Ana səhifə » Xəbər » I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Lənkəran Dövlət Dram Teatrında davam edən I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalda bu gün Gəncə Dövlət Kukla Teatrı, “OL”  Teatrı və Bakı Uşaq Teatrı çıxış etdi.

Festivalın ikinci günü Gəncə Dövlət Kukla Teatrının “Zınqırovlu pişik” tamaşasının nümayişi ilə başladı. Əhməd Orucun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova, kuklaçı rəssamı isə Təranə Cəfərovadır. Rolları Əməkdar artist Xudayat Əsgərov (Anbardar), Səməd Xanəhmədov (Pişik, Sarı pişik), Elmar Vəliyev (Uzunquyruq siçan), Zülfiyyə Əliyeva (Uzunburun siçan) və Nərmin Şərifova (Uzunqulaq siçan) canlandırırdılar. Tamaşada canlı ifalarla yanaşı, kuklalardan da istifadə olunurdu.

Tamaşa taxıl anbarında yaşayan 3 siçanın pişiklərin və anbardarın başına gətirdikləri macəralardan bəhs edir. Balaca siçanları şirin olduğu üçün yeməyən pişik onların tələsinə düşür, nəticədə siçanlar zınqırovu pişiyin boynuna keçirir və pişiyin anbardan qovulmasına nail olurlar.

12:00-da isə “Ol” Teatrının təqdimatında xalq nağılının motivləri əsasında hazırlanmış “Cəsur şahzadə -Məlikməmmədin nağılı” tamaşası baş tutdu.Tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı Xuraman Azəri, musiqi tərtibatçısı isə Əfsanə Bağırovadır.

“Ol” teatrı  “Cəsur Şahzadə Məlikməmmədin nağılı”nı özünəməxsus formada səhnələşdirərək azyaşlı tamaşaçıları təəccübləndirdi. Tamaşa Padşahın öz əbədilik almasını oğurlayan şəxsi axtarması ilə başlayır. Bunu tapmağı oğullarına tapşırır. Məlikməmməd padşahın kiçik oğludur və qardaşlarının ona xəyanəti nəticəsində quyudan yeraltı dünyaya düşür. Burada divlə qarşılaşan Məlikməmməd həmçinin divin əsarətində olan qızı da xilas edərək Simurq quşunun köməkliyi ilə atasının yanına qayıdır. Tamaşada rolları Fikrət Məmmədov, İlqar Kamal (Məmmədov), Əli Balaoğlanov, Züriyyət Şahmuradova ifa edirdilər.

Festivalı ikinci gününün 16:00-da nümayiş olunan sonuncu tamaşası isə Bakı Uşaq Teatrının “Göyçək Fatma” musiqili nağılı oldu. Teatrın bədii rəhbəri Əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu nağıl-tamaşanın quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. Rolları Türkan Şahmarlı (Göyçək Fatma), Niyaz Qasımov (Baba), Sovqat Səmədova (Nənə), Könül Şahbazova (Ögey ana), Niyaz Novruzov (Ata, Aşıq), Nicat Əhmədov (Çirkin Fatma), Gülər Ləzgiyeva (Qarı), Qurban Əhmədov (Şahzadə),  Emin Balayev (Keşikçi) ifa edirdilər. Xalq motivləri əsasında qurulan tamaşa Göyçək Fatmanın başına gələn hadisələrdən bəhs edir. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri aradan qaldıraraq öz istəyinə nail olur.

Hər üç tamaşanın sonunda festivalda iştirak edən teatr nümayəndələri Mədəniyyət Nazirliyinin Diplomları ilə təltif olundu.

Xatırladaq ki, festivalın üçüncü günü İran İslam Respublikasının “Mika” –Təbriz və “Muğam-Hünər” Parsabad teatrlarının Əli Bərnunun eyniadlı əsəri əsasında qurulmuş “Qırmızı və Vız-vızı”, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Nindza tısbağalar və Kapitan Cekin macəraları” bir hissəli nağıl tamaşası və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Pərvin Nurəliyevanın Səhnələşdirdiyi “Qoğalın sərgüzəştləri” tamaşası göstəriləcək.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir