Ana səhifə » Mövqe » İlham Rəhimli: “Teatrları uğursuzluqdan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil”

Son yazılar

Xəbər
Fevral 22, 2019

Bakı Uşaq Teatrı “Nəsimi ili – Nəsimi dili” Festivalı keçirəcək

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Teatr-Tamaşaçı
Fevral 21, 2019

“Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı

Xəbər
Fevral 22, 2019

Mingəçevir teatrının səhnəsində “Ayı”

Sərəncam
Fevral 22, 2019

Teatrın yenidən qurulması işləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbər
Fevral 21, 2019

Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tamaşa

Xəbər
Fevral 20, 2019

Musiqili Teatrda “Balaca Şahzadə”nin premyerası olacaq

Mozaika
Fevral 20, 2019

Yarat “İnsan: özünü tanı” proqramını təşkil edir (R)

Kino
Fevral 20, 2019

Əlisəfdər Hüseynov – Fazil Salayevin gözləri…

Xəbər
Fevral 20, 2019

Dərbənddə “Dağılan tifaq”ın premyerası

Mövqe
Fevral 18, 2019

Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

Kino
Fevral 18, 2019

Bir şəklin tarixçəsi – “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı…

Xəbər
Fevral 16, 2019

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Xəbər
Fevral 15, 2019

Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi

Xəbər
Fevral 15, 2019

Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Xəbər
Fevral 15, 2019

ADMİU-nun tələbəsinə Vaqif Əhmədov adına təqaüd təqdim edilib

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – 6 yaşınız mübarək, “Oyuq”çular…

Afişa
Fevral 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 fevral– 20 fevral)

Mövqe
Fevral 14, 2019

Oldos Haksli – Teatrın sirri (Esse)

Xəbər
Fevral 14, 2019

“Boş məkanın dolğunluğu-2” Teatr festivalı yaxınlaşır

Xəbər
Fevral 14, 2019

ADMİU “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb

Mövqe
Fevral 14, 2019

Xəyalə Rəis – TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?

Mövqe
Fevral 14, 2019

Nigar Pirimova – “Buratino” ilə görüş

Xəbər
Fevral 14, 2019

Beynəlxalq Muğam Mərkəzində “Kərgədan buynuzu” tamaşası nümayiş olunacaq

Persona
Fevral 13, 2019

Fuad Poladovun şəxsi arxivi Teatr Muzeyində – Saatı, eynəyi, şərfi… – FOTO

Xəbər
Fevral 13, 2019

Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir

Xəbər
Fevral 13, 2019

Teatr Muzeyinin 85 yaşı qeyd olunacaq

Müsahibə
Fevral 13, 2019

Hanı bu kinoların musiqisi?

Müsahibə
Fevral 13, 2019

Anar Heybətov – “Ən böyük tənqidçim qızımdır”

Müsahibə
Fevral 12, 2019

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

İlham Rəhimli: “Teatrları uğursuzluqdan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil”

Dünyanın heç bir teatrında aktyoru və ya rejissoru yaşının çoxluğuna görə işdən çıxarmırlar. Çünki teatrda (eləcə də, həkimlikdə, müəllimlikdə, rəssamlıqda, ifaçılıqda, elmi işlərdə) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir.
Bunu milletinsesi.info-a açıqlamasında tanınmış teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli son günlər Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının, tanınmış Xalq və Əməkdar artistlərin təqaüdə göndərilməsi məsələsi ətrafında gedən müzakirələrə münasibətini bildirərkən deyib.
O qeyd edib ki, hansısa aktyor 30, 40 yaşında teatra yararsız ola bilər, yaxud əksinə, hansısa aktyor 80-90 yaşında da teatr üçün səmərə verə bilər.
Onun sözlərinə görə, bu, onun istedadının hansı yaşa qədər bəhrə verməsindən asılıdır.
“Gəlin, unutmayaq ki, yaşlı, lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağının illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir.
Təəssüf ki, son illər Azərbaycanda aktyorlar 63, qadınlar 60 yaşlarından teatrla vidalaşmalı olublar (bir neçə ildir bu rəqəmdə dəyişmə var). Bu, teatra qarşı ağlagəlməyən, məntiqə sığmayan münasibətdir. Adını da qoyurlar ki, təqaüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər.
Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmaması balığın sudan çıxarılıb yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir. Yaddaşı zəif olanlara son nəfəsinədək səhnədə çalışmış məşhur sənət fədailərinin ömür yaşlarını xatırlatmaq istəyirəm.

Akademik Milli Dram Teatrında
SSRİ Xalq artistləri: Mirzağa Əliyev – 71 yaş, Sidqi Ruhulla – 73 yaş, İsmayıl Osmanlı – 76 yaş, İsmayıl Dağıstanlı – 73 yaş, Hökümə Qurbanova – 75 yaş.
Azərbaycanın Xalq artistləri: Mustafa Mərdanov – 74 yaş, Ağahüseyn Cavadov – 87 yaş, Ağasadıq Gəraybəyli – 91 yaş, Möhsün Sənani – 81 yaş, Sona Hacıyeva – 72 yaş, Əliağa Ağayev – 70 yaş, Nüsrət Fətullayev (rəssam) – 74 yaş, Sofya Bəsirzadə – 82 yaş, Leyla Bədirbəyli – 79 yaş, Nəcibə Məlikova – 71 yaş, Lütfi Məmmədbəyov – 77 yaş, Kamal Xudaverdiyev – 70 yaş.
Əməkdar artistlər: Murad Muradov – 80 yaş, Fateh Fətullayev – 74 yaş, Əzizə Məmmədova – 69 yaş, Hacıməmməd Qafqazlı – 84 yaş, Natalya Lizina – 65 yaş, Mirvari Novruzova – 71 yaş, Cabbar Əliyev – 70 yaş, Sadıq Saleh – 77 yaş, Məcid Şamxalov – 77 yaş, Bürcəli Əsgərov – 72 yaş.

Gənc Tamaşaçılar Teatrında
Xalq artistləri: Firəngiz Şərifova – 90 yaş, Süleyman Ələsgərov – 80 yaş, Solmaz Qurbanova – 73 yaş, Hüseynağa Sadıqov – 68 yaş.
Əməkdar artistlər: Süsən Məcidova – 69 yaş, Rüxsarə Ağayeva – 79 yaş, Əhməd Əhmədov-Rumınski – 80 yaş…

Gəncə Dövlət Dram Teatrında
Xalq artistləri: İsmayıl Talıblı – 69 yaş, Məmməd Bürcəliyev – 80 yaş, Rəmziyyə Veysəlova – 79 yaş, Sədayə Mustafayeva – 78 yaş, Ələddin Abbasov – 92 yaş…

Naxçıvan Dövlət Musiqili Dram Teatrında.
Xalq artistləri: Əyyub Haqverdiyev – 85 yaş, İbrahim Həmzəyev – 73 yaş, Sofya Hüseynova – 89 yaş, Roza Cəfərxanova – 83 yaş, Firuzə Əlixanova – 77 yaş, Əkbər Qardaşbəyov – 78…

Siyahını xeyli artıra bilərdim, ancaq elə göstərdiyim faktlar da, məncə, kifayətdir.
Teatrları uğursuz işlərdən, yaşadıqları acınacaqlı böhranlardan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil.
İlk növbədə teatr sənətinə cavabdeh məmurların səhnə sənətinə yaradıcı münasibətlərini kökündən dəyişmək lazımdır”, – deyə İ.Rəhimli əlavə edib.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir