Ana səhifə » Xəbər » Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayon mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəylinin felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşasını təqdim edib.

Teatrın aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti Qabil Quliyevin 70 illiyinə həsr olunmuş tamaşadan öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İran İslam Respublikasının Ərdəbil vilayəti mədəniyyət baş idarəsinin rəis müavini Qərib Mənuçehri və digərləri çıxış edərək Qabil Quliyevin Azərbaycan teartının inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıblar.

Tədbirdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Daha sonra Xalq artisti Qabil Quliyevin, Əməkdar artistlər Adil Zeynalovun və Sucəddin Mirzəyevin, aktyorlardan Miraslan Ağayevin, Qızılgül Quliyevanın, Əlibala Əsgərovun, Emin Fərzullayevin, Hikmət Cəfərovun, Rauf Zeynalovun və Nizami Qurbanovun iştirakı ilə  “Olanlardan-keçənlərdən” tamaşasınıa baxış olub.

Qeyd edək ki, epik səpkidə hazırlanmış tamaşada dramaturji material üçün mövzu Ü.Hacıbəylinin XIX əsrin sonlarında və XX əsrin əvvəllərində müxtəlif qəzetlərdə işıq üzü görmüş felyeton, hekayə, pamflet və intermediyalarından istifadə olunub. Elmsizlik və savadsızlığın, köhnə məktəb üsulunun, xalqın tərəqqisinə mane olan adət və ənənələrin tənqidi tamaşanın əsas ideyasını təşkil edir.

Yerli ictimaiyyətin böyük maraqla izlədiyi tamaşadan sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Xalq artisti Qabil Quliyevi qəbul edərək ona yubiley təbrikini çatdırıb.

Məlumat üçün bildirək ki,  “Olanlardan-keçənlərdən” tamaşasının premyerası 1985-ci il martın 28-də baş tutub. Teatrın repertuarında öz sevilən mövqeyini qoruyub saxlayan bu tamaşa həmçinin Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fondu”na daxil edilib.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir