Lənkəran teatrı İrana festivala gedir

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına festivala dəvət olunub. Bu barədə məlumatı teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, dəvət qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-ə kimi davam edəcək Milli Teatr Festivalından gəlib. Lənkəran teatrı bu sənət yarışmasında respublikamızı Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa edəcəklər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Akademik” statusu verilən Musiqili Teatr və Rus Dram Teatrı Prezidentə təşəkkür edib

Prezident İlham Əliyev S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına və Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusu verilməsi haqqında Sərəncam imzalayıb. 5 mart 2019-cu il...

Bir şəklin tarixçəsi – “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı…

Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında ekranlaşdırılan “7 oğul istərəm” filmi… İnqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan 20-ci...

Эмилия Деменцова – “Мягкая сила театра”

Культура – действенный инструмент внешней политики. Западная цивилизация убедительно доказала это за минувшие десятилетия. Культура является, по сути, средством продвижения интересов государства на международной...

Recent

Sizcə bu kədərlidir?

İnklüziv ƏSA Teatrı əlilliyi olan şəxslərlə bağlı növbəti sosial çarxını təqdim edib. “Sizcə bu kədərlidir?” adlanan sosial video vasitəsilə hər kəsi sosial mesajlarına qoşulmağa...

Nicat Qərib – “Ağrıların rəngi”

İlk dəfə bu əsərin quruluşu mənə təklif ediləndə çox tərəddüd etdim. İmtina etmək də istəmirdim. Bilirsiz, bu əsəri oxuyanda adama elə gəlir ki, çox...

Maral Mustafazadə – Bu kino ki var… Var?

Bəli, kino qəliz məsələdir, və də ki vacib. Milli kinomuzdan yadda qalan üç-beş sitat varsa, ən məşhuru da budur. Yüziyirmi illik Azərbaycan kinosu üçün...