Ana səhifə » NƏZƏRİYYƏ » Elçin Cəfərov, Könül Əliyeva-Cəfərova – “Sonu olmayan başlanğıcın izində”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Elçin Cəfərov, Könül Əliyeva-Cəfərova – “Sonu olmayan başlanğıcın izində”

Kamal Abdulla yaradıcılığının çoxşaxəli xarakteri “tədqiqat obyektimizi” bir jurnal məqaləsi çərçivəsində araşdırmağa imkan vermir. Ol səbəbdən, yaradıcılığının əsasən bir (şəxsən bizdən və peşəmizdən ötrü ən vacib) aspektinin üzərində dayanmağı lazım bilirik: KAMAL ABDULLA – DRAMATURQ.

Kamal Abdullanın dramaturgiyasının özəlliyi nədədir, əvvəl bir-bir sayaq, sonra açıqlayaq:

…intertekstuallıq,

…mərkəzdənqaçma,

…kanonik süjetlərin dekonstruksiyası,

…dramaturji dilə, pyesin dil-ifadə vasitələri sırasına postmodern nəsr və poeziya nümunələrinin daxil edilməsi,

… hadisəlilikdən imtina,

…“dırnaqsız sitatlar”ın işlədilməsi,

…simulyakor (gerçəklikdə orijinalı olmayan surət) və s. və i.a.

***

İntertekstuallıq (mətnlər arasında dialoq) Kamal Abdullanın pyeslərini fərqləndirən cəhətlərin başlıcasıdır. Onun yaradıcılığı ilə tanış olarkən adama elə gəlir ki, yazıçının bütün əsərləri, romanları, hekayələri, hətta şeirləri də eyni bir əsərin müxtəlif parçalarıdır. Onun heç bir əsəri bitmir. Elə bil ki, bütün yaradıcılığı “yarımçıq əlyazmalar” kimi bədii mədəniyyətimizin ayrı-ayrı rəflərinə səpələnib.. Vaxt olur ki, Kamal Abdulla eyni mövzuya, problemə dəfələrlə qayıdır – yəqin onun nəticəsidir ki, yaradıcılığında bir adda iki və daha artıq bədii əsərə rast gəlmək olar (“Unutmağa kimsə yox” adında şeir və roman, “Kim dedi ki, Simurq quşu var imiş” adında pyes və şeir və s. və i.) – amma heç vaxt əsərini tamamlamır, qəti sonluq qoymur, klassik ədəbiyyat nümunələrindəki kimi, əsərlərini quru qənaətlərlə möhürləmir. Hər şeyi oxucunun (tamaşaçının) öhdəsinə buraxır. Hərdən adama elə gəlir ki, Kamal Abdulla bütün əsərlərində elə bil ki, qəsdən sonuncu misranı, sətiri, cümləni yazmır. Və o yazmadığı cümlədə, sətirdə, misrada yazdıqlarından daha çox mətləbləri ötürür. Və axırdan sonra başlayır Kamal Abdulla… Lap hoqqularda olduğu kimi…

Mərkəzdənqaçma – əsas süjetlərin deyil, köməkçi süjetlərin üzərində dayanmaq da Kamal Abdullanın dramaturgiyasının fərqli cəhətlərindəndir. Kimin ağlına gələrdi ki, o boyda “Kitabi-Dədə Qorqud” dastanının boyları, bu boyların hər birində o boyda qəhrəmanlar dura-dura Kamal Abdulla kimə-kimə, Boğazca Fatmaya pyes həsr edə. Pyesin iştirakçıları siyahısında Dədə Qorqud, Qazan Xan, Burla Xatun, Beyrək, Aruz Qoca kimi qəhrəmanların olduğu nəzərə alınarsa, yuxarıda söylədiyimiz fikrin mahiyyəti anlaşılar.

Kanonik süjetlərin dekonstruksiyasına gəldikdə isə Kamal Abdulla bütün əsərlərində, xüsusən də pyeslərində kanonik süjetləri dekonstruksiya etməyə, dünya qədər qədim mövzulara tamamilə orijinal baxım bucağından yanaşmağa, qəhrəmanları, hadisələri fərqli aspektdən təqdim etməyə nail olur.

Dramaturji dilə, pyesin dil-ifadə vasitələri sırasına postmodern nəsr və poeziya nümunələrinin daxil edilməsi Kamal Abdullanın şakəridir. Onun pyesləri, əslində, klassik dram nəzəriyyəsinin başlıca şərtləri və postulatları ilə ziddiyyət təşkil edir. Daha dəqiq desək, dramaturq öz pyeslərində obyektiv reallıq, kauzal konflikt, zaman-məkan vəhdəti və dram nəzəriyəsinin bu kimi anlayışlarını dağıdır və əvəzinə yeni bir model təqdim edir. Bu modeldə dünyanı xaos kimi qavrayan postmodern sənət düşüncəsinin bütün xüsusiyyətləri cəmlənib. Onun qələmindən çıxan “Bir, iki, bizimki”, “Ruh”, “Casus”, “Kim dedi ki, Simurq quşu var imiş”, “Beyrək”, “Şah İsmayıl, yaxud hamı səni sevənlər burdadı…” kimi pyeslərdə, klassik dram nəzəriyyəsinin tələb etdiyi kimi, rəvan hadisələr xətti, kauzal konflikt və vahid xarakterlər yoxdur. Əksinə, Kamal Abdullanın pyeslərində ənənəvi dramaturji konflikt yerini məhz bu konfliktin və onun özülündə dayanan dəyərlər sisteminin dekonstruksiyasına verir. Onun qələmindən çıxan bütün pyeslərdə ironiya var: gerçəkliyə ironiya, incəsənətə ironiya, yıpranmış dəyərlərə ironiya, miflərə ironiya, nağıllara ironiya… hətta özünə ironiya…

Kamal Abdulla dramaturgiyasında səhnəni təsvir etməkdən çox, hadisənin fəlsəfi-emosional tonallığını təyin etməyə xidmət edən, klassik səhnə sənətinin kanonlarını sındıran qeyri-adi müəllif remarkaları böyük rol oynayır. Onun pyeslərində bəzən hər hansı həyat hadisəsi deyil, personajların bu hadisəyə refleksiyası və ümumiyyətlə, həyata münasibəti öz əksini tapır. Personajlar özlərini yalnız hadisələr axınında, əməllərdə deyil, həmçinin söz oyunlarında – acı (bəzən hətta şit) zarafatlar, parafrazlar, ekssentrik danışıq tərzində realizə edirlər.
Müəllif tərəfindən pyeslər üçün seçilmiş qeyri-adi, bəzən də paradoksal adlar və janr təyini (təsəvvür oyunu, xəyali oyun, duyumlar dramı) də müxtəlif mədəniyyət faktları ilə assossasiya olunur və dramaturqun dünyagörüşünü, sənət təfəkkürünü eyhamlaşdırır. K.Abdulla yaradıcılığında janra münasibət birmənalı deyil. Onun bəzi əsərləri klassik janr təyinlərinə uyğun gəlsə də, dramaturqun yaradıcılığının janr palitrasına nəzər saldıqda onun daha çox kommunikativ janr konsepsiyasına uyğun gəldiyini görərik. “Bu kontekstdə janrlar kommunikativ tələbatların formasından asılı dinamik və tezdəyişən kimi çıxış edirlər” [1, səh. 811]. K.Abdulla janrı “kommunikativ pattern” [bax: T.Erikson, 7] kimi görür, janr qarışıqlığından çəkinmirdi.

…Simulyakor (gerçəklikdə orijinalı olmayan surət) fəlsəfəsinin izlərinə Kamal Abdulla dramaturgiyasında rast gəlmək qeyri-adi hadisə sayılmaz. Kamal Abdullanın pyeslərində hadisələr irreal zamanda, idillik məkanda cərəyan edir. Hətta konkret zaman-məkan göstərilsə belə, həməncə anlayırsan ki, bu bir oyundur, gerçəklikdə nə o məkan var, nə o zaman. Heç dramaturqun xəyalında da belə bir məkan yoxdur. Onun pyesləri şərtləri əvvəlcədən müəyyənləşdirilmiş oyuna bənzəyir. Personajlar səhnədə hansısa psixofiziki əməldə bulunmurlar, sanki onlar hansısa ayini, ritualı icra edirlər. Kamal Abdullanın personajları onları əhatə edən aləmin simulyativliyini, şərtiliyini bilirlər, onların qavrayışında dünyanın mənzərəsi öz müəyyənliyini, məzmunluluğunu itirir, xaos tərəfindən idarə olunan (bu ifadənin özü də kifayət qədər paradoksal təsir bağışlaya bilər) şərti, qeyri-müəyyən, irreal, hətta hərdən dəhşətli bir illüziyaya bənzəyir. Kamal Abdullanın qəhrəmanları eyni zamanda, həm ən adi, hər gün gördüyümüz, dostluq, yoldaşlıq etdiyimiz, sevdiyimiz, nifrət etdiyimiz adamlardır, həm də qeyri-adi, sirli, sehrli, gizli, şaman kimi əcaib insanlardır. Elə bu insanların düşdükləri situasiyalar da eynən. Formal qatda qəribə heç nə yoxdur. Adi adamlar adi situasiyada ən adi insani həyatlarını yaşayır, ən adi insani hisslər keçirir, normal, hətta utilitar problemlərlə uğraşırlar. Amma bir balaca dərinə varıb da, bu adi adamlara, onların düşdükləri situasiyalara, problemlərə daha diqqətlə nəzər salanda görürük ki, burada başqa bir qat da var ki, bu qatda nələrin baş verdiyini, kimlərin nələr uğrunda çarpışdığını formal məntiqlə qavramaq qeyri-mümkündür.

Kamal Abdulla çox zaman pyeslərində təsvir etdiyi hadisələrə, gündəmə gətirdiyi problematikaya mistik qrotesk cizgiləri verir. Dramaturqun pyeslərində, bir qayda olaraq, mütləq ideya yoxdur. İdeya gah simulyakor kimi, gah da şərti bir təzahür kimi özünü göstərir. İdeyadan dərində isə ideyadan qat-qat dərin, qat-qat informativ, qat-qat təsirli eydos gizlənir. Bu pyeslərdə eydos ideyanı üstələyir, hərdən ideyanı təyin edir, hərdən ideyanı gücləndirir. Yəqin bu səbəbdəndir ki, Kamal Abdullanın pyeslərini oxuduqdan sonra “müəllif bu əsərlə bizə nə demək istəyirdi” tipli primitiv suallar yaranmır – hal yaranır, ovqat yaranır, bu ovqatın içərisində ruhumuz bildiklərini görür… anır… xatırlayır…

Kamal Abdullanın pyesləri bir yox, bir neçə laydan ibarətdir. Üst qatda – formal qatda baş verənlər, sadəcə dramaturgiyanı yaxşı bilən və teatrı duyan bir yazıçının qələminin məhsulu kimi rəğbətə layiqdir. Bu qatda hər şeyi səlis məntiqlə, analiz yolu ilə anlamaq, hətta tənqid etmək də olar. İkinci qatda – paradiqmatik qatda isə artıq məzmunsuz strukturlar, nonsens, simulyakor məzmunu üstələyir, sakral mətləblər profan mətləblərdən qat-qat üstündür. Bu qat artıq Kamal Abdullanın yazıçılıq vərdişləri, dil bilgisi, teatr duyumu, yazı manerası ilə şərtlənmir. Bu qatda tanıdığımız, bildiyimiz Kamal Abdulla yoxdur və yaxud məhz bu qatda artıq Kamal Abdulla başlayır. Bu da bir paradoks!!! Məhz bu paradiqmatik qatın necəliyini yalnız və yalnız bir faktor təyin edir: İSTEDAD. Bu istedadın miqyası isə Kamal Abdullanın yaşadığı illərin, oxuduğu kitabların, yazdığı əsərlərin, baxdığı tamaşaların sayı ilə müəyyən olunmur. Kamal Abdullaya məxsus bu istedadın izinə düşüb saysız-hesabsız gizlilərin, sirlərin irizini tapmaq olur. Amma sonucda yenə də əvvələ qayıdışla üzləşirsən. Gəlirsən-gəlirsən axıra çatırsan. Bəs nə baş verir axırdan sonra? Sən demə hər şey yenidən başlayır, amma yeni biçimdə, yeni görkəmdə, yeni şəkildə. Bu əvvəllə axırın hansı əvvəldir, hansı axırdır özün də bilmirsən. Bu labirintin içində itib-batmamağın bircə yolu var. Aydın olan həqiqəti dərk etmək: Kamal Abdulla konsentrik modeldir və bu modelin mərkəzində SİRR dayanır. Sirrin ətrafında minlərlə halqalar, dairələr durmadan yaranır. Bu halqalarda, dairələrdə Kamal Abdulla istedadı hər dəfə yenidən və hər dəfə yeni formada təzahür edir. Halqaların, dairələrin isə nə başlanğıcı var, nə də sonu…

Ədəbiyyat:

  1. Müstəqillik dövrü Azərbaycan teatrı. 2 cilddə, II cild. Bakı, “Elm və Təhsil”, 2016, 1088 səh. Səh. 811
  2. Бахтин М.М. Вопросы литературы и эстетики. М., 1975. С. 454
  3. Бахтин М. М. Эстетика словесного творчества [Текст]/М.М.Бахтин. – М.: Наука, 1979.
  4. Шеффер Ж.-М. Что такое литературный жанр? C. 185.
  5. Тамарченко Н.Д. Теория литературных родов и жанров. Эпика. Тверь, 2001. С. 6.
  6. Hassan Ma king sense: the triumph of postmodern discourse//New literary history, vol.18, N 2, 1987, p.445-446
  7. Erickson T. Making Sense of Computer-Mediated Communication (CMC): Conversations as genres, CMC Systems as Genre Ecologies // Proceedings of the 33rd Hawaii International Conferences on System Sciences. – 2000.

 Elçin Cəfərov

Könül Əliyeva-Cəfərova

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir