Ana səhifə » Mövqe » Cavid Zeynallı – “Yorğan-döşəyini teatra göndərim”

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 25, 2019

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Xəbər
Aprel 25, 2019

Qax Dövlət Kukla Teatrı Balakən rayonunda qastrol səfərindədir

Xəbər
Aprel 25, 2019

ƏSA Teatrında yeni tamaşa – “Adamlar və siçanlar-2. Fermadan qaçış”

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Cavid Zeynallı – “Yorğan-döşəyini teatra göndərim”

Təkcə rejissor deyildi. Aktyor idi, pedaqoq idi, rəssam idi Aleksandr Aleksandroviç. 20-ci illərin qaranlıq-qorxulu günlərində Azərbaycan teatrına mizan-düzən verən sənət fədaisi idi Tuqanov.

Moskvadan başlayan sənət yolu Tiflisdən keçib Bakıya gətirmişdi onu. Çox adamla dostluq etmişdi, amma onların içində daha çox Cabbarlı və Haqverdiyevi xatırlayırdı. Xatırlamaq demişkən, məni noyabrın darıxdırıcı günlərində bu yazıya həvəsləndirən məhz xatirələrdir. Tuqanovun xatirələri. 1980-ci ildə Teatr Cəmiyyəti Aleksandr Aleksandroviçin 90 səhifəlik əl boyda xatirələrini çap edib. Yazırdı ki, ömrümün ən gözəl günlərindən biri Lev Tolstoyla görüşdüyüm həmin iyun səhəri idi. 1890-cı ildə Yasnaya Polyanada Tolstoyla görüşəndə özünü saxlaya bilməyib heyrətindən yazıçının üstünə cummuşdu. Hə, məhz belə yazırdı: “Onun üstünə cumdum”. Lev Nikolayeviç isə nə etsə yaxşıdır? Üz-gözünü turşudub ki, heyrət, səcdə əsas deyil, vacib olan odur ki, yazıçı sağlığında mümkün qədər öz əsərlərini çap elətdirməməlidir, çünki kütlənin zövqündən asılı vəziyyətdə qalır.
Belə-belə işlər…

***

1924-cü il. Tuqanov Tiflisdəki aktyor, rəssam, şair dostları ilə sağollaşıb Bakıya gəlir. Onu Bakıya gətirən səbəblər çox idi. Bəs o səbəblərdən ən vacibi nə idi?! Əlbəttə, təzə teatr yaratmaq arzusu! Di gəl, Tuqanov Bakını Tiflislə səhv salmışdı. Hələ anlamırdı ki, Bakıda onu hansı çətinliklər, nə kimi qayğılar gözləyir. Hərçənd, Azərbaycan teatrı, onun əməkdaşları Tuqanovu dost kimi qarşılamışdı, amma… Ammalar nə çox. Tutalım, truppa pərakəndə, teatr din düşməni elan olunub, qadınların səhnəyə çıxması müşkül, teatr mədəniyyəti formalaşmayıb… Bütün qaranlıqların içində bircə işıqlı, bircə yaxşı hadisə də baş vermişdi: 1922-23-cü dərs ilində Şövkət Məmmədovanın əsasını qoyduğu teatr texnikumu Azərbaycan teatrının həyatında böyük hadisə, Şərqdə ilk teatr texnikumu idi.
Aleksandr Tuqanov bu sözləri dönə-dönə təkrar etməyə məcbur idi:
– Bir-birimizi sevək, iş də bizi sevəcək. Nə qədər ki, ideya var, sevgi var, bir-birimizə dostluq hissləri var, işlərimiz qol-qanad açıb irəli gedəcək.

Aleksandr Tuqanov, Cəfər Cabbarlı və başqaları.

Tolstoydan sonra Cəfər

Aleksandr Tuqanov Cabbarlı ilə tanışlığını Tolstoyla görüşü qədər böyük səadət bilirdi. Yazırdı ki:
“Öz dövrünün ən böyük şəxsiyyəti tərəfindən Yasnaya Polyanada qəbul edilmişdim. O vaxt keçirdiyim həyəcanı təsəvvür etmək çətin deyil. Bu görüşün təsiri o qədər güclü idi ki, Lev Nikolayeviçin surəti xəyalıma əbədilik həkk olunub, onun boy-buxunu, polad rənginə çalan və sənə baxmasa da, içini bütünlüklə görən gözlərinin üstünə sallanmış qaşları indi də gözümün önündədir. Budur, indi də başqa bir görüşdən – çox sonralar, mənim yetkinlik çağımda baş vermiş və yenə də mənə eləcə güclü təsir bağışlamış, ömrüm boyu unutmadığım görüşdən danışmaq istəyirəm. Bu, Cəfər Cabbarlı ilə görüşdür”.
Müəllim Tuqanov Teatr Texnikumunun tələbəsi olan Cəfərlə tanışlığını bu qədər yüksək dəyərləndirirdi. Hər şeylə maraqlanan tələbə iri qara gözlərini qırpmadan müəllimə baxır. Və müəllim Tuqanov bu vəziyyətə öyrəşib artıq vərdişkar olur ki, dərsdə ancaq o gözlərə baxıb danışır.
Cəfər Cabbarlı Tuqanovun evinə gedən yolun üstündə yaşayırdı. Tələbə-müəllim münasibəti sonralar dostluğa çevrilir. Cabbarlı şəhərin yuxarı hissəsində, Dağlı küçəsində, öz balaca evində yaşayırdı. Tuqanov hər gün görürdü ki, Cəfər öz balaca bağçasına, xırda yaşıllıq “təsərrüfatına” necə qulluq edir, necə məhəbbətlə gül becərir.
– Onu bu vəziyyətdə görəndə heç cür inana bilmirdin ki, bu həmin Cəfərdir – yazıçı, dramaturq, Azərbaycan sovet ədəbiyyatının gələcək klassiki.

***

Cəfər Cabbarlının bu yazıya (bəlkə də) aid olmayan monoloqu:
–  Sadə! Sadə! Həyatın özü kimi sadə olun. İşi sürətləndirmək, yüksəltmək üçün daha çox əmək sərf etmək, daha çox zəhmət çəkmək lazımdır. Artist, sənətkar yaradıcı ola-ola çirkaba, çamıra bulaşa bilməz. Hər şeyi bir kənara atıb ancaq öz işinlə məşğul olmalısan. Teatr naminə, onun çiçəklənməsi naminə öz xırda, cılız rahatlığını qurban verib, böyük əməllərə qoşulmağa dəyər! Azərbaycanlılar böyük istedadlı xalqdır. Onun qızğınlığı, fantaziyası və poeziyası bu fikri təsdiq edən gözəl nümunələr yaradıb. Deməli, daha çox iradə, həvəs və arzu gərəkdir. Mübarizə aparmaq və səhvlərdən qorxmamaq lazımdır! Ancaq heç bir iş görməyən adam səhv eləmir.

İ.Hidayətzadə, C.Cabbarlı, Əlihüseyn Rzayev, Rza Təhmasib, A.A.Tuqanov.

Cabbarlı təzimə çıxır 

Aleksandr Tuqanovun xatirələri həm də ona görə maraqlıdır ki, Cəfər Cabbarlının şəxsiyyət kimi də portretini yaradıb. Yazır ki, Cəfər diqqəti özünə cəlb etməyi bacarırdı. Onun ağlına heç vaxt qara fikir, çəkişmə törətmək, pislik etmək fikri gəlməzdi. Cəfər ona pislik edən adamların yanından sakitcə ötüb keçərdi və heç onların varlığını, yoxluğunu hiss eləməzdi də… Bu, məğrurluq deyildi, dəqiq, aydın şüurdan, onun təmkinin böyüklüyündən irəli gəlirdi. Öz əsərləri ilə, yaradıcılıq işləri ilə ilk növbədə arvadı Sona xanımı tanış edərdi. Əvvəlcə gərək onun razılığını alaydı, əsər bəyəniləndən sonra isə deyərdi: “Bəli, çatdı! Deməli, mənim istədiyim kimi olacaq…”
Cabbarlının Aleksandr Tuqanova yazdığı çox maraqlı məktubunu bir az aşağıda, şərh etmədən, olduğu kimi verəcəm. (Əslində, bu yazını yazmağımın səbəbi də məhz bu məktubdur). Amma söz Cəfər Cabbarlının yaradıcı insan kimi portretindən düşübsə, Aleksandr Aleksandroviçin “Almaz” pyesinin tarixi ilə bağlı yazdığı bu üç cümləlik qeydi də oxumağınızı rica edirəm:
– 1931-ci ildə teatr Cəfər Cabbarlının “Almaz” pyesinin hazırlığına başladı. Rejissor işi Cabbarlı ilə mənə, bədii tərtibat rəssam Rabçikova tapşırılmışdı. 1931-ci ilin aprel ayının 13-də “Almaz”ın premyerası böyük müvəffəqiyyətlə keçdi və müəllifi tələb eləyən kütlənin qabağına Cəfəri demək olar ki, zorla dartıb çıxartdıq.

Tuqanovun sağlığına bir stəkan   

“Əziz Aleksandr Aleksandroviç! Nahaq yerə Siz məni olmayan şeyə görə təqsirləndirirsiniz! Təəccüblənirəm ki, məni hamıdan yaxşı tanıya-tanıya Siz necə olur az məktub yazdığıma görə məndən inciyirsiniz. Əvvəla, mən ömrüm boyu Sizdən başqa heç kimə məktub yazmamışam, hətta qızlara da. Bu tənbəllikdirmi? Yazmaq qabiliyyətinin olmamasıdırmı, yoxsa sadəcə olaraq pis vərdişdir – deyə bilmərəm. Sizə isə öz təbiətimə zidd gedərək məktub yazmışam, lakin görünür, gəlib çatmayıb. Əlbəttə eyibdir. Siz mənə o qədər əzizsiniz ki, iki məktubla kifayətlənmək olmazdı. Günahkar özünüzsünüz. Boynuma ağır yük qoymusunuz. Mən sakitcə işləyirdim, Siz məni hələ bir rejissor işinə də sövq etdiniz. Aktrisaya rol verirsən, bu vaxt başqaları deyirlər. “Gördün!.. Ona görə ki, onların arasında… o söz… özün gördün… öpüşürdülər”. Növbəti dəfə rolu bu danışana verirsən, bu dəfə də həmin sözləri olduğu kimi əvvəlki təkrar eləyir…
Hələ aktyorları, xüsusən də nüfuzlularını, əməkdarlarını… demirəm. Ancaq mən bu böyük imtahana dözdüm. Hamını işə, ümumi marağa itaət göstərməyə sövq edə bildim. Bu, əmək intizamı, planlılıq, əmək məhsuldarlığı uğrunda amansız mübarizə qarşısında qorxudurmu, yaxud yeni quruculuq həvəsidir? – özünüz yaxşı bilərsiniz. Lakin fakt budur ki, daha rol bölgüsündə aktyorlardan bircəciyi də bir kəlmə artıq söz demir və hamı səliqə ilə işləyir. Mən sizdən sonra “1905-ci ildə” pyesini yazmışam. Pyesin müvəffəqiyyəti barədə yəqin sizə yazıblar, ya da yazarlar. Deyəsən, otuzuncu tamaşadır ki, anşlaqla gedir. Pyesdə çoxlu qüsurlar var idi və yenə var, rejissorun, yəni mənim işim onları düzəldə bilmədi. “Otello”nu tərcümə eləmişəm. Quruluş başlanır. Hələlik kimin tamaşaya qoyacağını bilmirəm. Yəqin “peşəkar proletarlar”ın öhdəliyinə düşəcək. Mən özüm iştirak etmək istəməzdim. “Qriması” teatrının yubileyinə əsər yazıram.
İşlərimiz belədir. Pyes, əlbəttə, mənim qüvvəm daxilində, pis olmamalıdır. Yubileyə qədər, əgər, əgər… qurtara bilsəm. Bir sözlə, işim yaman çoxdur. Sizin yeriniz görünür. Yaman arıqlamışam. Bu günlərdə xəstələnmişdim, amma yatmağa vaxt yox idi. Məsuliyyət, kiminsə önündə qorxu yox – öz-özünün qarşında, öz borclarının qarşısında məsuliyyət ağır şeydir. Sizə məktub yazıram və barmaqlarımda tutduğum stəkanı Sizin sağlığınıza qaldırıram. Sonra yenə yazıram. İnanıram ki, həyatda hələ görüşəcəyik, ola da bilsin ki, lap tezliklə, mənim sizə münasibətim elə əvvəlki kimi qalır. Sizdən ötrü çox darıxıram və bizim teatrımızın çiçəklənməsi üçün Sizə ehtiyac hiss edirəm.
Bağrıma basıb öpürəm. Cəfər Cabbarlı. 20.1 – 1932”.

Cəfər Cabbarlı

***
Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın Aleksandr Tuqanova məktubu:
“Pis yaşamırıq, uşaqlar böyüyür. Cəfər haqqında isə danışmağa belə dəyməz. Son vaxtlar mən ərizə yazmaq istəyirəm, qoy, Cəfərə heç olmasa iki saat vaxt versinlər ki, hamama gedə bilsin. Bir də ona görə ki, ona icazə versinlər, yorğan-döşəyini teatra göndərim”.
Və son.
Yenə belə-belə işlər…

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir