Ana səhifə » Mövqe » Fəridə Cəlilova – MULHOLLAND DRIVE vs XAQANİ KÜÇƏSİ

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Mart 20, 2019

Azərbaycanlı tələbə Ziya Ağa beynəlxalq festivalda qalib olub

Xəbər
Mart 19, 2019

“Sübh çağı”nın müəllifi sübh çağı vəfat etdi

Müsahibə
Mart 19, 2019

Xalq artisti: “O görüşdə olsaydım deyərdim ki…” – MÜSAHİBƏ

Persona
Mart 19, 2019

Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Mövqe
Mart 19, 2019

Gülcahan Mirməmməd – Səhnədə dolğunluq olarsa…

Xəbər
Mart 19, 2019

Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub

Resenziya
Mart 19, 2019

Cövhər Xeyrullayeva – … Və “Kəloğlan”

Xəbər
Mart 19, 2019

Akademik Musiqili Teatrda “Paris Notr-Dam kilsəsi”

Xəbər
Mart 19, 2019

İlham Əliyev daha bir aktyora mənzil bağışladı

Xəbər
Mart 19, 2019

ƏSA Teatrı fəaliyyətini dayandıra bilər

Xəbər
Mart 19, 2019

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

Persona
Mart 16, 2019

Fəridə RƏHİMLİ – Öz dəsti-xətti olan sənətkar

Xəbər
Mart 16, 2019

Mədəniyyət Nazirliyi bədii film ssenariləri müsabiqəsi elan edib

Xəbər
Mart 15, 2019

“Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimat mərasimi keçirilib

Xəbər
Mart 15, 2019

ADMİU SABAH qrupları QİTİS-in qonağı olacaq

Xəbər
Mart 15, 2019

ADMİU-da Cəfər Cəfərova həsr edilmiş tələbə konfransı keçirilib

Xəbər
Mart 14, 2019

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyası

Afişa
Mart 14, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (14 mart – 20 mart)

Xəbər
Mart 14, 2019

“Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı başa çatıb

Mövqe
Mart 14, 2019

Teatrlarımızda eksperimental tamaşalar azdır

Xəbər
Mart 14, 2019

“İki amerikano və çizkeyk”

Mövqe
Mart 14, 2019

Festival bayramdır?! Bayramınız mübarək?!

Xəbər
Mart 13, 2019

Prezident Teatr Xadimləri İttifaqına 250000 manat ayırdı

Xəbər
Mart 13, 2019

Bakı Uşaq Teatrı “Həyatla oyun”

Xəbər
Mart 11, 2019

Teatr və konsert müəssisələri işçilərinin maaşı 50 faiz artırıldı

Persona
Mart 10, 2019

Məryəm Əlizadə – Fikir adamı…

Xəbər
Mart 9, 2019

“Kəloğlan masalları” Kukla Teatrının səhnəsində…

Xəbər
Mart 7, 2019

AMEA Memarlıq və İncəsənət İnstitutunda Hüseyn Ərəblinskinin anım tədbiri keçirilib

Xəbər
Mart 7, 2019

ADMİU-da Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Afişa
Mart 7, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (7 mart – 14 mart)

Fəridə Cəlilova – MULHOLLAND DRIVE vs XAQANİ KÜÇƏSİ

Bir nəfər kafedə ourub tanışına yuxusunu danışır: təkrar-təkrar gördüyü yuxuda daim qorxunc bədheybətlə qarşılaşan qəhrəman yoldaşı ilə birgə həmin yerə gedib kiminləsə rastlaşıb-rastlaşmayacağını yoxlamaq istəyir. Budur, onlar kafedən çıxır, arxa həyətə keçir, pilləkənlərlə aşağı enirlər və qəribə yuxu görən qəhrəman qəfil divarın arxasından peyda olan bədheybətlə üzləşərək huşunu itirir…

Siyahılar hər yerdə, siyahılar ətrafımızı bürüyüb. Amma onların tənqidini saxlayaq başqa vaxta. BBC-nin 2016-cı ildə apardığı sorğuya əsasən, Devid Linçin “Malholland drayv” filmi XXI əsrin ən yaxşı filmləri siyahısına başçılıq edir. Nədir yaradıcı adamları bu filmi belə dəyərləndirməyə məcbur edən? Axı ABŞ (ya sadəcə Hollywood) kino sənayesinin sualtı cərəyanlarından bəhs edən filmin bizə nə aidiyyəti ola bilər? Ancaq heç nə bizə öz daxili “bədheybətləri” ilə üz-üzə qalan insan obrazını incəsənətdən fərqli digər sahələrə köçürməyə mane olmur. Digər məsələdir ki, məhz sənət adamlarının bu cür məsələlərdə qurdalanmağa vaxtı, imkanı var və hətta deyərdik ki, həmçinin məhz buna görə onlar pul alır. “Malholland drayv” biz tamaşaçılara insanların arzularının gerçəkləşməsi üçün nəyə hazır olduğundan danışır, sonda isə qəhrəmanı bu hadisələrin iştirakçılığından çıxarıb baş verənlərə kənar müşahidəçi gözü ilə baxmağa vadar edir. Özünün bədheybətliyini anlayanların başlarına güllə çaxmaqdan başqa çıxış yolu qalmır.

İndisə yollanaq Bakı şəhərinə, Xaqani küçəsinə. Mövzu isə teatrdır. Yox, əlbəttə, bu gün haqqında danışacağım tamaşalardan birinə “Yuğ” Teatrının səhnəsində baxmışam və Kukla Teatrının binası Xaqani küçəsində yerləşmir. Amma Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” II Eksperimental Tamaşalar Festivalının təşkilatçılığını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə öz üzərinə götürən Azərbaycan Teatr Xadimləri İttifaqı, digər yaradıcılıq istiqamətli ittifaqlarla birgə, məhz bu ünvanda qərarlaşıb.

Budur, festivalın ilk dörd günü geridədir və mən baxdığım tamaşaların bağışladığı ümumi təəssüratla bölüşmək istəyirəm. “YUĞ” Teatrının təqdim etdiyi “Medeya. Sekvensiya – 01” və “HUMAN” Teatrının hazırladığı “Qara adam” tamaşaları yaradıcı insan portretləri (ya siluetləri?) yaratmaq cəhdləri ilə seçildi.

“Yuğ” Teatrının tamaşası Klimin (Vladimir Klimenkonun) “Medeya teatrı” pyesi əsasında Mikayıl Mikayılov tərəfindən hazırlanmışdır. Tamaşada teatrın aparıcı aktrisaları – Sonaxanım Mikayılova və Gülzar Qurbanova tamaşaçıları öz etiraflarına qərq edirlər. İki aktrisanı canlandıran ifaçılar Medeya obrazı ətrafında mükamiləyə başlayırlar. Aktrisalar Medeyanı “əvvəlki” və “sonrakı” olmaqla iki fərqli obrazda təqdim etməyi nəzərdə tuturlar.Bəs bu dəfə insan haqqında bilmədiyimiz daha nələri söyləmək üçün barbar cadugər bəhanə kimi çıxış edəcək? Dramaturq Vladimir Klimenkonun “Medeya teatrı” pyesində Hayner Müllerin təsiri aşkar duyulur. Alman dramaturqun məşhur triptixinin “Medeya: material” fraqmentində səslənən: “Qocalmaq ölümdən betərdir” – cümləsi sanki Klimin pyesinin leytmotivinə çevrilir. Bu dəfə Medeya haqqında mif barbarlarla sivilizasiyanın toqquşmasından deyil, qadının zamanla barışmaq cəhdlərindən bəhs edir. Ah, mən sadəcə qadın dedim? Söhbət axı elə-belə qadından deyil, AKTRİSAdan gedir. Xüsusulə də, Yuğun tamaşasında. Əgər Klimin pyesində biz Yasonun sevgisinin bitdiyini anladıqdan sonra qanadlı faytona minib digərlərinin hələ öyrənməli olacağı biliklə silahlanan Medeya ilə sevgidən gözükor Medeyanı da əsərin eynihüquqlu personajı kimi qəbul ediriksə, “Medeya. Sekvensiya – 01”də  hər iki aktrisa obrazlarının tərəddüdləri qabardılaraq tamaşanın başlıca mövzusuna çevrilir. “Sekvensiya”, çünki “hər şeyin təkrarlandığı dünyada heç nəyi təkrarlamaq olmur”. “Medeya. Sekvensiya – 01” sanki eyni insanın həyatının müxtəlif dövrlərinin fərqli personajlar vasitəsilə canlandırılmasıdır. Bu ideyanın açılmasında məhz aktyor ifası məxsusi vurğulanmalıdır. Sonaxanım Mikayılovanın qəhrəmanı gənc Medeyanı oynayacaq aktrisaya məqamlarla az qala həqarətlə yanaşır, ancaq sonda görürük ki, Gülzar Qurbanovanın qəhrəmanı bütün əsər boyu mübahisə etdiyi həmkarının dediklərinə gəlməyə hazırdır – yoxsa bu görüşün mənası olmazdı.Festivalın haqqında danışmaq istədiyimiz növbəti tamaşası “Qara adam”dır.  Monotamaşasının  rejissoru Şamil İbrahimov həm də yeganə rolun ifaçısı idi. AzTXİ-nin böyük səhnəsində göstərilən tamaşada “alter ego”yla görüş Sergey Yesenin poeziyası sayəsində gerçəkləşdi. Şairin yardıcı böhranını göstərən yazılıb tullanmış kağız topaları bütün səhnəyə səpələnib. Mərkəzdə qara adamın qonaq gələrkən oturmağı xoşladığlı kürsü yerləşir. Budur, qarşımızda şair obrazı canlanır. Səs tembri ilə işıqlı nələrisə vəd edən şair yorğun, əzgin, üzgün görünür. Fonda Ancelo Badalamentinin “Tvin Piks” (yenə də Linç – bu mövzunu kinoda ondan çox işləyən olmayıb) üçün yazdığı musiqi ovqatında motiv səslənir, dərhal məşhur serial qəhrəmanlarının ikiləşməsi xatırlanır. Ancaq bizim halda şairin ikiləşməsi qəhrəmanın iradəsindən kənar mövcud olan xeyir və şər başlanğıclarının mübarizəsindən ibarət deyil. Qara adam şairin törəməsidir. Hər şey əvvəlcədən həll olunub, çıxış yolu yoxdur. Sonda Rekviyem səslənməlidir.Məni bir gün fərqlə oynanılan bu iki tamaşanın tematik səsləşməsi sevindirdi: sanki festival tamaşalarının ardıcıllığı qəsdən müəyyən ovqat yaratmaq üçün düşünülüb. Bunun belə olmadığını təxmin edirəm, sadəcə teatrşünasların da əllərindəki bütün imkanlardan istifadə etməklə tamaşanın təsir gücünü artıracaq təlqinlərə üz tutduğunu göstərmək istədim.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir