Ana səhifə » Pəncərə » Elçin Cəfərov – Teatr olmasa, dünyada nəsə dəyişərmi?

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Elçin Cəfərov – Teatr olmasa, dünyada nəsə dəyişərmi?

Sual qətiyyən ritorik deyil. Qiyamət gününün ağırlığı sallanır bu sualdan. Günümüzün insanı üçün nə dərəcədə maraqlı olduğunu bilmirəm, amma teatr həyatındakı durğunluq məni bu haqda düşünməyə vadar etdi və düşündüklərimi dünya teatr sənətində gəlişən tendensiyaların kontekstində sözə gətirməyə çalışdım.

XXI əsrin teatrı müasir qala bilmək üçün teatr olmaqdan imtina etdi. Qeyri-teatra çevrildi. Teatrallıqdan uzaqlaşdı, hətta deyərdim ki, teatrallıqla açıq mübarizəyə girişdi.
Haçansa Yuozas Miltinis belə bir ifadə işlətmişdi: “tamaşanı istənilən ədəbi materialdan hazırlamaq olar. İstər telefon kitabçası olsun, istər kulinariya kitabı, istərsə də təmir üçün göstərişlər”. Hərçənd ki, bu ifadəni V.Meyerholdun adı ilə bağlayanlar da var. A.Efros isə epikrizdən tamaşa hazırlamağın mümkünlüyünü vurğulamışdı. Əslində, rusların təbirincə desək, bu “qanadlı ifadənin” kimin tərəfindən deyildiyi bir o qədər önəmli deyil. Önəmli olan odur ki, illər öncə yarızarafat deyilən bu fraza XXI əsrdə Litvadan olan gənc rejissor Vidas Bareykis tərəfindən səhnədə reallaşdırılıb.Vidas Bareykis: “Telefon kitabçasının içində özünəməxsus ifadəlilik, effektiv dramaturgiya var. Burada hər şey vacibdir. Adlar, soyadlar, ad və soyad arasındakı boşluqlar, onların arxasında dayanan təşkilatlar. Hətta sözü yox, sözlər arasındakı boşluğu, ağ ləkəni də tamaşaya qoymaq olar. Mən əlaqələri pozmağı, sonra isə bu əlaqələri özümə uyğun şəkildə yenidən qurmağı sevirəm. Yer üzündə mövcud olan hər şey arasında əlaqə var. Əsas odur ki, hər şeyin yerini tapa biləsən və məhz bu mətnin realizəsində maraqlı olasan. Bir daha əmin oldum ki teatrın bacarmayacağı heç nə yoxdur”.

Gənc rejissorun yaratdığı No Theatre “Telefon kitabçası” adlı tamaşasını ədəbi əsas olmadan hazırlayıb. Daha doğrusu, tamaşanın ədəbi əsası bilavasitə məşq prosesində yazılıb. Çıxış nöqtəsi teatrın öz reallığı, gənc sənətçilərin arzuları, ümidləri, qorxuları və etirazlarıdır. Nəticədə janr baxımından rəngarəng 1 saat 35 dəqiqəlik tamaşa-zarafat alınıb. Burada qrotesk də var, klounada da, lirik ricətlər də, parodiya da.

“Telefon kitabçası” teatr haqqında, səhnə haqqında, sənətin təbiəti, funksiyaları, sənət arzuları və şübhələr haqqında tamaşadır, müasir teatrın problemlərinə və funksiyalarına toxunan tamaşa… Teatrın adından kollektivin sənət təfəkkürünü də oxumaq mümkün. Bu adla kollektiv “şərti şumda kəsib” bəri başdan ənənəvi teatr qavrayışı ilə konfrantasiyada olduğunu bəyan edir və teatrın klassik, ənənəvi formada yaşamaq imkanlarını şübhə altına alır. Bunun üçün rejissor mütləq şərtilik metodundan istifadə edir. Təbir caizsə, V.Beraykis teatrın öz metodu ilə teatrı tənqid edir, bir az da dərinə getsək, “baltalayır”. Səhnədə evin karkasını xatırladan hərəkətli taxta konstruksiyalar qurulub. Hadisələr səhnə məkanında, səhnədə yaşayan və “oynayan” aktyorların əhatəsində baş verir. Tamaşa kiçik intermediya ilə (bu da bir paradoks) başayır və bu hissə 15 dəqiqə davam edir. Müasir musiqinin müşayiəti ilə səhnəyə qorilla kostyumunda aktyorlar çıxır, bir neçə dəqiqə əcaib “vəhşi rəqs” ifa edirlər. Telefon kitabçasının vərəqlərini toplayır, yəhudilər haqqında danışır, İsa Məsihi unitazda təsvir edirlər. Teatr bununla milli və dini mövzularla xəstələnmiş müasir intellektual Avropa teatrı trendinə də ironiya edir.

İlk baxışda ancaq teatrdan danışdığı güman edilən tamaşa, əslində, bir teatrda baş verən hadisələrlə həm də ictimai-siyasi proseslərə işarə edir.
Tamaşaçıların gözü önündə gah ibtidai insanların iştirakı ilə bəşəriyyətin tarixi canlandırılır, gah səhnəyə diktator Adolf Hitlerə işarə olan Adolf  Klişe adlı simvolik personaj çıxarılır. Adolf Klişe həm də ətalətli, rutin köhnə teatrın simvoludur. Aktyorlar “teatr nədir”, “necə olmalıdır” suallarına cavab axtarırlar və mövcud cavab variantlarını tamaşaçının gözləri qarşısında yaradaraq göstərirlər.
Ayrı-ayrı parodiya-səhnələr teatr tarixinin müxtəlif mərhələlərini simvollaşdırır. Səhnədə Nyakröşüsün folklor performanslarını xatırladan səhnə ritualları, müxtəlif məşhur teatr simalarının ünvanına atılan replikalar bir-birini əvəzləyir.İlk səhnələrdə tamaşaçı səhnədə baş verənlərin postmodernist teatra ironiya olduğunu anlamır. Birdən ilk cərgədə oturmuş tamaşaçı ayağa qalxaraq qışqırır və aktyorlardan hoqqabazlığa son qoymağı tələb edir. Qəzəblənmiş tamaşaçı aktyorları hədələyərək deyir ki, əgər bir gün hakimiyyətə gəlsə, teatrları yalnız həqiqəti göstərməyə məcbur edəcək və intellektual oyunların arxasında gizlənən, konsepsiyalar uyduran aktyorları cəzalandıracaq, senzuranı bərpa edəcək. Çünki teatr səhnədə göstərdiklərinə görə məsuliyyət daşımalıdır. Tamaşaçı bu sözü deyib zaldan çıxır və intermediya sona çatır. Aktyorlar maskalarını çıxarır, gündəlik teatr həyatlarını yaşayırlar.
Tamaşada səhnə ilə (bəli, tamaşaçı ilə yox məhz səhnə ilə) ifaçıların dialoqu da olduqca ifadəlidir. Aktyor səhnədə tək qalır və birdən o, yuxarıdan düşən damcı səslərini eşidir, bu damcıların səsindən sözlər eşidilir (həmin sözlər ekran vasitəsi ilə proyeksiya olunur). “Səhnənin ruhu” ilə söhbətində aktyor yorulduğunu, bəzən niyə səhnəyə çıxdığını heç özü də bilmədiyini deyir. Düşünür ki, teatrdan həqiqət gözləyən tamaşaçı, bəlkə də, haqlı imiş. “Səhnənin ruhu” aktyora bir arzusunu həyata keçirəcəyini vəd edir. Aktyorsa bir qədər əvvəl qəzəblənmiş tamaşaçının sözlərinin həyata keçməsini arzulayır.

Beləliklə, tamaşanın ikinci hissəsi başlanır. Birinci hissədən tanıdığımız tamaşaçı qolunda qırmızı sarğı, yanında iki qara geyimli adam yenidən zala daxil olur və səhnədə quraşdırılmış tribunaya yaxınlaşır. Bu səhnənin özü də klassika ilə bir oyundur. Bu mizanla rejissor “teatr tribunadır” metaforasını səhnə içrə görümlü edir. Adolf Klişe metaforik tribunada – teatrda real tribunaya çıxaraq metaforik tribunadan həqiqət tələb edir. İndi teatrlar ancaq həqiqəti deməyə məcburdurlar. Bunu təftiş etmək üçün bütün teatrları nəzarətdə saxlayan xüsusi komissiya yaradılacaq və tamaşa qoyulan tələblərə cavab vermədiyi təqdirdə teatr bağlanacaq, truppanın üzvləri isə Sibirə sürgün olunacaqlar.
Beləliklə, aktyorların həyatında yeni mərhələ başlayır. Onlar özləri üçün yaratdıqları hermetik teatr dünyasından məhrum olurlar. Həqiqəti göstərmək üçün müxtəlif yollara əl atırlar. Əllərində qəzet səhnəyə çıxıb, qəzetlərdən parçalar səsləndirirlər (burada sənədli teatra göndərmə də var). Aktyorlar həyəcanlanmağa başlayırlar. Ölkədə bütün teatrlar bağlanıb. Komissiya gələndə nə göstərəcəklər? Onlar başa düşürlər ki, bu zamana qədər göstərdikləri həqiqət meyarına uyğun gəlmir. “Rejissor” tez-tez “oynamayın!..” deyə qışqırır. Ancaq bu tələbə necə əməl edilməli olduğunu heç kəs bilmir. Beləcə, həqiqətəbənzər tamaşa hazırlığı prosesində aktyorlar bir-bir teatrı tərk edirlər. Deyirlər ki, düz-əməlli bir işlə məşğul olmaq lazımdır, seçdikləri peşə qədim olsa da, faydasız peşədir. Teatrdan getməklərinə haqq qazandırmaq üçün aktyorlar tribunaya yaxınlaşır, təsadüfi bir nömrəyə zəng edir və telefona cavab verən adamla teatr haqqında danışırlar. “Siz teatra gedirsinizmi?”, “Teatrı sevirsinizmi?” “Teatr olmasa, dünyada nəsə dəyişərmi?” və s. bu kimi suallara aldığı cavablardan sonra qəhrəmanlar teatrdan getmələrini əsaslandırırlar.Nəticədə səhnədə bircə aktyor qalır. Komissiya gəlir və ona təklif edir ki, əgər sağ qalmaq istəyirsə, intihar səhnəsini inandırıcı oynasın. Bir neçə cəhddən sonra aktyor başa düşür ki, pafoslu monoloqla intihar aktının inandırıcı ifasına nail ola bilməz. Belə olan halda, onun qarşısında yalnız bir seçim qalır. Həqiqətən, səhnədə intihar etmək.
Bununla da, kollektiv teatrda həqiqət, inandırıcılıq axtarışında olanları cavabsız bir sual qarşısında qoyur. Teatr həqiqətəbənzər ola bilərmi, yaxud teatr həqiqətəbənzər olmalıdırmı?
Tamaşanın qaldırdığı problem müasir teatr cəmiyyəti üçün aktualdır. “Həqiqət nədir” və “onun teatrda hansı meyarı var”? Rejissor bu suala birmənalı cavab vermir. Yozumdan oxunan fikir bu məsələyə hər iki radikal münasibəti  – teatrın şərti təbiətə malik olmasını və səhnədə həqiqətəbənzərlik tələbi ilə çıxış edənlərin yanaşmasını şübhə altına alır.Tamaşanın aktuallaşdırdığı vacib anlayışlardan biri də zamandır. Bütün tamaşa boyu səhnədən siferblat asılıb. Tamaşa getdikcə saatda dəqiqələr geri sayılır. Finalda – saata görə əsl tamaşanın başlamalı olduğu zamanda aktyorlar səhnəyə çıxır və səhnə modulunu (hərəkətli taxta konstruksiyaları) sökməyə başlayırlar. Səhnə boşaldıqca sualın ağırlığını çiyinlərində duyursan, zamanla ağrı böyüyür, ayağından asılan dəyirman daşına çevrilir. Hara getsən, o daşı sürütləyə-sürütləyə özünlə aparırsan. Bir də baxırsan ki, “lənətlənmiş sual” beyninin hansısa küncündə yenidən canlanıb, səndən cavab gözləyir – teatr olmasa, dünyada nəsə dəyişərmi?

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir