Mozaika İradə Gözəlova, "Yoxsa..."

İradə Gözəlova, “Yoxsa…”

-

TeatrO.az saytı “Yoxsa” 21 sual layihəsini təqdim edir. Layihənin ilk qonağı Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Sayya (Gözəlova):

1. Sayya, yoxsa Gözəlova?
– Gözəlova. Çünki Sayya olanda atam sağ idi, o öləndən sonra Gözəlovanı seçdim.

2. Şərq, yoxsa Qərb?
– Şərq. Çünki Şərq qədimdir, uludur.

3. Teatr, yoxsa kino?
– Teatr. Çünki teatrsız bir günüm olmasın!

4. Sənət üçün, yoxsa xalq üçün?
– Sənət üçün. Çünki xalq, onsuz da, özünə yaxın olanı sənətdə görüb bəyənəcək.

5. İmpressionizm, yoxsa kubizm?
– Heç biri. Çünki İradizm daha çox xoşuma gəlir.

6. Komediya, yoxsa faciə?
– Tragikomediya. Çünki bütün tamaşalarım bu janrdadır.

7. Kauzal konflikt, yoxsa ekzistensional?
– Heç biri. Çünki çərçivələrdən çıxmaq istəyirəm.

8. Klassik, yoxsa modern?
– Modern. Çünki klassikanı çox sevirəm.

9. Hamlet, yoxsa Kefli İsgəndər?
– Kefli İsgəndər. Çünki Azərbaycanın Hamletidir.

10. Söz, yoxsa əməl?
– Əməl. Çünki teatrda başqa cür mümkün deyil.

11. M.F.Axundzadə, yoxsa H.Cavid?
– H.Cavid. Çünki mənim Tanrım gözəllikdir, sevgidir…

12. Şekspir, yoxsa Bekket?
– Şekspir. Çünki mən OLUMu seçirəm.

13. Tarkovski, yoxsa Spilberq?
– Tarkovski. Çünki “Andrey Rublyov” filminə 32 dəfə baxmışam.

14. Bethoven, yoxsa Qara Qarayev?
– Qara Qarayev. Çünki ruhuma yaxındır və dahidir.

15. Stanislavski, yoxsa Brext?
– Stanislavski. Çünki Allah ona rəhmət eləsin!

16. Alpaçino, yoxsa Fuad Poladov?
– Fuad Poladov. Çünki Fuad müəllim bizim teatrın işığıdır. Allah onu qorusun.

17. Pikasso, yoxsa Səttar Bəhlulzadə?
– Səttar Bəhlulzadə. Çünki bizim dahimizdir.

18. Azər Paşa Nemət, yoxsa Vaqif İbrahimoğlu?
– Vaqif İbrahimoğlu. Çünki İbrahimoğlu mənim sevimli müəllimim olub və olacaq!

19. Ömər Xəyyam, yoxsa Məhəmməd Füzuli?
– Məhəmməd Füzuli. Çünki müəllimim Vaqif İbrahimoğlunun sevimli şairi idi, müəllim Füzuliyə olan sevgini mənə də ötürdü, indi Füzuliyə aşiqəm.

20. Bəlayi-eşq, yoxsa səfayi-eşq?
– Bəlayi-eşq. Çünki “Bəlayi-eşq” adında tamaşam olub Yuğ teatrında.

21. Bakı, yoxsa Gəncə?
– Bakı-Gəncə-Yer kürəsi. Çünki Bakını doğulandan, Gəncəni 2006-cı ildən, Yer kürəsini isə əzəldən sevirəm.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik