Ceyhun Mirzəli – “Səbəbsiz üsyankarlıq”

Qırmızı rəng qanın rəngi olduğundan daim coşqunluğun, üsyankarlığın rəmzi sayılıb. İkinci dünya müharibəsi qurtarandan sonra Amerika gəncliyi fərqli bir həyatla üz-üzə qaldı. Valideynləriylə anlaşa bilməyən gənclər özlərinin kult musiqilərini və geyimlərini yaratdılar. Bu dövrü Amerika elmində “rebel”, yəni “üsyankar çağ” adlandırırlar.
Nikolas Reyin 1955-ci ildə ekranlaşdırdığı “Səbəbsiz üsyankarlıq” filmini o dövr haqqında manifest hesab etmək olar. Cim Satrk (aktyor Ceyms Din) öz yaşıdları ilə dava elədiyindən polis bölməsində saxlanılır. Əvvələr də ailəsində problem yaşayan Cim daxili gərginlik içindədir. Cimin ailəsi bundan öncə də ona görə anasının təkidi ilə bir neçə ev dəyişiblər. Cim atası Franka (aktyor Cim Bakus) dəyər verərək onu ittiham edir, atasını “Sən gecənin kralısan” deyə müttəhimlər kürsüsünə əyləşdirir. Atası isə onu anlaya bilmir. Bu hadisə ilə rejissor film boyu ata və oğul arasındakı münasibətlərə işıq salmağa cəhd edir.
Zəruri qeyd: Bildiyimiz kimi, qadın-kişi-övlad məsələsi bütün zamanlarda aktual olub. Fiziki gücə tələbat qədimlərdə anaxaqanlığından ataxaqanlığına keçidi şərtləndirib. XX əsrdə Qərbdə kifayət qədər geniş yayılan Ziqmund Freydin Psixoanaliz nəzəriyyəsinin əsas müddəalarından biri də oğlan uşaqlarının analarına, qız uşaqlarının isə atalarına bağlı olması fikridir. Ancaq biz “Səbəbsiz üsyankarlıq” filmində bu nəzəriyyəyə qarşı da əks mövqenin olduğunu görürük. Filmdə qadın mərkəzli düzənə qarşı bir üsyankarlığın şahidi oluruq: Cim atası Frankin həyat yoldaşından qorxaraq ev işlərini görməsinə qarşı çıxır, o, ata kultunu yüksəltməyə çalışır.
Cim şəhər polisindən azadlığa buraxılarkən nənəsinin “Cim daha bundan sonra pis işlər görməz. O, ağıllı uşaqdır”, – sözlərinə, Cimin “Bir daha yalan desən, daşa dönərsən” cavabını verməsi, onun böyüklərin uşaqlara nağıllar vasitəsi ilə ağıl vermək üsuluna qarşı çıxdığını göstərir.
Cimin ünivesrstetə dərsə getməsi ilə qaynar gənclik həyatı başlayır. O, həm Cudi (Natali Vud) adlı qızla tanış olur, həm də Buzz və digər gənclərin əhatəsinə düşür. Rejissor Cimlə Buzzun fərqliliyini ilk növbədə onların geyimləri ilə çatdırır. Cimin klassik geyimi onun hələ yeniliklərə uyğunlaşmadığını göstərir. Buzz isə idman geyimi ilə sərbəstliyini biruzə verir.
Universtetdə dərsdən sonra Buzz Cimi cəzalandırmaq qərarına gəlir. Bunu bilən Cimin dostu Plato isə ona yaxınlıqdakı boş malikanəyə qaçmağı tövsiyə edir. Bu malikanə filmin sonrakı dramaturji gedişinə təsir edir. Cim Buzzla bıçaq döyüşünə çıxmaq məcburiyyətində qalır. Buzz bıçaqla Cimin bədənini yaralayır.Onu “toyuq” adlandırılmasını özü üçün qürur məsələsi sayan Cim Buzzun qatıldığı avtomobil yarışında iştirak edir. Yarışın nəticəsində Buzz uçurumdan yuvarlanaraq həlak olur. Buzzun ölümü onun dostlarını Cimdən intiqam almağa sövq edir. Platodan fiziki təzyiqlə məlumat kitabçasının alınması, hadisələri daha qaynar nöqtəyə doğru aparır. Yuxarıda qeyd etdiyimiz kimi, boş malikanə filmdə vacib məkan rolunu oynayır. Cim və Cudi heç kəsin qalmadığı bu malikanəyə sığınırlar. Plato da bura gəlir. Platonun da ailəsində problemi olduğundan Cimi özünə təkcə dost deyil, hətta bir böyük kimi görür. Buzzun dəstəsindən olan gənclər malikanəyə gedərək, Cimi axtarmağa başlayırlar. Bu zaman Plato onların əlindən qaçmağa çalışır. Polislər hadisədən xəbər tutaraq malikanəyə gəlirlər.

Cim Platonun tapançasından patronları çıxarıb silahı özünə qaytarır. Polislər Platonun əlində silah görərək ona atəş açırlar. Plato yaralanaraq bu hadisələrin örnək qurbanına çevrilir.
Filmin adının “Səbəbsiz üsyankarlıq” olması da düşündürücüdür. Filmin qəhrəmanları olan gənclər müəyyən mənada ideyasız hərəkət edən şəxslərə bənzəyirlər.
Cim rolunu canlandıran Ceyms Din filmdə avtomobil qəzasından salamat qurtarır. Lakin həyatda belə olmur. Avtomobil yarışlarına böyük maraq göstərən Ceyms Din 1955-ci ildə Koliforniyada avtomobil qəzasında həlak olur.
Həmçinin, Cudi rolunun ifaçısı Natali Vud 1981-ci ildə üzgüçülük məşqi zamanı hovuzda boğularaq ölür.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Şəkidə “Davul səsi”

Uğurla davam edən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günündə - mayın 14-də S.Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət...

Vaxtanqov teatrında yeni baş rejissor

Teatro.az rus mətbuatına istinadən xəbər verir ki, Yuriy Butusov Vaxtanqov adına teatra baş rejissor təyin edilib. Bu haqda teatrın bədii rəhbəri Rimas Tuminas məlumat...

Birpərdəli pyeslər müsabiqəsi

“Birpərdəli pyeslər” müsabiqəsinin təşkilində əsas məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək,...

Recent

Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2019-cu ildə Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq. Bu barədə teatrın direktoru Məhəmməd Hüseynov...

Şövqi Hüseynov Qran-Pri qazanıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi 10-16 may tarixlərində Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edib. Festivalda Patrik Züskindin əsəri əsasında Xalq...

İlham Əliyev daha bir aktyora mənzil bağışladı

Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Sabir Məmmədova mənzil hədiyyə edib. Bu barədə Unikal.org-a aktyorun özü məlumat verib: "Cənab prezidentə təşəkkür edirəm. Bu,...