Ana səhifə » Persona » Müsahibə » CƏNNƏT SƏLİMOVA: “Kamera teatrı mənim evim idi…”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

CƏNNƏT SƏLİMOVA: “Kamera teatrı mənim evim idi…”

Saytımızın ilk müsahibi Azərbaycan rejissurasının sonuncu magikanlarından olan Xalq artisti, Prezident təqaüdçüsü Cənnət Səlimovadır. Hədsiz dərəcədə həssas, mehriban insan, tələbələrini övladı kimi sevən Cənnət xanım Səlimova bu gün də yaratmaqdan, bir-birindən dəyərli tamaşaları ilə Azərbaycan teatrına xidmət etməkdən usanmır.

Cənnət xanım, böyük həyat və yaradıcılıq yolu keçmisiniz, bu gün Azərbaycan teatrının ən tanınmış nümayəndələrindənsiniz… Sizin üçün Cənnət Səlimova kimdir?

-Mənim üçün Cənnət Səlimova rejissor və pedaqoqdur.

-Qadın rejissor olmaq nə qədər çətindir?

-Bilirsiniz, fərqi yoxdur. Bizim işimiz fiziki iş deyil, ona görə, sadəcə, istedad və aktyorlarla işləmək üçün düşüncə lazımdır. Rejissor mütləq kişi olmalıdır düşüncəsi yanlışdır. Kişilər çətin, fiziki işlərdə lazım olur. Rejissura üçünsə, ümumiyyətlə, intelektual səviyyə və yaradıcı potensial lazımdır. Məsələn, biz kimyaçı, yaxud fizik qadın görəndə təəccüblənmirik ki?! Eləcə də bizim peşəmizdə.

-Rus Dram Teatrı və Musiqili Komediya Teatrında baş rejissor kimi fəaliyyət göstərmisiniz, amma bu teatrlarda çox qərar tutmamısız?

– Vəzifə daimi anlayış deyil. Vəzifə, sadəcə vəzifədir. Amma mənim rejissor fəaliyyətim elədir ki, inanın, həyatımda elə bir gün olmayıb, mən sənətimlə məşğul olmayım, rejissor olmayım. Və bu, vəzifədən asılı olan bir şey deyil.

-Siz Azərbaycan teatrında fərqli bir estetikaya malik Kamera teatrını yaratdınız. Sonda isə onu Gənc Tamaşaçılar Teatrına birləşdirdilər. Necə oldu buna razılaşdınız? İndi o teatr üçün darıxırsınızmı?

-Çox darıxıram, ancaq darıxıram demək, çox yüngül bir sözdür. Çox incidir məni, yadıma düşəndə ürəyim ağrıyır (kövrəlir)… Çünki Kamera teatrı mənim evim idi, sevimli işim, məkanım idi. Mənim teatr haqqında düşüncələrim, teatr anlayışım – hər bir şey məhz Kamera teatrında ehtiva olunmuşdu. Bura mənim repertuar, aktyor məktəbi, mühit anlayışım daxildir. Və mənimçün deyə bilməyəcəyim qədər ağır itkidir. O ki, qaldı onların birləşməsinə, bizim başqa çıxış yolumuz yox idi. Biz Şəhriyar adına klubda fəaliyyət göstərirdik, oranı isə KQB-yə (MTN-ə-red.) verdilər. Və beləliklə, biz havada qaldıq, daha doğrusu, bizi küçəyə atdılar. Bina yox, heç nə yox, nə edə bilərdik. Mən məcbur idim uşaqlarımı götürüb oradan çıxam.

-Bir neçə il öncə Gənc Tamaşaçılar Teatrının bəzi aktyorları müsahibələrində sizdən narazılıqlar etmişdilər. İndi vəziyyət necədir, yenə narazılıq olurmu?

-Aktyorlar müxtəlif olur, deyə bilmərəm hamısı eynidir. Necə ki, bütün başqa kollektivlərdə, bizdə də elə. Özünüz də bilirsiniz, hələ elə bir kollektiv yoxdur ki, orada söz-söhbət, problem olmasın. Mümkün deyil ki, hamı bir-biriylə razılaşsın. Bu həmişə olub, olacaq da.

-Ümumiyyətlə, tənqidə və tənqidçilərə münasibətiniz necədir? İndiyədək tamaşalarınız haqqında tənqidçilərin dediyi fikirlərin bir rejissor kimi sizə faydası olubmu, yaxud əksinə?

-Bilirsiniz, açıq danışacam. Bizə elə bir tənqid lazımdır ki, o bizə kömək etsin. Sadəcə gəlib, bu yaxşıdır, bu pis, yaxud da bu məğlubiyyətdir, bu qalibiyyət deməklə təndiq olmur. Mənə elə bir tənqid lazımdır ki, mən o fikirləri təhlil edə və onlarla razılaşa bilim. Ümid edirəm ki, haçansa belə bir tənqid yaranacaq (gülür).

-Niyə çox vaxt tamaşalarınızda eyni aktyor heyəti olur?

-Çünki onlar mənim tələbələrimdirlər. Bizim aramızda ümimi bir dil var. Mənə uzun-uzadı nə isə izah etməyə ehtiyac qalmır. Adi sözdən başa düşürlər nə demək istədiyimi. Mən onlara alışmışam, onlarla çox rahatdır və onlar mənim övladlarımdırlar. Düzünə qalsa, axı, elə çox da qalmayıblar, cəmi beş-altı nəfər. Və mənim borcumdur ki, onların yaradıcılıq inkişafı haqqında düşünüm, qayğılarına qalım və bunu edirəm də.  Amma bu, o demək deyil ki, başqaları ilə işləmirəm, xeyr. Lazım gələndə başqa aktyor heyəti ilə də böyük məmnuniyyətlə işləyirəm.

-Yaradıcılığınız göstərir ki, siz daha çox klassik dramaturgiyaya üstünlük verirsiniz, bunun səbəbi nədir?

-Klassik dramaturgiya dedikdə, mən H.Cavid, M.F.Axundzadə, C.Cabbarlı, U.Şekspir, K.Haldonini nəzərdə tuturam. Çünki onlar əsərlərində ortaya elə suallar qoyurlar ki, hər dövr üçün aktualdır. Bunlar daimi mövzulardır – insanın mənəvi həyatı, onun cəmiyyətə münasibəti, həyat və ölüm nədir, sevgi nədir?! Və bu müəlliflər belə sualları ən yüksək sənətkarlıq səviyyəsinə yüksəldirlər. Lakin sizə etiraf etməliyəm ki, müasir dramaturgiyaya da maraq göstərirəm. Mənim üçün İlqar Fəhminin yaradıcılığı böyük kəşf idi. Həddindən artıq istedadlı dramaturqdur. Bu insan hətta dünya səviyyəsindədir. Onun “Son reportaj”, “Beş miniatür” adlı pyesləri var. Çox maraqlı pyeslərdir. Ən maraqlısı odur ki, İlqarı komediya, gülməli nəsnələr deyil, məhz insanın mənəvi problemləri maraqlandırır. Həyatın qiyməti nədədir – bu sual onun pyeslərinin əsasını təşkil edir.

-F.Dürrenmantın “Fiziklər” əsəri əsasında “Dəlixanada qətl” tamaşasının məşqlərinə başlamısınız. Və bu tamaşanı dahi alim, həm də sizin qohumunuz olan Lütfi Zadəyə həsr etmisiniz. O, sizin yaddaşınızda necə bir insan kimi qalıb?

-Lütfi Zadənin elmi kəşfləri insanlara yaşamağa kömək edir. Onun elə bir dərrakəsi var idi ki, istəsəydi, insanları məhv etmək üçün ixtiralar edərdi, lakin etmədi. Lütfi Zadə, sadəcə, insanlara yaxşılıq etmək istəyirdi. Bu tamaşanı da ona görə Lütfi Zadəyə həsr etmişəm. Burada alimlər özlərini dəlixanaya qapadırlar ki, onların atom kəşfləri pis insanların əlinə keçib kütləni məhv etmək üçün istifadə olunmasın.

Bu yaxınlarda professor Aydın Dadaşovun vəfatının ildönümü oldu. Haqqınızda kitab da yazıb, birlikdə səfərlərdə də olmusunuz… Onun haqda nə deyərdiniz?

-Mən Aydın Dadaşovu çox sevirdim. Biz onunla dost idik. Aydın elə bir insan idi ki, tənqidə adi baxmırdı. O, məni həmişə tərifləmirdi, bəzən elə tənqid deyirdi ki, mən ondan nəticə çıxarım. Onun nəyisə tənqid etməsi təhqir deyildi, alçaltmaq deyildi, saf niyyətli, obyektiv tənqid idi. Aydının vəfatı mənim üçün böyük itkidir.

-Teatr tamaşalarından əlavə dövlət tədbirlərinə də quruluşlar verirsiniz. Buna nə qədər yaradıcı iş kimi baxırsınız?

-Belə hesab edirəm ki, rejissor sənətində hər şeyi etməyi bacarmalısan. Opera qoymalısan, opera qoyacam, sirk hazırlamalısan, sirk hazırlayacam, yox əgər kütləvi tədbir qurmaq lazımdır, onu da edəcəm. Bu rejissorun vəzifəsidir. Mən bayramlar hazırlamağı, insanları, sözün əsl mənasında, sevindirməyi çox sevirəm.

– Ölkəmizdə bugünkü teatr prosesini necə qiymətləndirirsiniz?

-Mühakimə etmək mənə çətindir. Teatrda çalışan bütün həmkarlarıma böyük hörmətlə yanaşıram. Bilirəm, dünyada elə bir rejissor tapılmaz ki, yaratdıqlarının pis olmasını istəsin. Hamı çalışır ki, hər şey yaxşı olsun, amma yaxşıdırmı, bunu yalnız Tanrı deyə bilər. Lakin mən belə hesab edirəm ki, biz dünya teatr prosesindən geri qalırıq.

    

– Siz həm də pedoqoqsunuz. İndiki tələbələrinizdən gələcəkdə parlaq sənətkar kimi gördüyünüz kimsə varmı?

-Var. Hazırda elə bilin ki, nənəyəm. Mənimçün bu dəqiqə ən böyük xoşbəxtlik odur ki, tələbəm Nofəl (Nofel Vəliyev – red.) həddindən artıq istedadlı kurs yetişdirib. Həmin tələbələrlə elə maraqlı tamaşalar hazırlayıb ki, mən böyük zövq aldım. İstər “Hekayəti Müsyö Jordan-həkimi nəbatət və Dərviş Məstəli şah”, “Romeo və Cülyetta”, istərsə də “Ezop”. Hazırda isə “Hamlet” üzərində işləyirlər. Və mən bilirəm, inanıram ki, bu da layiqli bir tamaşa olacaq. İstedadlı rejissor yetişdirmək hədsiz dərəcədə çətindir, ələlxüsus da dörd il müddətinə. Biz, sadəcə, onlara bu müddət ərzində kömək edə, qabağa itələyə bilərək. Sonra isə dəstək olmaq lazımdır, necə ki, mən öz tələbələrimə dəstəyəm, daima məsləhətlər verirəm, elə də olmalıdır. Biz onların valideyniyik.

-Səmimi söhbət üçün təşəkkür edirik Cənnət xanım.

-Mən təşəkkür edirəm, çox xoş oldu.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir