düşmürlər. Ancaq heç cür anlamırlar ki, öz ana dilində təmiz danışmağı bacarmaq sərvətdir, mənəvi ehtiyacdır. Nitqimizin qüsurlu olması bir çox işlərimizin irəli getməsinə mane olur. Fikrimizi deyə bilmirik. Bu baxımdan da Teatr fənninin uşaqlara böyük faydası dəyə bilər. Ən azından, həyata inamı artan adamda həyat eşqi yarandığı halda bir çox irəliləyiş əldə edəcək. Eyni zamanda peşəkar aktyorlarla təmasda olmaqla şagirdlərin dünyagörüşü genişlənəcək. Uşaqlarda özünə inam artacaq. Özünə inanan şagird isə hər şeyə qadirdir. Bizim təhsil sistemimiz söylədiyim məsələlərdən o qədər uzaqdır ki, bu sahə yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, bir də İncəsənət  Gimnaziyada tədris olunur. Şagirdlərin, müəllimlərin yanında danışıq aparatı deyəndə onlara gülməli gəlir ki, danışıq aparatı nədir?!. Halbuki, danışıq aparatı insanın daxilindəki fikrin izah olunması üçün ən ümdə aparatdır. Mən öz fikrimi onun vasitəsi ilə qarşı tərəfə izah edirəm. Son dövrlər dilində qüsur olan uşaqlar çoxalıb. Dil qüsurlu şagirdlərlə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimlərinin ciddi problemləri olur. Bizə bununla bağlı bir çox ədəbiyyat müəllimləri müraciət edir. Şagirdlərin bir qismi “r” hərfini deyə bilmirlər”.

Bilirəm, indi deyəcəksiniz ki, hər işimiz düzəlib, qalıb bircə saqqal darağımız. Vallah, bu daraq sizin bildiyiniz o daraqdan deyil. Bir dəfə “hə” deyin görün, uşaqlarınız sizi sizdən gözəl necə ifadə edir.  Məgər siz istəmirsiniz ki, övladlarınız gözəl danışıq qabiliyyətinə sahib olsun, özünü ifa edə bilsin, əlinə planşet almaq əvəzinə teatrlara gedib tamaşa izləsin?

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir