Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə  22 iyul 2019-cu il tarixdə AzTXİ-nın Gənclər sektorunun təqdimatında Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş keçirildi.

Görüşdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri iştirak etdilər.

Tədbirdə  AzTXİ-nın sədri Azər Paşa Nemətov, AzTXİ-nin Gənclər sektorunun rəhbəri Dağlar Yusif, Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri çıxış etdilər. Tələbələr təhsil prosesindən, əldə etdikləri nailiyyətlərdən danışdılar, onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.

Tədbir iştirakçıları tələbələrin seçim turlarından bu günə qədər keçdiyi təhsil prosesindən hazırlanmış videoçarxı izlədilər.

Sonda tələbələr Azərbaycan qastrolunda uğurlu çıxışlarına görə İttifaq tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif edildilər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Paytaxt teatrlarının həftəlik repertuarı (10-17 dekabr)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 13 dekabrÇ.Aytmatov “Manqurt” saat 19:0014 dekabrH.Mirələmov “Xəcalət” saat 19:0015 dekabrİ.Əfəndiyev “Boy çiçəyi”...

Aydın Talıbzadə – CƏHƏNNƏMDƏ MƏZHƏKƏ

(“qara oyun”un şifrələri) Köhnənin yeni modulyasiyası: Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi ADMİU-nun Teatr sənəti fakultəsinin III kurs dram-kino aktyorluğu tələbələrinin təqdimatında. Bu...

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Bakıda ilk dəfə “Stanislavskinin Elektroteatrı” qastrol çərçivəsində 7,8 dekabr tarixlərində saat 19:00-da Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasının Konsert salonunda çıxış edəcək. Yelena Morozovanın səhnələşdirdiyi “Mən və anam...

Recent

“Savalan” qrupunun mərhum rəhbəri Novruz Novruzlunun xatirəsi anıldı

Aylar öncə Opera və Balet Teatrının səhnəsinə özü çıxmışdı. Solo ifasıyla və əsasını qoyduğu, rəhbəri olduğu "Savalan” qrupu ilə. "Uzun, incə bir yoldayam” -...

Cövhər Xeyrullayeva – … Və “Kəloğlan”

Mart ayı bitməyən bayramları ilə davam etməkdədir. 1-9 mart tarixlərini “Boş məkanın dolğunluğu 2” festivalı ilə başa vurub 10 mart milli teatr gününü də...

Mübariz Həmidov Sumqayıt teatrında

Sumqayıt Dövlət Dram Teatrına yeni təyin olunmuş direktor, Əməkdar artist Mübariz Həmidov kollektivə təqdim edildi. Öncə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini...