Ana səhifə » Mövqe » Könül Əliyeva-Cəfərova – “Yük götürən ulağın elegiyası”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Könül Əliyeva-Cəfərova – “Yük götürən ulağın elegiyası”

Kor atın kürküyırtıq kar nalbəndinin lal harayı

Epiqraf: Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var.
Moris Meterlink

Hamam hamam içində…

Bu gün bütün teatrların, az qala, texniki işçisindən tutmuş, direktoruna, aktyoruna, rejissoruna qədər hər kəsin istənilən qəzetdə, jurnalda və saytda “adamı” var. Hansı ki, teatr haqqında ən xırda bir tənqidi fikir gedən kimi zəng vurub həmin fikri yazıdan çıxartdırır. Fikir çıxdıqdan sonra məna da gedir işinin dalınca, məzmun da. Məzmun və məna yoxdursa, problem də yoxdur. Yazıdakı bütün fikirləri çıxarandan, ütüləyəndən sonra yerdə qalır quru təsvir, tərif, mədh, tost. “Tamada-teatrşünas”ın (lap nəğməkar şair kimi səsləndi e…) yazdığı (dediyi) sağlıqlar da olur lülə kababın üstünün ədviyyatı, duzu, istiotu, zəncəfili, darçını… Müqtədir sənətkarlarımıza uzun ömür, can sağlığı, ailə səadəti, kabab qonaqlığı, Finlandiya arağı… Lənət sənə fiziki məhdudiyyətli şeytan. Yavaş-yavaş mutasiya başladı məndə də. Yaşasın tamadalıq, çaşdım e, teatrşünaslıq elmi.

Dramaturqlarla bağlı vəziyyət isə daha acınacaqlıdır. Ki, bunu siz məndən daha yaxşı bilirsiniz. Onların “işi daha ağırdır” – həm teatrlarda, həm də teatrşünaslıqda “özlərinə dost axtarmaq” məcburiyyətindədirlər. Teatrların mətbuat katiblərinin halını düşünəndə isə adamın tükləri biz-biz olur. Bu biçarələrin də birinci və ən ümdə işi jurnalistlərlə “dostluq” əlaqələri qurmaqdır. Ki, amanın günüdür, birdən “iri balıqların” zəngi tutmasa, mətbuat katibləri “b”, “c” variantı kimi həmişə ehtiyatdadır. Nəticədə, üz-üzdən utanar prinsipi ilə “parnikləşdirilmiş” mühitdə nə sağlam teatr düşüncəsi formalaşır, nə bədii yaradıcılıq məhsulu olan tamaşa yaranır, nə də tənqid inkişaf edir. Ona görə də “çolaq ayı-dəcəl meymun-çəp keçi”nin işbirliyindən yaranan tamaşa haqqında yazılan yazıdan “iki şiş kabab”ın qoxusu gəlir.

Xəlbir saman içində…

Ən ağlamalinski durum isə ondan ibarətdir ki, bu adamlar tənqiddən, teatrşünaslıqdan danışanda “ağızlarına çullu dovşan sığışmır” – tənqid yoxdur, teatrşünaslar həqiqəti yazmaqdan qorxur, tənqid teatrla rəqabətə girə bilmir və sair və ilaxır… Əzizlərim, ataların yaxşı bir sözü var, deyir, “kar atın kor… yox, kor atın kar… yox e, kar… kor… lal… hə, kor atın kor da nalbəndi olar”. Belə olan vəziyyətdə nə teatrın tənqidçidən nəsə gözləməyə, nə də tənqidçinin teatrdan nəsə ummağa haqqı var.

Teatr-tənqidçi münasibətləri o qədər qatlardan və laylardan ibarətdir ki, kələm kimi açıldıqca açılır. Dediyim kimi, hər bir aktyorun, rejissorun, direktorun mətbuatda “öz adamı” var. Kimin kiminlə problemi oldusa, xahişlə, minnətlə, gizlin yollarla, altdan-altdan informasiyaları ötürüb adam haqqında “danos” yazdırır, yaxud da cuşa gəlib, min bir xahişlə, minnətlə özündən müsahibə götüzdürür, “quyğuru qapı arasında qalan” kimi – “mən belə deməmişdim”, “jurnalist məni yoldan çıxardıb”, “sözü ağzımdan məcbur alıb” kimi ifadələrlə məsuliyyəti öz üzərindən atır. Xoşbəxtlikdən də, bir ovuc adamıq, heç nə gizli qalmır.

Dəvə dəlləklik eylər…

Hər ilin sonunda olduğu kimi, yəqin, bu il də əzizim Xəlayə Rəis “əlinə bir mikrofon götürüb” düşəcək teatr cameəsinin canına ki, “ilin ən uğurlu tamaşası və teatr hadisəsi hansı olub”…

Hər ilin sonunda olduğu kimi, yəqin, bu il də böyük-böyük adamlar “geni dəyişdirilmiş pomidor” kimi üzdən hamar və qıp-qırmızı parıldayan, içindən sarılıq xəstəliyi tutmuş adam kimi sap-sarı saralan tamaşaların bir neçəsini ilin uğurlu pomidoru… üzr istəyirəm, tamaşası kimi oxuculara sırıyacaq…

Hər ilin sonunda olduğu kimi, yəqin, bu il də böyük-böyük rejissorlar “vallah öz tamaşamdan başqa heç bir tamaşaya baxmamışam” deyəcək…
Xəyaləcim, səni verənə şükür (öpücük smayliki).

Sonda qızıldan qiymətli, aydan arı, sudan duru, qurudan yaş, yaşdan quru fikirlərimi dostum Saleh Səbatın çağdaş post-post-post-postdramaturgiyamızın leytmotivi kimi çıxış edən, dahiyənə poeziya nümunəsi “Yük götürən ulağın elegiyası” dramatik poemasının aşağıdakı misraları ilə yekunlaşdırmaq istəyirəm:

Pul verib səni aldım
Dedim sənə dayağım.
Yükümü götür yoruldum,
Ulağım, ay ulağım.

Köhnə hamam içində…

P.S. Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Nömrənin sahibi də kabab yeməyi sevir, amma “uçastkovının payından” yox))).

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir