Xəbər Gənclər nə istəyir ?

Gənclər nə istəyir ?

-

Azərbaycan Dövlət Musiqili Teatrında “Gənclər nə istəyir?” mövzusunda teatr rəhbərliyi ilə gənclərin ənənəvi görüş keçirilib.
Görüşdə gənc istedadların bir sıra yeni ideyaları, təklifləri dinlənilib, həlli yolları barədə müzakirələr, 109-cu mövsümdə nümayiş olunacaq yeni tamaşalar barədə ətraflı söhbətlər aparılıb. Gənclər teatr rəhbərliyi qarşısında ötən mövsümdə gördükləri işlərin hesabatını verib, yeni yaradıcılıq planları üçün sahə rəhbərlərindən məsləhətlər alıblar.
Tədbirdə baş baletmeyster, Əməkdar artist Zakir Ağayev, baş dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baş xormeyester, Əməkdar artist Vaqif Məstanov, truppa müdiri, Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov da gənclərin irəli sürdüyü təkliflərlərlə bağlı öz tövsiyyələrini bildiriblər.

Rejissor asistenti Elməddin Dadaşov, gənc rejissor Zaur Əliyev, balet artisti Məhəmməd Abdullayev, bəstəkar Aydan Əliyeva həyata keçirmək istədikləri yeni layihələr barədə açıqlamalar veriblər. Gənc aktyorlardan Əmrah Dadaşov, Gültac Əlilinin teatra tamaşaçı marağının artırılması istiqamətində irəli sürdükləri bəzi təkliflər bəyənilib.
Səmimi keçən görüşdə teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi teatrın gənc yaradıcı heyətini yeni mövsümün başlaması münasibətilə təbrik edərək arzu və istəklərini bildirib: “Teatrımız hər zaman gənclərə xüsusi diqqətlə yanaşır, onların istedadına güvənir və etimad göstərir. Demək olar ki, teatrın cari repertuarındakı bütün tamaşalarda baş və əsas rollarda çıxış edənlərin, beynəlxalq müsabiqələrdə iştirak edənlərin əksəriyyəti gənclərdir. Gənc və istedadlı kadrların bu sənət məbədinə cəlb olunması üçün hər dəfə əlimizdən gələni edirik. Son vaxtlar kollektivə müsabiqə yolu ilə daxil olan aktyorlar, balet artistləri, musiqiçilər, hətta texniki işçilərin seçilməsində kəmiyyət deyil, keyfiyyət nəzərə alınır. Yaradıcı kollektivin heyətində əsaslı dəyişikliklər etmək, təşkil olunan teatr festivallarında gənclərin iştirakını təmin etmək çox vacibdir. Biz hər zaman istedadlı gənclərə yol açmışıq, dəstək olmuşuq. Arzu edirik ki, etibar etdiyimiz gənclər möhtəşəm səhnədə öz dəsti-xətti ilə seçilsin, ümidlərimizi doğruldaraq tamaşaçıların sevimli səhnə ustalarına çevrilsinlər”
Görüşün sonunda gənclərin təklifləri əsasında yeni tamaşaların hazırlanması üçün bədii şuraya müraciət olunması barədə qərar verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik